Difference between revisions 5974396 and 6074785 on azwiki'''Azərbaycan Xalq Cümhuriyyəti dövründə diplomatlar''' — [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin görkəmli dövlət xadimləri və [[diplomat]]ları. [[Azərbaycan Xalq Cümhuriyyəti]] yarandığı ilk gündən aktiv xarici siyasət fəaliyyətinə başladı və dövlətlərarası münasibətlərə daxil olmağa cəhd göstərdi. Bu işdə dövlətimizin tarixinə şanlı səhifələr yazan bir sıra diplomatların parlaq fəaliyyəti olmuşdur. [[1920]]-ci ilin ortalarında [[Azərbaycan parlamenti]] [[dünya]]nın 12 [[ölkə]]sin(contracted; show full); adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır. Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N.Yusifbəyli olmuşdur. [[1917]]-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır. Nəsib bəy Yusifbəyli [[Zaqafqaziya Seymi]] <nowiki/>nin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində [[1918]]-ci il [[28 may|may ayının 28-dən]] [[1919]]-cu ilin martına kimi maarif naziri, [[1919]]-cu ilin martından [[1920]]-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. [[1920]]-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə müh(contracted; show full) ==Xəlil bəy Xasməmmədov== {{Əsas|Xəlil bəy Xasməmmədov}} [[Fayl:Khalil bek Khasmamedov.jpeg|200px|thumb|left|Xəlil bəy Xasməmmədov]] Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi (1913-[[1917]]) işləmişdir. [[Fevral burjua-demokratik inqilabı|Fevral inqilabı]] <nowiki/>ndan (1917) sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət partiyasının yaradıcılarından biri, [[1917]] ildə keçirilmiş Qafqaz ([[Bakı]], [[aprel]]) və Ümumrusiya (Moskva, May) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. "''Müsavat''" partiyasının birinci qurultayında (Bakı, 1917, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilmişdir. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, [[Zaqafqaziya Demokratik Federativ Respublikası]]<nowiki/>nın süqutundan (1918, 26 may) sonra [[Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası|Azərbaycan Milli şurası]]<nowiki/>nın (1918, 27 may) üzvü olmuşdur. O, [[1918]] ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi.<ref>Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, "Lider nəşriyyat", Bakı-2004, səh.19</ref> Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə [[1918]]-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur <ref>{{Cite web |title=Azərbaycan ədliyyəsinin tarix muzeyi |url=http://www.justice.gov.az/museum.php |access-date=2018-05-08 |archive-date=2017-07-10 |archive-url=https://web.archive.org/web/20170710085445/http://www.justice.gov.az/museum.php |url-status=dead }}</ref> Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir. X. Xasməmmədov [[Azərbaycan Xalq Cümhuriyyəti]]<nowiki/>nin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918 il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. [[Xəlil bəy Xasməmmədov|X.Xasməmmədov]] Azərbaycan nümayəndə heyətinin tərkibində [[Cənubi Qafqaz]] respublikaları konfransında ([[1919]], aprel-iyun) iştirak etmişdir. [[1919]]-cu ilin [[25 aprel]] tarixində [[Tiflis]]də siyasi, iqtisadi, maliyyə və ərazi məsələlərinin tənzimlənməsinə həsr edilən konfransda mübahisəli məsələlərin həllinə yönəldilən təkliflər irəli sürmüşdür. Xasməmmədov [[1920]]-ci ilin aprelində [[Azərbaycan Xalq Cümhuriyyəti]]<nowiki/>nin [[Türkiyə]]<nowiki/>də səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, [[İstanbul]]<nowiki/>da yaşamışdır. ==Əbdürrəhim bəy Haqverdiyev== {{Əsas|Əbdürrəhim bəy Haqverdiyev}} [[Fayl:Abdurrahim bey Hagverdiyev 5.jpg|250px|thumb|right|Əbdürrəhim bəy Haqverdiyev]] (contracted; show full)==Xarici keçidlər== * [http://axc.preslib.az/az_a9.html Azərbaycan Xalq Cümhuriyyəti] ==İstinadlar== {{İstinad siyahısı|2}} [[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları|#]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=6074785.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|