Difference between revisions 5431295 and 5432289 on azwiki{{Rəssam |Adı = İmaş Hacıyev |Orijinal adı = İmaş Adışirin oğlu Hacıyev |İlk adı = |Şəkil = |Şəklin ölçüsü = |Şəklin izahı = |Doğum tarixi = {{Doğum tarixi|1960|1|14}}14.1.1960 |Doğum yeri = |Vəfat tarixi = |Vəfat yeri = |Milliyyəti = [[Azərbaycanlı]] |Təbəəlik = |Vətəndaşlığı = |Janrı = |Təhsili = |Stili = |Tanınmış işləri = |Hamiləri = |Təsir edib = |Mükafatları = |Saytı = |İmzası = |Vikianbar = }} '''İmaş Hacıyev''' — sənətşünaslıq üzrə fəlsəfə doktoru, Memarlıq və İncəsənət İnstitutunun Ümumi işlər üzrə direktor müavini == Həyatı == İmaş Hacıyev 1979-cu ildə Bakı şəhərində 84 № -li Texniki məktəbi reklam – tərtibat işləri üzrə vitrajçı – rəssam ixtisası alaraq fərqlənmə ilə, 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir<ref name="mii.az">{{cite web|url=http://mii.az/execution001/?lang=AZ |title=Ümumi işlər üzrə direktor müavini:İmaş Hacıyev |author= |date=2010 |work=AMEA – Memarlıq və İncəsənət İnstitutu |publisher=mii.az |accessdate=2014-10-10 |language=az}}</ref>. == Yaradıcılığı == 2004-cü ildə namizədlik (indiki fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2009-cu ildə dosent elmi adını almışdır. 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqına, 2008-ci ildə Azərbaycan Dizaynerlər İttifaqına üzv qəbul edilmişdir<ref name="mii.az" />. Respublikada və eləcə də xarici ölkələrdə – Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna və Qazaxıstanda dərc olunmuş 80-ə qədər elmi məqalələrin müəllifidir<ref name="mii.az" />. Bir neçə metodik vəsaiti – “Milli dəyərlər təlimi” (2000), “Təsviri incəsənət və onun tədrisi metodikası” – məktəbəqədər təhsilin pedaqogikası və metodikası ixtisası üçün (2008), “Təsviri incəsənət və onun tədrisi metodikası” – ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üçün (2009) çap olunmuşdur<ref name="mii.az" />. “Azərbaycanda sənaye dizaynının təşəkkülü və inkişaf istiqamətləri” (Bakı, 2011) monoqrafiyası, “Şərq miniatür sənətində kompozisiya quruluşunda forma və üslub xüsusiyyətləri” (Bakı, 2012) adlı kitabı nəşr edilmişdir<ref name="mii.az" />. Yerli və Beynəlxalq konfransların iştirakçısı olmuşdur<ref name="mii.az" />. Müxtəlif sərgilərin iştirakçısı olmuş, 1992-1994-cü illərdə Sumqayıt şəhərində fərdi sərgiləri keçirilmişdir<ref name="mii.az" />. == İstinadlar == {{İstinad siyahısı}} All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5432289.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|