Difference between revisions 5647758 and 5711702 on azwiki

{{vikiləşdirmək}}

[[Şəkil:Coition of a Hemisected Man and Woman.jpg|right|220px|thumb|[[1492]]-ci ildə qadın və kişi cinsiyyətlərinin birləşməsinə aid [[Leonardo da Vinçi]]nin çəkdiyi şəkil]]
'''Seks''' ({{Dil-la|sexus}} – [[Cins (insan)|cins]]) – [[cinsi əlaqə]], mayalanma, [[Nəsil artırma|nəsil artımı]] instiktinin reallaşdırılması. İlk dəfə ingiliscə seks sözü cinsi əlaqə yaxud da cinslərin biri-birindən həzz alması mənasında istifadəsi [[1929]]-cu ildə qeydə alınıb.<ref>[http://www.etymonline.com/index.php?search=sex&searchmode=none Seksin ilk dəfə ingiliscə cinsi əlaqə kimi qeydi]</ref>

== Artım ==
Cinsi birləşmə insan nəslinin artımında əsas metoddur. Ümumilikdə kişidə [[orqazm]] anı ilə eyni zamanda gerçəkləşən boşalma anında [[spermalar]] qadının [[Vagina|vaginasından]] uşaqlıq yoluna daxil olar. Hər boşalmada, döllənmə şansının yüksəlməsi üçün milyonlarla [[sperma]] hüceyrəsi ortaya çıxır. Qadının orqazm olub-olmaması onun [[Hamiləlik|hamilə]] qalması üçün heç bir maneə törətmir. Lakin kişinin orqazm olduğu sırada qadında orqazm olarsa dişinin cinsi orqanının müəyyən müddətlik kiçilməsi baş verər və bu da kişi toxumalarının qadının yumurtalığına yetişməsi prosesini sürətləndirər. Əgər kişidə və ya qadında heç bir problem yoxdursa o zaman bu birləşmənin sonunda qadının hamilə qalmaq ehtimalı böyük olur.

==Cinsi həyatın ekstragenital formaları==
*[[Heteroseksuallıq|Heteroseksual]]: cinsi əlaqə
*[[Homoseksuallıq|Homoseksual]]: eynicinslilər arasında cinsi əlaqə
*"Platonik sevgi": Cin si həyatın ekstragenital formaların birinci növünə platonik sevgini aid etmək olar. Özündə iki insan arasında yaxın (sevgi) davamı kimi sekslə müşahidə edilməyən, daha çox "xülyavi" əlaqə.
Bu cür cinsi həyat forması əsasən intim əlaqənin mümkünsüzlüyü ilə və ya səhhətinin problemləri ilə məhdudlaşır.
*"Geyşizm": Geyşizm sözünün mənası klientləri dansla, oxumaqla və çay seremoniyası ilə təmin edən yapon peşəkar artistlərdən ([[geyşa]] sözündən) yaranıb. Geyşalar qadın gözəlliyini simvolizə edir, özündə qadınla incəsənətin unison şəklində birləşməsidir.

==Cinsi əlaqə==
Cinsi əlaqə (və ya koitus) - ənənəvi heteronormativ anlayışda iki fərdin cinsi həzz alınmasına və nəslin artırılmasına yönəlmiş cinsi kontakt.

==Cinsi həyatın alternativ formaları==
* Pollyusiya: Təbii, qeyri-iradi, əsasən [[yuxu]]da (tez-tez seksual xarakterli yuxularla bərabər) oğlanlarda və kişilərdə spermanın xaric olunması. Seksual həyatdan imtinada daha tez-tez yarana bilər.
*[[Masturbasiya]] : [[orqazm]] yaratmaq məqsədi ilə erogen zonalarının (çox vaxt cinsi orqanlarının) süni qıcıqlandırılması. Masturbasiya əsasən cinsi yetişkənlik dövründən başlayır.
*"Pettinq": Cinsi əlaqəni çıxmaqla, fərqli erogen zonalarının qıcıqlandırılması ilə [[orqazm]]ın yaradılması ilə nəticələnir. Burada ehtiraslandıran isə ([[öpüş]]lər, qucaqlama, sığallama, birgə genitaliyalarının sürtünməsi ilə və s.
*"Finqerinq": Əl ilə cinsi orqanlara toxunmaqla əlaqəyə girməkdir.
* [[Autofellasiya]]: Kişilərin cinsiyyət orqanının sərbəst şəkildə sorulması və öz-özünə həzz verilməsi.

