Difference between revisions 6039672 and 6075714 on azwiki

{{Silinməyə namizəd}}
'''Kür çayı -''' Respublikamızın əsas su arteriyası olub, hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır.

== Kür çayını əsas çirkləndirici mənbələr ==
(contracted; show full)exaniki təmizlənməni bunun yalnız 4%-i, bioloji təmizlənməni isə  0,03%-i keçirdi. Nəticədə Kürə il ərzində orta hesabla 700 min t. orqanik maddələr, 30 min t. [[azot]]-[[fosfor]] [[duzlar]]ı, 12 min t. müxtəlif duzlar və qələvilər, 16 min t. süni səthi fəal maddələr və s. axıdılırdı. Azot birləşmələrinin çox hissəsi Rustavidə «Azot» istehsalat birliyindən buraxılırdı. Bu müəssisədə 1985-ci və 1987-ci illərdə baş verən qəza nəticəsində Kürə külli miqdarda azot birləşmələri axmış, çayda [[Şəmkir su anbarı]]
<nowiki/>na qədər olan məsafədə balıqların kütləvi qırılması baş vermişdir. Nəticədə, [[Kür]] [[Azərbaycan]] ərazisinə son dərəcə çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. Elə buradaca sağ qolu [[Xramçay|Xrami]] çayını qəbul edən Kür yenidən çirklənməyə məruz qalır. [[Gürcüstan əhalisi|Gürcüstan]] ərazisində Xrami çayına qovuşan Debed Ermənistanın ən çox çirklənmiş çaylarından biridir. [[Ermənistan]]ın əlvan metallurgiya, kimya və yüngül sənaye mərkəzləri olan [[Spitak]], Kirovakan, Alaverdi və [[Stepanavan]] şəhərləri bu çayın hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və məişət tullantıları təmizlənmədən çaya axıdılır. Kirovakan kimya, Alaverdi metallurgiya kombinatlarından və Axtala filizsaflaşdırma fabrikindən buraxılan çirkab suları Debedi çirklənmə dərəcəsinə görə [[Razdan]] və [[Oxçuçay]]dan sonra Ermənistanın üçüncü çayına çevirmişdir.

[[Mingəçevir su anbarı]]<nowiki/>nda yay aylarında suyun səthini örtən və hələ çox nazik olan mavi-yaşıl rəngli örtük bütün Kür çayında ekoloji şəraitin kəskinləşməsini sübut edir. Həm də belə bir vəziyyət [[Şəmkir su anbarı]] istifadəyə verildikdən sonra yaranmışdır. Deməli, orta Kür kaskadında yeni su anbarlarının tikintisi ekoloji cəhətdən əsaslandırılmalıdır.

== Xaric keçid ==
* [[Kür|KÜR]]

== Həmçinin bax ==
* [[Kür]]
* [[Səth sularının ekocoğrafi problemləri]]

== İstinad ==

[[Kateqoriya:Azərbaycan coğrafiyası]]
[[Kateqoriya:Azərbaycan çayları]]
[[Kateqoriya:Çay]]