Difference between revisions 5963229 and 5964893 on azwiki'''Azərbaycan Xalq Cümhuriyyəti dövründə diplomatlar''' — [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin görkəmli dövlət xadimləri və [[diplomat]]ları. [[Azərbaycan Xalq Cümhuriyyəti]] yarandığı ilk gündən aktiv xarici siyasət fəaliyyətinə başladı və dövlətlərarası münasibətlərə daxil olmağa cəhd göstərdi. Bu işdə dövlətimizin tarixinə şanlı səhifələr yazan bir sıra diplomatların parlaq fəaliyyəti olmuşdur. [[1920]]-ci ilin ortalarında [[Azərbaycan parlamenti]] [[dünya]]nın 12 [[ölkə]]sində diplomatik nümayəndəliklər təsis etmək haqqında qərar qəbul etmişdi. Həmin dövrdə dünyanın 17 ölkəsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanıyaraq [[Bakı]]da öz diplomatik nümayəndəliklərini açmışdı. ==Fətəli xan Xoyski== {{Əsas|Fətəli xan Xoyski}} [[ŞəkiFayl:Khoysky.jpeg|thumb|Fətəli xan Xoyski]] [[Fətəli xan Xoyski]] [[1918]]-ci il [[may]] ayının 28-dən [[1919]]-cu ilin [[mart]] ayının 14-dək [[Azərbaycan Xalq Cümhuriyyəti]] Nazirlər Şurasının sədri, 1919-cu ilin [[24 dekabr]] tarixindən [[1920]]-ci ilin [[1 aprel]] tarixinədək Xarici İşlər Naziri olmuş, bu dövrlər ərzində parlaq dövlətçilik və diplomatik fəaliyyət göstərmiş, [[Azərbaycan]]ın Beynəlxalq Əlaqələrinin inkişafına, onun ərazi bütövlüyünə və suverenliyinin qorunmasına var qüvvəsini sərf etmişdi.&(contracted; show full)i sürərək göstərmişdi: "''Azərbaycan Cümhuriyyəti Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdi''". K.Çiçerinə göndərdiyi sonuncu cavab notasında Xoyski öz hökumətinin fikrini ona bildirmiş və Azərbaycanı Denikin əleyhinə qaldırmaq təklifini rədd etmişdi.<ref name=":0">Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), "Gənclik nəşriyyat", Bakı-1998, səh. 22-26</ref> ==Əlimərdan bəy Topçubaşov== {{Əsas|Əlimərdan bəy Topçubaşov}} [[ ŞəkiFayl:Topchibashev.jpeg|200px|thumb|left|Əlimərdan bəy Topçubaşov]] Ə.Topçubaşov F.Xoyskinin başçılıq etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər Naziri vəzifəsinə təyin olunmuş və [[1918]]-ci ilin [[iyun]] ayında [[Türkiyə]]yə göndərilmişdi. Ə.Topçubaşov [[İstanbul]]da olarkən [[Paris Sülh Konfransı]]nda [[Azərbaycan]]ın müstəqilliyinin tanınması məsələsi ilə əlaqədar [[İngiltərə]], [[ABŞ]], [[İtaliya]], [[İsveç]], [[İran]], [[Hollandiya]], [[Ukrayna]] və [[Rusiya]] nümayəndələri ilə görüşüb danışıqlar apar(contracted; show full)ərbə alacaqlarını qabaqcadan görərək, öz sözlərini geri götürdülər və bildirdilər ki, onlar həmin məsələni ("''Böyük Ermənistan''") müzakirə təriqilə irəli sürməyiblər. Beləliklə, Ə.Topçubaşovun başçılıq etdiyi Azərbaycan Nümayəndə Heyətinin apardığı gərgin iş nəticəsində Versal Konfransının müzakirələrində "''Böyük Ermənistan''" iddiları dəf edildi.<ref name=":0"/> ==Həsən Cəfərqulu ağa Hacınski== {{Əsas|Məmmədhəsən Hacınski}} [[ ŞəkiFayl:M.H.Hajinski.jpg|150px|thumb|right|Məmmədhəsən Hacınski]] [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin 1918-ci il [[may]]ın 28-də [[Milli Şura]] tərəfindən təsdiq edilmiş birinci hökumət kabinəsində ilk Xarici İşlər Naziri və tanınmış diplomatı Həsən Cəfərqulu ağa Hacınski olmuşdu. Məhz M.H.Hacınskinin bilavasitə fəaliyyəti nəticəsində 1918-ci mayın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə Nazirlər Şurasının sədri Xoyskinin imzaladığı məlumat dünyanın bir çox [[ölkə]]lərinin Xarici İşlər Nazirliklərinə çatdırıldı. Yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətlərarası münasibətlərə daxil olmasında ciddi çətinliklər var idi. Bunu aradan qaldırmaq məqsədilə M.N.Hacınski [[Türkiyə]] Xarici İşlər Nazirliyinə müraciət edərək Azərbaycanla [[Avropa]] dövlətləri arasında vasitəçi olmağa razılıq verməsini xahiş etdi. Türkiyə Xarici İşlər Nazirliyi bu müraciətə müsbət cavab verdi. Az sonra ayrı-ayrı ölkələrdəki türk səfirlikləri Azərbaycanın dövlətlərarası münasibətlərə daxil olmasına vasitəçi oldular. M.H.Hacınskinin ən böyük xidmətlərindən biri [[Batum Konfransı]]nda [[Azərbaycan]]ın mənafeyini ləyaqətlə müdafiə etməsi olmuşdur. Məlum olduğu kimi konfransda 1918-ci il [[iyun]]un 4-də "''Osmanlı imperator hökuməti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dotluq müqaviləsi''" bağlanmışdı. Milli Şuranın sədri [[M.