== Seksual orentasiyalar ==
[[Şəkil:Wiki-anal_missionary.png|thumb|[[Anal seks]]]]
Sekslə məşğul zamanı cinslərin bir-birilərindən həzz almasında onların seksual orentasiyaları əsas rol oynayır. Seksual orentasiyalara görə cinsi əlaqələrin adlandırılması və mənası:
* [[Heteroseksuallıq|Heteroseksual]] seks – əks cinsin nümayəndəsi ilə cinsi əlaqə.
* [[Homoseksuallıq|Homoseksual]] seks – Seksualogiyada, Sosiologiyada və Antropologiyada işlədilən termin. Eyni cinsin nümayəndəsi ilə cinsi əlaqə (kişi-kişi ilə, qadın-qadınla).
* [[Biseksuallıq|Biseksual]] və ya [[Panseksuallıq|Panseksual]] seks – hər iki cinsin nümayəndəsi ilə cinsi əlaqə.

== Seksin faydası ==
Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə faydalarını araşdırıblar. Araşdırmaların sonunda cinsi əlaqənin sadəcə insanlar arasında bir ehtiyac olmadığı, həmçinin insan sağlamlığına faydalı olduğu müəyyənləşib. Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır. Cinsi əlaqə zamanı [[qan dövranı]] yaxşılaşır.

İngiltərədə aparılan araşdırma zamanı isə kişilərin orqazmla ölümləri arasında əlaqə araşdırılıb. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu ortaya çıxıb.
Həmçinin, müntəzəm orqazm [[prostat xərçəngi]] riskini azaldır. Bununla yanaşı, orqazm zamanı baş ağrıları və [[miqren]] ağrılarının azaldığı müəyyənləşib.

ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları isə cinsi əlaqə zamanı qadınların ən çox şikayət etdikləri kişilərin cinsi əlaqədən dərhal sonra yatmağa meyl etməsinin səbəbini araşdırıblar. Nəticədə bu halın hormonal dəyişikliklə əlaqədar olduğu qənaətinə gəliblər. Mütəxəssislər məsələyə bu cür aydınlıq gətiriblər: “Kişilər cinsi əlaqə zamanı orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər, həm də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən “prolaktin” adlı hormonun səviyyəsinin artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə tam əksinə olaraq, cinsi əlaqə zamanı “prolaktin” hormonu ilə bərabər cinsi istəyi artıran “oksitosin” hormonu da ifraz olunur”.
Sən demə, qadınların gözəl və sağlam qalması üçün yalnız kremlər, kosmetik vasitələr, müxtəlif maskalar gərəkmirmiş. Artıq sekslə məşğul olaraq da gözəlləşməyin mümkünlüyü sübut edilib. 3500 amerikalı qadın üzərində araşdırma aparan elm adamları, cinsi həyatından məmnun olan və uzun illər sekslə məşğul olan qadınların gənc və gözəl qaldığını ortaya çıxarıb.
Belə ki, seks zamanı qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlardandır. Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar ən azı 10 yaş daha gənc və gözəl görünürlər.

Yaxşı bir cinsi həyatın, beyin üçün də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan daha çox işlək olmasıdır. Üstəlik sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı təklif edir.

