Difference between revisions 5635386 and 5775965 on azwiki

{{vikiləşdirmə}}
{{mənbə azlığı}}
[[Şəkil:Gay Couple Savv and Pueppi 02.jpg|thumb|Homoseksuallıq]]
[[Şəkil:Gay flag.svg|thumb|[[LGBT]] bayrağı.]]
[[Şəkil:An ottoman miniature from the book Sawaqub al-Manaquib depicting Homosexuality.jpg|thumb|Osmanlı miniatür sənətində təsvir olunmuş homoseksual münasibət]]
[[Şəkil:World_marriage-equality laws.svg|thumb|<center><big>'''Eynicinsli nigah'''</big><br />'''dünya üzrə hüquqi statusu'''</center><br />
{{legend|#025|[[Eynicinsli nigah]]lar qeydiyyata alınır}}
{{legend|#90C|[[Eynicinsli nigah]]lar tanınır, lakin qeydiyyata alınmır}}
{{legend|#06F|Digər eynicinsli əlaqələr tanınır (Vətəndaş tərəfdaşlığı)}}
{{legend|#CCC|Qanunla heç bir formada tənzimlənmir}}
]]
'''Homoseksuallıq''' ({{dil-el|lὁμός}} -  eyni, {{dil-lat|Sexus}} - [[Cins (insan)|cins]]) — eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqə. Homoseksuallıq geniş mənada  insanın  mövcud olan seksual növlərindən(orientasiya) biri  olub , özündə homoseksual orientasiya (öz cinsinden olanlara seksual meyl) , homoseksual identiklik (özünü  homoseksual orientasiyalı biri kimi dərk etmə) və homoseksual  davranışı (öz cinsindən olanlarla   seksual  təcrübə ) birləşdirir. İnsanlarda mövcud olan  digər iki seksual orientasiyalara  [[biseksuallıq]]   ve [[heteroseksuallıq]] aiddir.   Kişi cinsindən olan homoseksuallığa '''Oğlanbazlıq''' deyilir və o həyat tərzini sürənə geniş yayılmış adlarından biri ''gey'' olaraq tanınır, azərbaycanca isə '''ibnə''', '''oğlanbaz''' deyilir. Gey sözü fransız dilində olan "gai" sözündən yaranmışdır. Bu sözün tərcüməsi "əhli-kef" mənasını verir. Gey sözünün homoseksuallara aid edilməsi isə [[1960]]-cı illərdən başlanılmışdır.

XX əsrin əvvələrinə qədər homoseksualların hüquq və öhdəlikləri cəmiyyətə məlum deyildi. Qədim zamanlardan, xüsusən Şərq ölkələrində homoseksuallıq günah və cinayət hesab olunurdu. Bütün İbrahimi dinlər, bu cür cinsi münasibəti qadağan edirdi. Bu səbəbdən homoseksualların məskunlaşdığı ərazilərdə, xüsusi nəzarət təşkil olunur və onların cəmiyyətə qarışmasının qarşısı alınırdı. [[Avropa]]da homoseksuallara qarşı nisbətən mülayım münasibət göstərilsə də, [[Afrika]] və [[Asiya]] ərazilərində qeyri-təbii davranışların cəzası çox zaman ölüm hökmü olurdu. [[1960]]-cı ildən etibarən homoseksualların hüquqları hazırlanmağa başlandı. Homoseksuallar onlara cəmiyyətdə seçmək, seçilmək, orduda xidmət etmək, eyni cinsdən olanlarla evlənmək kimi hüquqların verilməsini tələb edirdilər. Uzun müddət aparılan mübarizəyə baxmayaraq, yanız [[2001]]-ci ildə [[Hollandiya]]da geylərin evlənməsinə rəsmən icazə verilmişdir. Hollandiyada eyni cinsdən olanlara evlənmək və övladlığa uşaq götürmək hüququ verildikdən sonra [[Belçika]], [[İspaniya]], [[Kanada]], [[CAR]], [[Norveç]], [[İsveç]], [[Portuqaliya]] və [[İslandiya]]da da oxşar qanunlar qəbul edilmişdir. [[İran]], [[Somali]] və [[Səudiyyə Ərəbistanı]] kimi bəzi ölkələrdə bu tip evlilikləri təşkil etmək ölüm hökmü ilə nəticələnir.

Hazırda  xəstəliklərin adlandırılması ,təyini  Xəstəliklərin Beynəlxalq Təsnifatına ([[XBT-10]]) əsasən müəyyən edilir. Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra "Ruhi Xəstəliklərin Çin Təsnifatı"ndan silinmişdir. Homoseksuallığın yaranması  ilə əlaqədar  müxtəlif fikirlər irəli sürülsə də, onların heç biri konkret olaraq sübuta yetirilməyib. Niderland beyin institutunun direktoru, neyrobioloq Dik Svaab hesab edir ki, homoseksual olub-olmamaq insan hələ  doğulmamışdan əvvəl müəyyənləşir. Amerika Pediatriya Akademiyası 2004-cü  ildə bəyan etdi: " Böyük ehtimalla , seksual orientasiya konkret bir faktorla deyil , genetik, hormonal və mühitin təsiri ilə müəyyənləşir ". Kral Psixiatriya  Kollegiyası (Böyük Britaniyanın əsas peşəkar psixiatrlar assosiasiyası) 2007-ci ildə bəyan etdi : "Təxminən bir əsrlik psixoanalitik və psixoloji spekulyasiyaya baxmayaraq,şəxsin  homoseksual yaxud heteroseksual olmasında tərbiyənin xarakteri və erkən uşaqlıq təcrübəsinin hər-hansı rolunu göstərən heç bir dəlil yoxdur.Görünür ki, seksual orientasiya bioloji təbiətli olub,genetik  faktorların və erkən bətndaxili mühitin mürəkkəb qarşılıqlı  təsiri ilə əvvəlcədən müəyyən olunur.Buna  görə də cinsi  orientasiya  şəxsin özü tərəfindən seçilmir." 17 iyun  2011 ci ildə [[BMT]]  ilk dəfə olaraq ,  “insan huquqları,sexsual orientasiya ve gender bərabərliyi” qətnaməsini qəbul etdi. Qətnaməyə əsasən ,sexsual orientasiyaya görə diskriminasiya qadağan edilir.

== Həmçinin bax ==
* [[Biseksuallıq]]
* [[Heteroseksuallıq]]
* [[Seks]]
* [[Homoseksualları hərbi xidmətdən azad etmiş ölkələr]]

[[Kateqoriya:LGBT]]
[[Kateqoriya:Davranışlar]]
[[Kateqoriya:Cinsi əlaqə]]
[[Kateqoriya:Seksual orientasiyalar]]

{{Seks-qaralama}}