Difference between revisions 5711411 and 5837005 on azwiki{{Yazıçı |adı = İkinci Mahmud |orijinal adı = Mahmud İsmayıl oğlu Ağakişiyev |digər adları = |şəkil = İkinci Mahmud.jpg |şəklin ölçüsü = 250px |şəklin izahı = |ilk adı = Mahmud Ağakişiyev |təxəllüsü = İkinci Mahmud |doğum tarixi = 30.5.1986 |doğum yeri = [[Qazax]], [[Azərbaycan SSR]], [[SSRİ]] |vəfat tarixi = 6.7.2019 |vəfat yeri = [[Bakı]], [[Azərbaycan]] |vəfat səbəbi = [[ürək tutması]] |dəfn yeri = |vətəndaşlığı = {{AZE}} |milliyyəti = [[azərbaycanlı]] |təhsili = [[Bakı Dövlət Universiteti]] |ixtisası = |fəaliyyəti = publisist, esseist |fəaliyyət illəri = 2013–2019 |əsərlərinin dili = |istiqamət = |janr = |ilk əsəri = |tanınmış əsərləri = |mükafatları = |imzası = |saytı = |vikimənbə = |vikianbar = }} '''İkinci Mahmud''' (əsl adı: ''Ağakişiyev Mahmud İsmayıl oğlu''; {{DVTY}}) — yazıçı, esseist, publisist. == Həyatı == Əsl adı Ağakişiyev Mahmud İsmayıl oğlu olan İkinci Mahmud [[1986]]-cı ildə [[Qazax rayonu]]nun [[Muğanlı (Qazax)|Muğanlı]] kəndində anadan olmuşdur. Muğanlı kənd orta məktəbini bitirmişdir. [[Bakı Dövlət Universiteti]]ndə [[filologiya]] <small>(bakalavr, [[2003]]-[[–2007]])</small> və türkologiya <small>(magistr, [[2008]]-[[–2011]])</small> üzrə təhsil almışdır. [[2009]]-[[–2010]]-cu illərdə [[Ankara]] şəhərində yerləşən [[Bilkənd Universiteti]]ndə ''Türk dili və ədəbiyyatı'' üzrə kurs keçmişdir. === Yaradıcılığı === [[Şəkil:İkinci Mahmud və Əkrəm Əylisli.jpg|thumb|left|250px|İkinci Mahmud, [[Azərbaycan Respublikası]]nın sabiq [[xalq yazıçısı]] [[Əkrəm Əylisli]] ilə birlikdə ([[2019]]).]] [[2013]]-cü ildən mətbuatda çıxış etməyə başlamışdır. Müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilmişdir. ''Ümid arası'' adlı hekayəsi [[alman dili]]nə tərcümə edilmişdir. Özü isə [[Artur Şopenhauer]], [[Alber Kamü]], [[Umberto Eko]], [[Çak Palanik]], [[Viktor Pelevin]], [[Nodar Dumbadze]], [[Haruki Murakami]] kimi müəlliflərin bir-neçə esse və hekayəsini [[Azərbaycan dili]]nə tərcümə etmişdir. ''Synaps Library'' layihəsinin ideya müəlliflərində biridir.<ref>[http://sim-sim.az/afisha/synaps-library-n%C9%99dir-manifest/ “"Synaps Library”" nədir?- MANİFEST] {{Vebarxiv|url=https://web.archive.org/web/20160211214153/http://sim-sim.az/afisha/synaps-library-n%C9%99dir-manifest/ |date=2016-02-11 }}. sim-sim.az, 18.09.2015 {{az}}</ref> ''Tarixin izi ilə'' adlı bədii-dokumental filmin ssenari müəllifi və rejissorlarından biridir. * ''Tualet kağızı: heç nə haqqında üç esse'' ([[2013]]) – publisistika. Publisistik fraqmentlərdən və esselərdən ibarət olan ''Tualet kağızı: heç nə haqqında üç esse'' kitabında müəllifin mental dəyərlər, din, cinayət anlayışı haqqında düşüncələri yer almaqdadır. Kitab [[Qanun Nəşriyyatı]] tərəfindən çap edilmişdir. ''Tualet kağızı: heç nə haqqında üç esse'' kitabı [[2013]]-cü ilin [[mart]] ayında bir neçə onlayn kitab mağazasında satış reytinqi üzrə birincə olmuşdur. * ''Ümid arısı'' ([[2015]]) – hekayələr. ''Ümid arısı'' hekayələr toplusunda müəllifin müxtəlif vaxtlarda yazdığı 6 hekayə (''Tanımal'', ''Ümid arısı'', ''Babamın dişi'', ''Yersiz ölüm'', ''Bahar qarının Quranı'', ''Lyuk'') cəmlənmişdir. 64 səhifədən ibarət olan kitab, [[Mütərcim Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi]] tərəfindən çap edilmişdir. * ''Bataqlıq donuzu'' ([[2015]]) – povest. ''Bataqlıq donuzu'' povesti psixoloji problemlərdən əziyyət çəkən, gənc və uğursuz fotoqrafın həyat hekayəsidir. === Ölümü === Mahmud Ağakişiyev [[2019]]-cu ilin [[6 iyul]] tarixində [[Xətai rayonu]]nda yerləşən evində vəfat edib. Ürək tutmasından dünyasını dəyişən yazıçı, anadan olduğu [[Qazax rayonu]]nun Muğanlı kəndində dəfn edilib.<ref>{{cite web |url =https://www.azadliq.org/a/30040396.html |archiveurl =https://web.archive.org/web/20190707150046/https://www.azadliq.org/a/30040396.html |archivedate =2019-07-07 |title =Gənc yazar İkinci Mahmud vəfat etdi |author = |date = |publisher =[[Azadlıq Radiosu]] |accessdate =2019-07-15 |language =Azərbaycanca |url-status =live }}</ref> == İstinadlar == {{İstinad siyahısı}} [[Kateqoriya:Qazax rayonunda doğulanlar]] [[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]] [[Kateqoriya:Bakıda vəfat edənlər]] [[Kateqoriya:Qazax rayonunda dəfn olunanlar]] [[Kateqoriya:Azərbaycan yazıçıları]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5837005.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|