=== Cinsi əlaqənin 8 xeyri ===
[[Şəkil:Wiki-cowgirl.png|thumb|[[Vagina]]l seks]]

# Seks vasitəsilə lazımlı [[hormonlar]] əmələ gəlir <ref>[http://kayzen.az/blog/seks/11084/seksin-faydas%C4%B1.html Seksin faydası]</ref>
*[[Oksitosin]] – bu yaraların tez sağalmasına, zədələr nəticəsində əmələ gələn ləkələrin yox olmasına kömək edir. Hormon bədən temperaturunu və təzyiqini tənzimləyir.
*[[Dopamin]] – razılıq hormonlarını artırır.
*[[Testosteron]] – insandakı narazıçılıq və narahatlıq hisslərini azaldır.
*[[Endorfin]] – xoşbəxtlik hormonu stresi aradan qaldırır, depressiyadan uzaq saxlayır. Bu hormonlar cinsi istəyi artırır, insanı daha həvəsli edir.
# Cinsi əlaqə ürəyə müsbət təsir edir, insult və infarkt riskini 2 dəfə azaldır.
# Daimi cinsi əlaqə insanı daha ağıllı edir. Seks zamanı qan beyinə daha yaxşı ötürülür, oksigenin miqdarı çoxalır. Eyni zamanda cinsi əlaqə yaddaşı möhkəmləndirir, əsəbləri sakitləşdirir.
# Seks kişilərdə [[Prostat vəzi|prostat]], qadınlarda isə mastopatiya xəstəliyinin qarşısını alır.
# İntim münasibət zamanı [[immunitet]] artır, soyuqdəymənin qarşısını alır.
# Seks artıq çəkidən xilas olmağa kömək edir. 4-5 dəqiqə sekslə məşğul olmaq 15 dəqiqə qaçış xalçasında idman etməkdən daha sərfəlidir. Bu zaman daha çox kalori itirirsən. 
# Daimi seks dərinin elastikliyini artıran və qırışların qarşısını alan kollagenin miqdarını çoxaldır. 
# Cinsi əlaqə zamanı orqanizmdəki mikrobların 50 %-i təmizlənir.

Alimlər sübut ediblər ki, erkən yaşda cinsi əlaqə ilə məşğul olmaq insanın psixologiyasına mənfi təsir edir. Belə insanlar alkoqola düşkün olurlar. Onlar həyatlarındakı insanlardan razı qalmırlar.

== Dünya mədəniyyətindən ==
Sekslə əlaqədar bir çox dünya ədəbiyyatında şerlər və kitablar mövcuddur. Məsələn: Hindistanın tarixi mədəniyyətinə aid olan sekslə məşqul olmaq üçün müxtəlif cür duruşları izah edən [[Kama Sutra]]<ref>[http://www.indohistory.com/kamasutra.html Kama Sutra]</ref> kitabı.

==Seks lüğəti==

'''[[Aseksualizm|Aseksual]]'''

Seksə qarşı maraqsız və ya istəksiz olan. Aseksualizm impotentliyə sinonim deyil. Nə kişi, nə də qadına cinsi və romantik meylin olmamasına deyilir.

'''[[Aybaşı]]'''

Hamilə olmayan [[qadın]]larda, yetkinlik çağından klimaksa qədər ayda bir dəfə [[vagina]]dan gələn [[qan]].

[[Bakirəlik|'''Bəkarət (bakirəlik)''']]

Bakir və ya bakirə olma vəziyyəti. Cinsi əlaqədə olmamış [[kişi]]yə bakir, cinsi əlaqədə olmamış qadına isə bakirə deyilir. [[İslam]] və Şərq ölkələrində bakirəliyə xüsusi fikir verilir.

'''Bestiality'''

Bir insanın bir heyvanla cinsi əlaqədə olması, zoofiliya, heyvanlarla seks, heyvanlarla cinsi yaxınlıq,

[[Biseksuallıq|'''Biseksual''']]

Həm qadınlarla, həm də kişilərlə cinsi əlaqədə olmaq istəyi olan adamlar biseksual adlanır.

'''Cinsi cazibədarlıq'''

Fiziki gözəllik və ya adamın xarakterinin bir başqa adamı cinsi baxımdan cəzb etməsi, seksuallıq.

