Difference between revisions 5125902 and 5191508 on azwiki{{qaralama}}⏎ {{vikiləşdirmək}} {{qaralamamənbə azlığı}} Füzuli rayonunda erməni işğalçılarına qarşı yaradılan ilk könüllü batalyon 1991-ci ilin Noyabr ayında yaradılan 814 saylı ərazi özünümüdafiə batalyonu idi. Batalyona ilk olaraq Bəybala Qarayevi komandir təyin etdilər. Sonralar batalyonun komandiri AXC-nin Füzuli rayon şöbəsinin sədri Mobil Yusifov oldu. 1992-ci ilin əvvəlində isə bu batalyondan başqa Füzuli rayonunda erməni işğalçılarına qarşı döyüşən daha iki könüllü batalyon, 839 saylı Tuğ batalyonu (komandir - Rasim İbrahimov) və 848 saylı Axullu özünümüdafiə batalyonu (komandir - Zahir Həsənov) da yaradıldı. 1991-ci ilin yazında Azərbaycan XTMD (OMON), SSR Daxili Qoşunları və DTK-nın mobil dəstələrinin iştirakı ilə həyata keçirilən Çaykənd əməliyyatı zamanı Hadrut rayonunun ermənilər yaşayan Noraşen kəndi ermənilərdən təmizləndi, Füzuli rayonu ərazisindən həmin kəndə azərbaycanlılar köçürüldü və Noraşen kəndi Günəşli kəndi adlandırıldı. 1992-ci ilin əvvəlində həmin kəndin əhalisindən ibarət kolxoz sədri Sərdar Balakişiyevin rəhbərliyi ilə 837 saylı batalyon yaradıldı. Dağlıq Qarabağın ərazisinə daxil olan Günəşli kəndinə Füzuli rayonunun Gorazilli kəndindən torpaq yol uzanırdı. 837 saylı batalyonun müdafiə ərazisi Füzuli-Hadrut yolunun sol tərəfini, Günəşli kəndinin qarşı tərəfini, şərti adı 1020 olan yüksəklik və Quşçular yüksəkliyi də daxil olmaqla Qaradağlı kəndini əhatə edirdi. 1992-ci ilin Fevralında İlham Ağalarovun komandanlığı ilə yaradılan Horadiz bölüyü də Mart ayından etibarən 837 saylı batalyonun tərkibinə daxil edildi. 1992-ci ilin Mart ayında Füzuli rayonunda polkovnik-leytenant Əli Quliyevin komandanlığı altında bu dörd batalyonun əsasında 860 saylı alay yaradıldı. Az sonra Bakıda təşkil edilən 720 (komandir Akif Məmmədov), 721 (komandir - Aybar Vəliyev) və 723 saylı (komandir - Vahid Osmanov) batalyonlar da Füzuli rayonuna gətirilərək 860 saylı alaya tabe edildi. Aprel ayında isə bu yeddi batalyon 849 saylı Beyləqan batalyonu (komandir Elçin Hüseynov) ilə birlikdə yeni yaradılan 702 saylı briqadaya (komandir - polkovnik İsa Qasımov) daxil edildi. Aprel ayının sonlarında 837 saylı batalyon ləğv edilərək bütün şəxsi heyəti ilə birlikdə 848 saylı Axullu batalyonunun tərkibinə verildi. 1992-ci ilin İyun ayının ortalarında isə 831 saylı Xocavənd özünümüdafiə batalyonu (komandir - Əbdürrəhman Əsgərov) da 702-ci briqadanın sıralarına daxil edildi. 702 saylı briqadanın qərargahı Füzuli rayonunun mərkəzində yerləşirdi və Xocavənd, Cəbrayıl, Füzuli, Beyləqan rayonları briqadanın müdafiə ərazilərinə daxil idi. Briqadanın ilk komandiri polkovnik-leytenant İsa Qasımov, qərargah rəisi isə mayor Murad Həmidov oldu. 15 Avqust 1992-ci ildə həyata keçirilən uğursuz Xocavənd əməliyyatından sonra briqada komandiri İsa Qasımov vəzifəsindən kənarlaşdırıldı və briqadaya Emil Qasımov komandir təyin edildi. 