Difference between revisions 5800404 and 6074581 on azwiki

{{Takson
| aləmi             =  Bitkilər
| şəkil             = Orchis caspia in Nahal Tut (2).jpg
| şəkil məlumat     = 
| şəkilaltı yazı    = 
| yuxarı takson             = Ophrys
| ranqı                     = Növ
| latınca adı               = Ophrys caspia
| müəllif           = [[Huds.]]
| sinonim           = {{Hidden begin|header=Sinonimlər}}
{{Hidden end}}

| tipik nümayəndə   = 
| aşağı takson adı  = 
| aşağı takson      = 
| arealın xəritəsi          = 
| arealın xəritəsi haqqında = 
| arealın xəritəsinin eni   = 
| legend sərhədi    = 
| vikinövlər                = Ophrys caspia
| vikianbar                 = Ophrys caspia
| mühafizə          = 
| bttsmb            = 
| ütmx              = 
| mbmm              = 
| he                =
}}

{{Azlb|Xəzər səhləbi|Ophrys caspia}} — {{lataz|Orchidaceae|no}} fəsiləsinin  {{lataz|Ophrys}} cinsinə aid [[bitki]] növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “[[Nəsli kəsilməkdə olan növlər|Nəsli kəsilməyə həssas olanla]]<nowiki/>r” kateqoriyasına aiddir – VU   A2c+3&nbsp;cd.  Qafqazın nadir, [[endemik]]  novüdür.<ref>Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013</ref><ref>http://redbook.az/?options=project&id=X%C9%99z%C9%99r%20s%C9%99hl%C9%99bi{{Dead link|date=February 2021 |bot=InternetArchiveBot }}</ref>



== Qısa morfoloji təsviri ==
Çoxillik  ot bitkisidir. Kök yumrusu uzunsov-yumurtavari, 2,8 sm uzunluğunda, 1,7 sm enindədir. Gövdəsi 12-32 sm hündürlükdə və daha hündürdür. Gövdənin aşağı hissəsindəki yarpaqları xətvari-neştərşəkilli, 9 sm uzunluğunda və 1,5 sm enindədir. Çiçəkqrupu seyrəkdir, uzunsov 3-10 sm uzunluğundadır. Çiçəkləri tünd, fır-fır rəngli, çiçək yanlığının kənar ləçəkləri küt, 8-10  &nbsp;mm uzunluqda, uzunsov-lansetvaridir. Çiçək yanlığının daxili ləçəkləri uzunsov xətvari, kənardakından qısadır, dodaqcığı pazşəkilli və ya rombşəkilli, tərs-yumurtavari, kənarları xırda dişlidir. Mahmızı solğun, konusşəkilli, dodaqcıqdan uzun, yumurtalıqdan qısa, bir qədər əyilmişdir <ref name=":0">Флора Азербайджана,1952;  </ref> 
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Çiçəkləməsi aprel-iyun aylarına təsadüf edir. Orta dağ qurşağının qayalıqları arasında, otlu yamaclarda, meşə kənarında, kolluqlarda rast gəlinir <ref name=":0" />.  

== Yayılması ==

[[Böyük Qafqaz]]ın şərqi ( [[Şamaxı rayonu]] Göylər kəndi); [[Abşeron yarımadası]] (Balaxanı); [[Samur-Dəvəçi ovalığı]], [[Qobustan rayonu|Qobustan]] düzənliyi, Kür düzənliyi, [[Kiçik Qafqaz]]ın mərkəzi, [[Lənkəran rayonu|Lənkəran]]ın dağlıq hissəsi və düzənliyi.<ref name=":0" />  <ref>Əsgərov A.M., 2005</ref>  

=== Sayı və tendensiyası ===
Populyasiyasının azalması müşahidə olunur (30-50%).<ref>Tərtibçinin məlumatı</ref>

=== Məhdudlaşdırıcı amillər ===
[[Antropogen faktorlar|Antropogen]] amillər (otarılma, xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekorativ bitki kimi intensiv toplanılması, sənaye mərkəzlərinə yaxın olması, yeni tikintilər və infrastrukturun inkişafı).

=== Mühafizə tədbirləri ===
Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya-ontogenetik təhlilin aparılması, toxum bankında  saxlanılması, yeni yayılma yerlərinni axtarılması məqsədəuyğundur. 
 


== İstinadlar ==
{{İstinad siyahısı}}

{{Taksonbar}}


[[Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar]]