'''[[Kunnilinqus]] (Cunnilungus)'''

Ağızla vaginanı yalamaq, qadın cinsi orqanının dodaq və dillə oyandırıb ehtirasa gətirmək

'''[[Dildo]]'''

Cinsi əlaqədə istifadə edilən süni penis. Seks-şoplarda satılır. Seksual partnyoru olmayan qadınlar və əri aseksual (impotent) kişi olan qadınlar tərəfindən istifadə olunur.

'''İnsest'''

İki qan qohumunun cinsi əlaqədə olması. Oğul və ana arasında cinsi əlaqə, ata və qızın seksi, qardaşın bacı ilə cinsi əlaqəsi və s. insest sayılır.

'''[[Ereksiya]]'''

Penisin və klitorun qan dolma nəticəsində sərtləşməsi, seks üçün hazır vəziyyətə gəlməsi. “Seksual oyanıqlıq” sözünün sinonimi

'''Seksual fantaziya'''

Erotik istəyin və ya psixoloji ehtiyacın qarşılanması üçün insanın xəyalına gətirdiyi seksual arzular. Erotik xülyalar.

'''[[Fellatio]]'''

Penisi ağız ilə yalamaq. Oral seksin ən məşhur növü. [[İngilis dili]]ndə '''“blowjob”''' sözü ən çox geniş yayılmış sinonimidir.

'''Hermafrodit'''

Həm qadın həm də kişi cinsi orqanları olan insan.

'''[[Klitor|Klitor (clitoris)]]'''

Qadının ən həssas xarici cinsi orqanı, [[vulva]]nın üst hissəsində yerləşir. Qadınların çoxu klitor ilə orqazm ola bilir (buna klitoral orqazm deyilir). Seks zamanı həm qadının, həm kişinin klitoru ovuşdurmaqla cinsi oyanıqlığı artırması geniş yayılmışdır.

'''[[Cinsiyyət dodağı|Labia]]'''

Qadının tənasül orqanında dodaq şəklində cisim, cinsiyyət dodaqları.

'''[[Masturbasiya]]'''

Adamın özü-özünü süni şəkildə cinsi oyandırması. Buna autoerotism də deyilir. Seksual partnyoru olmayan, yaşı az gənclər masturbasiya ilə daha çox məşğul olur. Lakin ailə qurmuş və aktiv cinsi həyat keçirən insanlar da mütəmadi olaraq masturbasiya edir və bu cinsi pozğunluq sayılmır.

'''[[Sadomazoxizm|Mazoxizm]]'''

Əzab veriləndə, təhqir ediləndə daha çox seksual keyf almaq mazoxizm adlanır. Mazoxistlər onlara əzab verilməsindən daha da ehtiraslanır.

'''[[Nekrofiliya]]'''

Ölü və cəsədlərlə seks. İngiliscə Necrophilia. Nekrofiliyaya daha çox müharibələrdə rast gəlinir.

'''[[Pedofiliya]]'''

Uşaqlarla seks, uşaqbazlıq elmi dildə pedofiliya (pedophilia) adlanır. Xüsusən də 12-16 yaşlı qızlarla seks daha çox yayılıb. Daha kiçik yaşlı qızlarla cinsi əlaqə psixoloji patologiyadır, bu seksual manyaklıq sayılır. Ümumiyyətlə isə gənc qızlarla seks (məsələn 16-17 yaşlı qızlarla seks) üçün maraq təbii hal sayılmalıdır. Gənc oğlanlarla seksə həvəs az da olsa yayılmışdır. Bir çox qadınlarda azyaşlı uşaqlarla seks arzusu güclü olur.

'''Piqmalionizm'''

Heykəllə seks. Qədim yunan nağılında bir kişinin yaratdığı heykələ vurulmasından sonra həmin heykəlin (Piqmalion) adından götürülüb.

[[Prezervativ|'''Prezervativ (kondom)''']]

İncə lateks, plastik və ya heyvan dərisindən istehsal edilən, cinsi əlaqə zamanı penisin (kişi cinsi orqanı) üzərinə geyilən alət. Məqsəd, həm hamilə qalma ehtimalını, həm də cinsi əlaqə yoluyla keçə biləcək xəstəliklərin qarşısını almaqdır. Prezervativ müxtəlif ölçüdə, formada, bəzəklərdə və rənglərdə olur. Poliuretan prezervativlər lateks qoruyucalara nisbətən daha keyfiyyətlidir.

