Difference between revisions 5080263 and 5116388 on azwiki

'''[[Azərbaycan Respublikasının Milli Məclisi|Milli Məclis]]in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi''' — dövlətin hüquqi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət quruculuğuna aid qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi:
dövlət quruculuğu, seçki hüququ, vətəndaşlıq, məhkəmə quruluşu, mülki hüquq, mülki-prosessual hüquq, cinayət hüququ, cinayət-prosessual hüquq, cinayət-icra hüququ, inzibati hüquqpozmalar, vəkillik, notariat, prokurorluq, polis, müdafiə, təhlükəsizlik sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
[[Azərbaycan Respublikası Milli Məclisi]]nin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin [[Azərbaycan Respublikasının Konstitusiyası]]na və başqa qanunlarına uyğunluğu haqqında rəy verir;
[[Azərbaycan Respublikası Prezidenti]]nin təqdimatına əsasən [[Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi]], [[Azərbaycan Respublikası Ali Məhkəməsi]], [[Azərbaycan Respublikası Apelyasiya məhkəmələri]] hakimlərinin, habelə [[Azərbaycan Respublikasının Baş prokuroru]]nun namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənaralaşdırılması barədə məsələlərə baxır və rəy verir.
[[Azərbaycan Respublikası Konstitusiyası]]nın mətnində dəyişikliklər olunması haqqında referendum təyin edilməsi barədə məsələ, habelə Konstitusiya qanunları [[Azərbaycan Respublikası Milli Məclisi]]nə çıxarıldıqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu haqda rəy verməlidir.<ref>[http://www.meclis.gov.az/?/az/commission/9 Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi]</ref>

'''Tərkibi:'''
*[[Əli Hüseynli|Əli Məhəmməd oğlu Hüseynli]] - Sədr
*[[Qüdrət Həsənquliyev|Qüdrət Müzəffər oğlu Həsənquliyev]] - Müavin
*[[Fəzail Ağamalı|Fəzail Rəhim oğlu Ağamalı]]
*[[Əminə Ağazadə|Əminə Həmid qızı Ağazadə]]
*[[Kamal Cəfərov (hüquqşünas)|Kamal Xaqani oğlu Cəfərov]]
*[[Sabir Hacıyev (millət vəkili)|Sabir Kamal oğlu Hacıyev]]
*[[Nurlan Həsənov|Nurlan Urfan oğlu Həsənov]]
*[[Vüqar İskəndərov|Vüqar Yapon oğlu İskəndərov]]
*[[Tahir Kərimli|Tahir Zayıdağa oğlu Kərimli]]
*[[Azay Quliyev|Azay Əjdər oğlu Quliyev]]
*[[Cəbi Quliyev|Cəbi Hüseyn oğlu Quliyev]]
*[[Bəhruz Məhərrəmov|Bəhruz Abdurrəhman oğlu Məhərrəmov]]
*[[Elşən Musayev|Elşən Məmmədhənifə oğlu Musayev]]
*[[Madər Musayev|Madər Ələsgər oğlu Musayev]]
*[[Nizami Səfərov|Nizami Abdulla oğlu Səfərov]]
*[[Erkin Qədirli|Erkin Toğrul oğlu Qədirli]]

{{Birləşdirilsin|[[Azərbaycan Respublikasının Milli Məclisi|Səhifə]] mövcuddur}}

== İstinadlar ==

{{İstinad siyahısı}}
{{Azərbaycan Respublikasının Milli Məclisinin Komitələri}}

[[Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisi]]