Difference between revisions 6072329 and 6075843 on azwiki{{Hərbi münaqişə |münaqişə = '''Çin-Sovet sərhəd münaqişəsi''' ({{lang-ru|: ''Пограничный конфликт на острове Даманский''|}}; [[Çincə]]: 中苏边界冲突; [[Pinyin]]: Zhōng Sū biānjiè chōngtū) |aiddir = [[Soyuq müharibə]] |şəkil = China USSR E 88.jpg |şəklin ölçüsü = |şəklin izahı = Qırmızı rəng ilə göstərilmiş ərazi münaqişənin əsas səbəbi olmuşdur |tarixi = [[2 mart]]-[[11 sentyabr]] [[1969]]-cu il |yeri = [[Çin]] - [[SSRİ]] sərhəddi |səbəbi = |vəziyyəti = |nəticəsi = Hər iki tərəf də öz qələbəsini elan etmişdir |ərazi = |tərəf1 = <center>[[ŞəkiFayl:Flag of the People's Republic of China.svg|40px]]<br />[[Çin]] |tərəf2 = [[ŞəkiFayl:Flag of USSR.svg|40px]]<br />[[SSRİ]] |tərəf3 = |tərəf4 = |komandan1 = {{flaqifikasiya|Çin}} [[Mao Tszedun]] |komandan2 = {{flaqifikasiya|SSRİ|}} [[Leonid Brejnev]] |komandan3 = |komandan4 = |qüvvə1 = {{flaqifikasiya|Çin}} 814.000 əsgər |qüvvə2 = {{flaqifikasiya|SSRİ}} 658.000 əsgər |qüvvə3 = |qüvvə4 = |itkilər1 = {{flaqifikasiya|Çin}} 100-dən çox əsgər |itkilər2 = {{flaqifikasiya|SSRİ}} 58 əsgər<ref>http://rt.com/news/worlds-biggest-country-becomes-a-little-bit-smaller</ref> |itkilər3 = |itkilər4 = |ümumi itkilər = |vikianbar = }} ⏎ ⏎ '''Çin-Sovet sərhəd münaqişəsi''' ({{lang-ru|: ''Пограничный конфликт на острове Даманский''|}}, [[Çincə]]: 中苏边界冲突, [[Pinyin]]: Zhōng Sū biānjiè chōngtū), [[SSRİ]] ilə [[Çin]] arasında [[1969]]-cu ildə baş tutmuş və təxmini olaraq 7 ay davam etmiş olan bir qrup sərhəd döyüşlərinə verilən addır.<ref>http://www.gwu.edu/~nsarchiv/NSAEBB/NSAEBB49/</ref> ==Haqqında== (contracted; show full)örə bərabərsizlik olmaqla bərabər [[Moskva]]nın bunu qəbul etməsi qeyri-mümkün idi. [[Çin]]-[[SSRİ]] sərhədinin qərbində hadisələr belə olarkən, qərbdə [[Tacikistan]]ın şərqində təxmini olaraq 52.000 km²-lik bir sahə Çar Rusiyası tərəfindən işğal olunmuşdur. Çin isə bağlanacaq olan bir müqavilə üçün bu ərazilərin geriyə verilməsini tələb edirdi. İki dövlət arasında olan münasibətlər belə olarkən [[1964]]-cü ildən sonra hər iki tərəf də sərhəddə olan əsgərlərin sayını kifayət qədər çoxaltmışdırlar. İlk döyüş [[2 mart]] [[1969]]-cu ildə [[Çin]] ordusuna bağlı bir qrup əsgərin şərqdəki münaqişənin əsas səbəbi olan [[Damansk adası|Zhenbao]] adasında SSRİ-yə bağlı olan sərhəd keşikçilərini pusquya salması ilə başladı. Bunun özünə qarşı təcavüz kimi qiymətləndirən SSRİ [[15 mart]] [[1969]]-cu ildə Ussuri çayı və Zhenbao adasındakı Çin hərbi birliklərini bombardman etdi. Eyni gün [[SSRİ ordusu]] SSRİ istehsalı olan [[T-62]] tankları ilə Ussuri çayını keçmiş və [[Çin Xalq Azadlıq Ordusu]]nun üzərinə gizli hücum etmişdilər. [[16 mart]]da Çin ordusu adanı ələ keçirmiş olan SSRİ qüvvələrinə əks-hücuma keçmişdir. [[17 mart]]da SSRİ qüvvələri hücuma keçmiş, lakin Çin ordusu tərəfindən