'''Koitofobiya'''

Cinsi əlaqədə ağrı ilə müşayiət olunur. Ümumiyyətlə cinsi əlaqədən qorxmaya deyilir. Əasən uşaqlıqda zorakılıq, cinsi istismar, seksdən qorxma səbəbləriylə bağlı olur. Müalicəsi seksopatoloq tərəfindən aparılır.

'''Sodomiya'''

Homoseksualizm, mavilik, əks cinslə cinsi əlaqədə olmaq. İngiliscə ''“sodomy”'' adlanır. Sodomiya (eynicinsli seks) adlanır. İslamda günah sayılır. Ən qədim seksual pozğunluqlardan biridir.

==Günə sekslə başlamağın xeyirləri==

Alimlər günə sekslə məşğul olmaqla başlayan kişilər və qadınların gün ərzində özlərini daha sağlam və xoşbəxt hiss etdiklərini üzə çıxarıb.

Rusiya mətbuatına istinadən verilən məlumata görə, araşdırma səhər seksinin insanın immunitetini gücləndirdiyini, onu infeksiyalardan qoruduğunu da sübut edib. Üstəlik, təxminən 1 ay ərzində hər səhər sekslə məşğul olan insanın dərisi səpkilərdən, sızanaqlardan təmizlənməyə başlayır.

25-37 yaş arası kişi və qadınlar arasında aparılmış araşdırma göstərib ki, hər səhər yataqda intim münasibətlərə təxminən 10 dəqiqə ayıran şəxslərin dərisinin rəngi yaxşılaşır, dəri təravətlənir, hətta saçlar möhkəmlənir. Eksperimentdə iştirak edənlərin bir qrupu sonda qripə yoluxma hallarının xeyli azaldığını, gün ərzində özlərini daha gümrah hiss etdiklərini bildirib.

== Elmi ədəbiyyatı ==
* [http://ec-dejavu.ru/e/Eros.html#f Mişel Fuko. Seks] // Həzzin istifadəsi. Cazibədarlığın tarixi. T. 2. SPb.: Akademiya proekti, 2004, s. 57-98.
* [http://ec-dejavu.ru/l/Libera_Alain.html Alen de Libera. Seks və asudə vaxt] // De Libera Alen. Orta əsrlərin düşüncəsi. — M.: Praksis, 2004, s. 134—206.

==Həmçinin bax==
* [[Seksomniya]]
* [[Azad sevgi]]
*[[Seksologiya]]
*[[Erotika]]
* [[Pornoqrafiya]]
* [[Pornosayt]]
*[[Zorlama]]
* [[Kama Sutra]]

== Xarici keçidlər ==
{{Vikianbar kateqoriyası|Sex in humans|Sex}}
{{Wikiquote|Sex}}
* [http://www.loveline.de/ Informationen für Jugendliche und junge Erwachsene] bei der Bundeszentrale für gesundheitliche Aufklärung (BZgA)
* [http://www.lifeline.de/llspecial/special_sexualitaet/content-121031.html Artikelsammlung zum Thema Sex bei ''Lifeline'']
* [http://www.ameanet.org/memberz/ Kunstwerke zum Thema Sex] {{Vebarxiv|url=https://web.archive.org/web/20090505163856/http://www.ameanet.org/memberz/ |date=2009-05-05 }} im World Museum of Erotic Art
* [http://www2.hu-berlin.de/sexology/Home_DE/Startseite/startseite.html Magnus-Hirschfeld-Archiv für Sexualwissenschaft] {{Vebarxiv|url=https://web.archive.org/web/20090307023145/http://www2.hu-berlin.de/sexology/Home_DE/Startseite/startseite.html |date=2009-03-07 }}

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:İnsan davranışları]]
[[Kateqoriya:Seks]]