Ə.əhəmməd Əmin Rəsulzadə]] və M.H.Hacınski tərəfindən imzalanmış bu müqavilənin [[Azərbaycan Cümhuriyyəti]]nin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində həyati əhəmiyyəti oldu. Məhz həmin müqavilə əsasında başda [[Nuru Paşa]] olmaqla türk qoşunları [[Gəncə]]yə daxil oldular və [[1918]]-ci il [[sentyabr]]ın 15-də onlar [[Bakı]]nı daşnak-bolşevik diktaturasının əsarətindən azad etdilər. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu. M.H.Hacınskinin Xarici İşlər Naziri olduğu dövrdə Mərkəz və Qafqaz dövlətlərinin [[İstanbul]] Konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti göndərildi. 1918-ci il il [[may]]ın 11-də açılmış bu Konfransda iştirakçı dövlətlərin nümayəndələri ilə Azərbaycan arasında siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparıldı və müqavilələr imzalandı. [[1920]]-ci il [[yanvar]]ın 10-da [[Böyük Britaniya]]nın təşəbbüsü ilə [[Paris Sülh Konfransı|Paris Sülh konfransı]] Ali Şurasının sessiyası keçirildi. Sessiyada Böyük Britaniyanın baş naziri [[Lloyd Corc]] [[Qafqaz]]dakı vəziyyət barədə məlumat verdi və göstərdi ki, bolşeviklər xəzər boyunca hərəkət edirlər. Buna görə də təklif etdi ki, Azərbaycana və [[Gürcüstan]]a hərbi yardım göstərilsin və həmin respublikalar tezliklə de-fakto tanınsın.<ref name=":0"/> ==Nəsib bəy Yusifbəyli== {{Əsas|Nəsib bəy Yusifbəyli}} [[ŞəkiFayl:Nesib bey Yusifbeyli.jpg|100px|thumb|left|Nəsib bəy Yusifbəyli]] [[1917]]-ci ilin [[mart]] ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "''Milli Federalistlərin Türk Partiyası''"nı yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi [[Rusiya]]nın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin [[iyul]]unda bu partiya M.Ə.əhəmməd Əmin Rəsulzadənin başçılığı ilə "''Müsəlman Demokratik Müsavat Partiyası''" ilə birləşərək "''Müsavat''" adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır. M.Ə.əhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N.Yusifbəyli olmuşdur. [[1917]]-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır. Nəsib bəy Yusifbəyli [[Zaqafqaziya Seymi]]<nowiki/>nin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində [[1918]]-ci il [[28 may|may ayının 28-dən]] [[1919]]-cu ilin martına kimi maarif naziri, [[1919]]-cu ilin martından [[1920]]-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. [[1920]]-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün [[Bakı]]nı tərk etmiş, lakin [[31 may]] [[1920]]-ci ildə yolda, Kürdəmir uyezdinin [[Qarxun]] kəndində müəmmalı şəkildə qətlə yetirilmişdir. [https://ceyhunalp903.wordpress.com/2014/04/21/n%C9%99sib-b%C9%99y-yusifb%C9%99yli-h%C9%99yati-haqqinda-butun-m%C9%99lumatlar/ Nəsib bəy Yusifbəyli- Həyatı haqqında bütün məlumatlar.] ==Musa bəy Rəfiyev== {{Əsas|Musa bəy Rəfiyev}} [[ŞəkiFayl:Musa bəy Rəfiyev.jpg|150px|thumb|right|Musa bəy Rəfiyev]] [[1918]]-ci il iyunun 17-də [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin Gəncədə ikinci müvəqqəti hökuməti təşkil edilərkən Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunmuşdu. Gəncədə fəaliyyət göstərən Müsəlman Milli Şurasının nəzdindəki qaçqın şöbəsi