1993-cü ilin Aprelin əvvəlində Emil Qasımov vəzifəsindən uzaqlaşdırıldı və 805 saylı Cəbrayıl alayının komandiri Heydər Piriyev 702-ci briqadaya komandir təyin edildi. Sonralar 1993-cü ilin Noyabrın 16-dan etibarən 702 saylı briqadaya polkovnik Şair Ramaldanov komandanlıq etməyə başladı. == 702 saylı briqadanın müdafiə etdiyi ərazilər == * 831 saylı Xocavənd özünümüdafiə batalyonunun müdafiə zonası: Piralbulaq yüksəkliyindən Muğanlı, Əmirallar kəndləri daxil olmaqla Qaraçuğ dağı. * 849 saylı Beyləqan özünümüdafiə batalyonunun müdafiə zonası: Qaraçuğ dağının sol istiqaməti. * 814 saylı Füzuli özünümüdafiə batalyonunun müdafiə zonası: Aşağı Veysəlli kəndindən “Uryandağ” yüksəkliyinə qədər olan ərazi. * 720, 721 və 723 saylı batalyonların müdafiə zonası: Divanallar-Yuxarı Yağlıvənd-Qacar kəndləri və strateji əhəmiyyətli “Xəzəz” yüksəkliyi. * 839 saylı Tuğ özünümüdafiə batalyonunun müdafiə zonası: “Şahrüvənyal” yüksəkliyindən başlayaraq Axullu, Çimən və Cuvarlı kəndləri. * 848 saylı Axullu özünümüdafiə batalyonunun müdafiə zonası: Cuvarlı kəndindən Qaradağlı kəndinə qədər olan ərazilər. Cəbrayıl rayonuna gəldikdə isə, burada ilk batalyon olan 805 saylı ərazi müdafiə batalyonu 1991-ci ilin Noyabr ayında hələ 1988-ci ildən fəaliyyət göstərən könüllü dəstənin əsasında yaradılmışdı. 1 İyun 1992-ci ildə bu batalyon 722 saylı hərbi hissəyə çevrildi. 1 yanvar 1993-cü ildə isə həmin 722 saylı hərbi hissə 896 saylı hərbi hissə adlandırıldı. Hərbi hissənin ilk komandiri Kamil Vəliyev, sonralar isə Heydər Piriyev oldu. 1993-cü ilin Aprel ayında Heydər Piriyev 702 saylı briqadanın komandiri təyin edildi, həmin ilin Avqust ayında isə o Füzuli rayonunun işğalında təqsiriləndirilərək həbs edildi. 1992-ci ilin Aprel ayında Vahid Alışovun rəhbərliyi ilə Cəbrayıl Daxili İşlər Şöbəsinin nəzdində "Ziyalı" batalyonu yaradıldı. Onu da qeyd etmək lazımdır ki, 722-ci hərbi hissənin tərkibində Tariel Şirinovun komandanlığı altında İmişli könüllü dəstəsi (Küdrü Qartalları) də iştirak edirdi. Xocavənd rayonunda 1992-ci ilin fevralında yaradılan Xocavənd ərazi özünümüdafiə batalyonu 1988-ci ildə əsası qoyulan Muğanlı özünümüdafiə dəstəsinin əsasında yaradılmışdı. Batalyonun ilk komandiri Ağcabədi rayon hərbi komissarı mayor Əbdürrəhman Əsgərov idi. 1992-ci ilin Oktyabrın 2-də O şəhid olandan sonra batalyon komandiri Əbülfət Hüseynov oldu. Xocavənd batalyonu 1992-ci ilin İyun ayının 15-ə qədər müxtəlif hərbi hissələrin tərkibində aktiv hərbi əməliyyatlarda iştirak etmiş, 1992-ci ilin İyun ayında isə 702 saylı briqadaya daxil edilmişdir. 1992-ci ilin Oktyabrın 2-də Xocavənd rayonunun Muğanlı, Əmrallar və Kuropatkino kəndləri ermənilər tərəfindən işğal ediləndən sonra batalyon qısa müddət ərzində 708 saylı Ağdam briqadasının tərkibində qaldı. 1992-ci ilin Dekabrında 704 saylı Lənkəran briqadası Füzuli rayonuna gətirildi, bununla da 831 və 849 saylı batalyonlar 704-cü briqadaya daxil edildi. Həmin ərəfədə Füzuli rayonunun Aşağı Veysəlli kəndindən 831 saylı batalyonun müdafiə xətti daxil olmaqla Mərzili kəndinə kimi ərazi 704 saylı briqadaının müdafiə xəttinə daxil idi. 1993-cü ilin iyun ayında isə Müdafiə Nazirliyinin əmrilə bu batalyonun bazasında 161 saylı tabor yaradıdı, həmin ilin avqust ayında 161 saylı tabor alaya çevrildi. Alayın müdafiə ərazisi Qaraçuğ dağının sağ və Nərgiztəpənin sol tərəfindən Mərzili kəndinə kimi geniş bir ərazini əhatə edirdi. 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra, 1993-cü ilin Noyabrın 16-da briqadaya Şair Ramaldanov komandir təyin edildi və qarşıdakı hücum əməliyyatına hazırlaşmaq üçün hərbi hissə Seyfəli təlim mərkəzinə göndərildi. 40 günlük hərbi təlimlərdən sonra 1993-cü ilin Dekabrın 26-da 702 saylı hərbi hissə yenidən Füzuli cəbhəsinə gətirilərək milli ordumuzun Horadiz hücum əməliyyatında iştirak etdi. All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5191508.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|