hücum dəf edilmişdir. [[18 mart]]da [[Çin]] birlikləri ağır itkilər vermiş və SSRİ qüvvələri tərəfindən Zhenbao adasından uzaqlaşdırılmışdırlar. Şərqdə vəziyyət belə cərəyan edərkən qərbdəki [[Sintszyan-Uyğur Muxtar Rayonu|Sincan]]da da iki ölkə arasında döyüşlər davam etmişdir. Artan gərginliklər SSRİ ilə Çin arasında [[nüvə müharibəsi]] ehtimalını ortaya çıxarmışdır. Dövrün iki kommunist dövləti arasında baş verə biləcək nüvə müharibəsi təhlükəsinə qarşı [[ABŞ]] və Qərb dövlətlərinin vasitəsi ilə hadisə diplomatik yollarla həll edilmişdir. Müharibədən sonra ABŞ ilə Çin münasibətləri inkişaf etmişdir. ⏎ ⏎ Tarixçilər Damansk münaqişəsinin kökünü 1860-cı ildə imzalanmış Pekin müqaviləsi ilə əlaqələndirirlər. Həmin müqaviləyə görə, Rusiya ilə Çin arasında sərhəd Amur və Ussuri çaylarının sahili üzrə müəyyən edilmişdi. Onda nə çaylar özü, nə də oradakı adaların kimə məxsusuluğu dəqiqləşdirilmişdi. Lakin ötən əsrin 50-ci illərində, xüsusən İ.Stalinin ölümündən sonra sovet rəhbərliyinin apardığı yeni siyasətlə razılaşmayan Çin rəhbərliyi sərhədləri dəqiqləşdirmək qərarına gəlir. Daha doğrusu, Çin Ussuri çayındak(contracted; show full)lik edib. Babanski əvvəlki xidmət yerində intizamı pozduğu və hərbi hissəni icazəsiz tərk etdiyi üçün məhkəməyə verilməli imiş. Amma onu cəzalandırmaq məqsədi ilə hadisələrdən cəmi bir neçə gün əvvəl bu zastavaya dəyişdiriblər. Buradakı döyüş xidmətlərinə görə Babanski «Qırmızı ulduz» ordeninə təqdim edilib. Amma bilərəkdən, ya bilməyərəkdən Moskvada «Qırmızı ulduz»u Sovet İttifaqı Qəhrəmanının «Qızıl ulduz»u ilə əvəz ediblər. ==Çin-Sovet sərhəd münaqişəsində iştirak etmiş olan həmyerlimiz Tofiq Abbasov== Həmin döyüşlərdə daha bir həmyerlimiz — Dəvəçidən hərbi xidmətə çağırılmış Tofiq Abbasov da həlak olub. O, Nijne-Mixaylovsk zastavası ilə qonşu zastavada qulluq edib və Damanska gətirilən köməkçi dəstənin tərkibində olub. Həmyerlimizin qulluq etdiyi hərbi hissənin komandiri G.Morozovun T.Abbasovun valideynlərinə göndərdiyi məktubda deyilirdi: “...Sizin oğlunuz döyüşdə xüsusi qəhrəmanlıq göstərmişdir. O, pulemyotçu idi. Maoçular Tofiqgilin susmaq bilməyən pulemyotunu toplardan atəşə tutmuşdular. Tofiq çiyn(contracted; show full) ...[[1991]]-ci ilin [[may]] ayında SSRİ-Çin sərhədi haqqında iki ölkə arasında imzalanmış müqaviləyə əsasən Damansk adası sahibinə — Çinə verilib. Bu gün [[Rusiya]] dövlətinin Damansk adlı adası yoxdur. 58 nəfər sovet adamının, o cümlədən iki [[Azərbaycan]] vətəndaşının həyatına son qoymuş həmin ada indi [[Çin dili]]ndə Çjenbao adlanır.<ref>https://kayzen.az/blog/son-tarix/2302/damansk-sovet-%C3%A7in-qar%C5%9F%C4%B1durmas%C4%B1.html</ref> ==İstinadlar== [[Kateqoriya:Çin–SSRİ münasibətləri]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=6075843.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|