əsasında Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılmış, oktyabrda Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti [[Bakı]]ya köçərkən bu nazirlik iki nazirliyə – Səhiyyə Nazirliyinə və Himayədarlıq Nazirliklərinə bölünmüş, Musa bəy Rəfiyev Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir. Bu müddətdə o, qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə səy göstərmişdir. Rəfiyev ikinci və üçüncü hökumətlərdə Səhiyyə və Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir. Aprel işğalından sonra Gəncə üsyanının (1920) təşkilatçılarından biri olmuş Musa bəy, üsyan qəddarlıqla yatırıldıqdan sonra [[Türkiyə]]yə mühacirət etmişdir. Bir neçə ildən sonra [[İran]]a getmiş, [[Təbriz]]də klinika açmış və ömrünün sonuna qədər orada həkimlik etmişdir.<ref>[http://www.ebooks.az/view/VbAXx0H9.pdf Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. II cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 300-301]</ref> ==Əhməd bəy Ağayev== {{Əsas|Əhməd bəy Ağaoğlu}} [[ŞəkiFayl:Ahmad bey Aghaoghlu.jpg|150px|thumb|left|Əhməd bəy Ağayev]] 1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan etdi. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün Osmanlı Türkiyəsinə üz tutur. [[Qafqaz İslam Ordusu]]nun komandanı Nuru Paşa [[Azərbaycan]]a göndərilir. Doqquz il ayrılıqdan sonra Ə.Ağaoğlu Nuru Paşanın müşaviri kimi Azərbaycana göndərilir və Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. 1918-ci ildə Ə.Ağaoğlu Gəncədə olarkən cəmi iki nömrəsi işıq üzü görən “''Türk sözü''” qəzetinin nəşr etdirir. [[Milli Məclis]]ə üzv seçilən Əhməd bəy Ağayev 1918-ci il [[dekabr]]ın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin [[Paris Sülh Konfransı|Paris Sülh Konfrasında]] Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir. Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə [[Ankara]]ya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, [[Türkiyə]]nin "''Hakimiyyəti-Milliyə''" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi [[Mustafa Kamal Atatürk]]ün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində calişmişdır. Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən [[Malta]]ya sürgün edilmişdir. [[1923]]-cü ildə [[TBMM]]-sinə II dönəm (1923 -1927) Qars vilayəti millət vəkili seçilir. ==Məmməd Yusif Cəfərov== {{Əsas|Məmməd Yusif Cəfərov}} [[ŞəkiFayl:Mammad Yusif Jafarov.jpg|200px|thumb|right|Məmməd Yusif Cəfərov]] Məmməd Yusif Cəfərov Azərbaycanın istiqlaliyyətinin tanınmasında, onun beynəlxalq aləmə çıxmasında böyük işlər görmüşdü. [[Azərbaycan]] Cümhuriyyətinin [[Gürcüstan]] Hökuməti yanında diplomatik nümayəndəsi kimi Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına böyük töhfə vermişdir. [[1917]]‐ci il [[noyabr]]ın 15‐də [[Tiflis]]də Y.Gegeçkorinin sədrliyi ilə Müstəqil [[Zaqafqaziya]] hökuməti‐Zaqafqaziya Komissarlığı yaradıldı. M.Cəfərov bu hök(contracted; show full) Müvəqqəti Milli Şuranın 1918‐ci il [[may]]ın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri Məmməd Yusif Cəfərov olmuşdur. Həmin iclasda [[Fətəli xan Xoyski|F.Xoyski]]nin elan etdiyi Azərbaycan hökumətinin tərkibində M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. ==Xəlil bəy Xasməmmədov== {{Əsas|Xəlil bəy Xasməmmədov}} [[ ŞəkiFayl:Khalil bek Khasmamedov.jpeg|200px|thumb|left|Xəlil bəy Xasməmmədov]] Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi (1913-[[1917]]) işləmişdir. [[Fevral burjua-demokratik inqilabı|Fevral inqilabı]]<nowiki/>ndan (1917) sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət partiyasının yaradıcılarından biri, [[1917]] ildə keçirilmiş Qafqaz ([[Bakı]], [[aprel]]) və Ümumrusiya (Moskva, May) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. "''Müsavat''" partiyasının