Difference between revisions 5452137 and 5472226 on azwiki

{{vikiləşdirmək}}
{{Şəxs
|Adı              = Abbas Qasımov
|Orijinal adı     = Abbas Şəmməd oğlu Qasımov
|Şəkil            = Abbas Qasımov (şəhid).jpg
|Şəklin ölçüsü    = 200
|Şəklin izahı     = 
|Digər adı        = 
|Doğum tarixi     = 10.6.1966
|Doğum yeri       = [[Balıqlı]], [[Ağbaba mahalı]], [[Ermənistan SSR]], [[SSRİ]]
|Vəfat tarixi     = 19.1.1990
|Vəfat yeri       = [[Bakı]], [[Azərbaycan SSR]], [[SSRİ]]
|Vəfat səbəbi     = Sovet Ordusunun təcavüzü
|Dəfn yeri        = [[Şəhidlər Xiyabanı]], [[Azərbaycan SSR]], [[SSRİ]]
|Atası            = Şəmməd Qasımov
|Anası            = Zöhrə Abdalova
|Milliyəti        = azərbaycanlı
|Tanınır          = 
|Vikianbar        =
}}
{{eyni ad-soyadlı|Abbas Qasımov}}
'''Abbas Şəmməd oğlu Qasımov''' — 20 Yanvar şəhidi<ref>[http://e-qanun.az/framework/276 "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı '''Fərmanı''']</ref>.

== Həyatı ==
Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat edib<ref>[{{Cite web |title=Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992. |url=http://www.ebooks.az/view/isNJXSro.pdf |access-date=2015-07-17 |archive-date=2015-07-17 |archive-url=https://web.archive.org/web/20150717121740/http://www.ebooks.az/view/isNJXSro.pdf Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992.]|url-status=live }}</ref>.

1988-ci ilin aprelində Ermənistandan, dədə-baba yurdundan qovulublar. Köçü gətirəndə Abbas evlərinin əşyalarını yüklədiyi «Kamaz» maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, təsadüf nəticəsində Abbas sağ qalmışdır. Söz var deyərlər, yetim üçün ay da, gün də qaradır. Abbas o təhlükədən sovuşdu, Bakıda isə yağı gülləsinin qurbanı oldu.

Heç yerə işə düzələ bilməmişdi. Günəmuzd fəhləlik edirdi.

2 qardaşı, bir bacısı var. Subay idi.

Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu ilə evdən çıxıb. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmiş, 4 saatdan sonra keçinmişdir. O vaxt xəstəxananın işıqları söndürülübmüş. Cərrahiyyə əməliyyatı şam işığında aparılıb.

Şəhidlər xiyabanında dəfn olunub.

== Həmçinin bax ==
*[["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı]]
*[[Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı]]
*[[Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)|Şəhidlər Xiyabanında dəfn olunanlar]]

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Ağbabada doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:20 Yanvar şəhidləri]]
[[Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)]]