Difference between revisions 5116388 and 5116391 on azwiki'''[[Azərbaycan Respublikasının Milli Məclisi|Milli Məclis]]in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi''' — dövlətin hüquqi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət quruculuğuna aid qanun və qərar layihələri üzrə aparıcı komitədir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi: dövlət quruculuğu, seçki hüququ, vətəndaşlıq, məhkəmə quruluşu, mülki hüquq, mülki-prosessual hüquq, cinayət hüququ, cinayət-prosessual hüquq, cinayət-icra hüququ, inzibati hüquqpozmalar, vəkillik, notariat, prokurorluq, polis, müdafiə, təhlükəsizlik sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir; [[Azərbaycan Respublikası Milli Məclisi]]nin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin [[Azərbaycan Respublikasının Konstitusiyası]]na və başqa qanunlarına uyğunluğu haqqında rəy verir; [[Azərbaycan Respublikası Prezidenti]]nin təqdimatına əsasən [[Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi]], [[Azərbaycan Respublikası Ali Məhkəməsi]], [[Azərbaycan Respublikası Apelyasiya məhkəmələri]] hakimlərinin, habelə [[Azərbaycan Respublikasının Baş prokuroru]]nun namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənaralaşdırılması barədə məsələlərə baxır və rəy verir. [[Azərbaycan Respublikası Konstitusiyası]]nın mətnində dəyişikliklər olunması haqqında referendum təyin edilməsi barədə məsələ, habelə Konstitusiya qanunları [[Azərbaycan Respublikası Milli Məclisi]]nə çıxarıldıqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu haqda rəy verməlidir.<ref>[http://www.meclis.gov.az/?/az/commission/9 Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi]</ref> '''Tərkibi:''' *[[Əli Hüseynli|Əli Məhəmməd oğlu Hüseynli]] - Sədr *[[Qüdrət Həsənquliyev|Qüdrət Müzəffər oğlu Həsənquliyev]] - Müavin *[[Fəzail Ağamalı|Fəzail Rəhim oğlu Ağamalı]] *[[Əminə Ağazadə|Əminə Həmid qızı Ağazadə]] *[[Kamal Cəfərov (hüquqşünas)|Kamal Xaqani oğlu Cəfərov]] *[[Sabir Hacıyev (millət vəkili)|Sabir Kamal oğlu Hacıyev]] *[[Nurlan Həsənov|Nurlan Urfan oğlu Həsənov]] *[[Vüqar İskəndərov|Vüqar Yapon oğlu İskəndərov]] *[[Tahir Kərimli|Tahir Zayıdağa oğlu Kərimli]] *[[Azay Quliyev|Azay Əjdər oğlu Quliyev]] *[[Cəbi Quliyev|Cəbi Hüseyn oğlu Quliyev]] *[[Bəhruz Məhərrəmov|Bəhruz Abdurrəhman oğlu Məhərrəmov]] *[[Elşən Musayev|Elşən Məmmədhənifə oğlu Musayev]] *[[Madər Musayev|Madər Ələsgər oğlu Musayev]] *[[Nizami Səfərov|Nizami Abdulla oğlu Səfərov]] *[[Erkin Qədirli|Erkin Toğrul oğlu Qədirli]] {{Birləşdirilsin|[[Azərbaycan Respublikasının Milli Məclisi|Səhifə]] mövcudduqısa və qeyri ensiklopedikdir}} == İstinadlar == {{İstinad siyahısı}} {{Azərbaycan Respublikasının Milli Məclisinin Komitələri}} [[Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisi]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5116391.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|