birinci qurultayı(contracted; show full) Xasməmmədov [[1920]]-ci ilin aprelində [[Azərbaycan Xalq Cümhuriyyəti]]<nowiki/>nin [[Türkiyə]]<nowiki/>də səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, [[İstanbul]]<nowiki/>da yaşamışdır. ==Əbdürrəhim bəy Haqverdiyev== {{Əsas|Əbdürrəhim bəy Haqverdiyev}} [[ ŞəkiFayl:Abdurrahim bey Hagverdiyev 5.jpg|250px|thumb|right|Əbdürrəhim bəy Haqverdiyev]] [[1916]]-[[1917]]-ci illərdə [[Tiflis]]də "''Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri''" adlı aylıq məcmuənin müdiri olmuş, [[1917]]-ci il [[fevral inqilabı]]ndan sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir. [[1918]]-ci ilin [[mart]]ında [[Borçalı qəzası]]na müvəkkil təyin olunmuşdur. (contracted; show full)i, Zaqafqaziyanın mütəqilliyini ayaqlar altına almaq istəyənlərə qarşı gedirlər. Borçalı müsəlmanları, mən inanıram ki, Gürcüstanın başqa mahalında yaşayan müsəlmanlar da: Siğnaği, Telavi, Axalçixe mahalı müsəlmanları hər şəraitdə öz ölkələrinin tərəfində dururlar. Bu mənim üçün böyük fəxrdir ki, parlamentə girəndə bildirəm - Yaşasın Gürcüstan<ref>http://dspace.nplg.gov.ge/bitstream/1234/153104/1/Saqartvelos_Rspiblika_1918_N119.pdf</ref>.}} ==Adil xan Ziyadxan== {{Əsas|Adil xan Ziyadxanov}} [[ ŞəkiFayl:Ziyadxan Adil xan.jpg|150px|thumb|left|Adil xan Ziyadxanov]] [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin yaranmasında və fəaliyyətində müstəsna rolu olan tarixi şəxsiyyətlərdən biri də [[Ziyadoğlular]] nəslindən olan Adil xan Ziyadxandır. (contracted; show full)ndən vaxt taparaq ölkəsini öz vətəndaşlarına və Avropaya tanıtmaq məqsədilə Azərbaycan və [[fransız]] dillərində "''Azərbaycan''" kitabını qələmə almışdır. [[Xarici İşlər Nazirliyi]]nin çap etdiyi bu qiymətli əsərin 2 min nüsxəsi [[1919]]-cu ildə [[Paris]]ə, [[Versal konfransı]]ndakı Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşova göndərilmiş və onun vasitəsi ilə Avropa ölkələrində, habelə [[ABŞ]] və [[Kanada]]da yayılmışdır. ==İbrahim Əbilov== {{Əsas|İbrahim Əbilov}} [[ ŞəkiFayl:Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəsi İbrahim Əbilov.jpg|150px|thumb|right|İbrahim Əbilov]] [[1918]]-ci ilin axırlarında [[Bakı]]ya gələn Əbilov [[Azərbaycan Xalq Cümhuriyyəti]] parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir. [[1920]]-ci ildə Bakı menşeviklərinin orqanı olan "''İskra''" qəzetinin redaktoru idi. [[1920]]-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra [[Azərbaycan SSR]] daxili işlər nazirinin müavini təyin olunmuş, Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilmişdir. 1921-ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak etmişdir. Görkəmli diplomat, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İbrahim Əbilov ilk dəfə Vətəni xaricdə təmsil edənlərdən biri idi.<ref>http://zim.az/baki/1029-dplomatya-tarxmzdn-brahim-bilov-azrbaycann-trkiyd-ilk-fvqlad-v-slahiyytli-sfiri.html</ref> ==Yusif Vəzir Çəmənzəminli== {{Əsas|Yusif Vəzir Çəmənzəminli}} [[ŞəkiFayl:Yusif Vazir Chamanzaminli.jpg|200px|thumb|left|Yusif Vəzir Çəmənzəminli]] [[Fevral inqilabı]] baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. [[1917]]-ci ildə [[Ukrayna]]nın həyəcanla doğulan milli hərəkatı bütün [[Rusiya]] daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan [[Kiyev]]ə gəlir. Orada siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi "''Musavatı(contracted; show full)==Xarici keçidlər== * [http://axc.preslib.az/az_a9.html Azərbaycan Xalq Cümhuriyyəti] ==İstinadlar== {{İstinad siyahısı|2}} [[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları|#]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5964893.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|