Difference between revisions 5698736 and 6074480 on azwiki[[ŞəkiFayl:Vasw logo.jpg|thumb|VASW təşkilatının loqosu]] '''Almaniyada azərbaycanlı tələbələr və elmi işçilər birliyi''' – A.A.T.E.İ.B. ([[almanca]]: '''''V'''ereinigung '''a'''serbaidschanischer '''S'''tudierender und '''W'''issenschaftler in der Bundesrepublik Deutschland e.V.([http://vasw.de '''VASW''']))'' qarşısına Almaniyada təhsil alan və müxtəlif sahələr üzrə elmi işlərlə məşğul olan azərbaycanlı gəncləri birləşdirmək məqsədi qoyan qeyri-siyasi bir təşklatdır. Təşkilatın yaranması ilə məşğul olan təşəbbüs qrupu 2007-ci ildə təşkil edilmiş, onun aktiv üzvlərindən əsasən Samir Abbasov, Dr.[[Rezo Əliyev]], Telman Əliyev, Dr.Qurban Ələkbərov, Rəqsanə Hacıyevanın və Seymur İbrahimovun iştirakı ilə bir il müddətində onlarla azərbaycanlı gənci bir ideya ətrafında birləşdirmək mümkün olmuş, təşkilatın rəsmi qeydiyyat məsələləri həll edilmişdir. Belə ki, təşkilat 12.01.2009-cu ildə [[Frayberq]] (Saksoniya, Almaniya) şəhər məhkəməsi tərəfindən qeydiyyata alınmışdır. A.A.T.E.İ.B. təşkilatının əsas məqsədi Almaiyada təhsil sahəsində çalışan azərbaycanlı gənclər arasında əlaqə yaratmaq, elmi mövzularda təşkil edilmiş görüşlərdə fikir mübadiləsinin və bu mövzularda Alman tərəfinin iştirakının təşkili, Almaniyada əldə edilmiş bilik sayəsində mütərəqqi təhsilin və elmin nailiyyətlərinin azərbaycana transfer məsələləri, təhsildə və elmdə böyük uğur qazanmış gənclərin üzə çıxarılması, Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulması və mövcud olanların möhkəmləndirilməsinə çalışmaq, Almaniya gəncləri və həmçinin burada təhsil alan, başqa ölkələrdən gəlmiş tələbələrlə mədəni əlaqələrin qurulmasından ibarətdir. == Həmçinin bax == [[Frayberqin azərbaycanlı tələbələri]] == Xarici keçidlər == *{{rəsmi saytı|vasw.de}} [[Kateqoriya:Almaniyada təhsil]] [[Kateqoriya:Almaniya azərbaycanlıları]] [[Kateqoriya:Azərbaycan diaspor təşkilatları]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=6074480.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|