Difference between revisions 6074565 and 6218933 on azwiki

{{Şəxs
 |adı              = Gündüz Səmədov
 |orijinal adı     = 
 |şəkil            = Gündüz Səmədov.jpg
 |şəklin ölçüsü    = 180
 |şəklin izahı     = 
 |digər adı        = 
 |doğum tarixi     = 1957
 |doğum yeri       = [[Kərkicahan]], [[Xankəndi]]
 |vəfat tarixi     = 8.5.1992
 |vəfat yeri       = [[Şuşa]]
 |vəfat səbəbi     = şəhid
 |dəfn yeri        = 
 |vətəndaşlığı     = 
 |milliyyəti       = 
 |dini             = 
 |ixtisası         = 
 |təhsili          = 
 |fəaliyyəti       = 
 |fəaliyyət illəri = 
 |tanınır          = 
 |mükafatları      = {{"Vətən uğrunda" medalı}}
 |imzası           = 
 |imzanın ölçüsü   = 
 |imzanın izahı    = 
 |saytı            = 
 |vikianbar        = 
}}
'''Gündüz Səmədov''' ({{DVTY}}) — Daxili xidmət leytenantı, [[Qarabağ müharibəsi]] şəhidi  <ref>[http://www.xankendi.az/shehidlarimiz,450/lang,az/?fbclid=IwAR16a3e1GYC9ujvlND8XCeP27s__9nSjSp-E0mn7IaWkhn2aAG3dOj-hF0g Səmədov Gündüz Hidayət oğlu]</ref>


==Həyatı==
Gündüz Hidayət oğlu Səmədov 1957-ci ildə [[Xankəndi]] şəhərinin, [[Kərkicahan]] qəsəbəsində anadan olmuşdur. Ali təhsilini [[Bakı Dövlət Universiteti]]nin Hüquq fakültəsində almışdır. Gündüz Səmədov 1977-1979-cu illərdə uzaq Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1986-cı ildən isə [[Şuşa]]dakı 1 saylı həbs evində nəzarətçi, 1992-ci ilin mart ayından isə Şuşa həbs evinin rəisinin növbətçi köməkçisi vəzifəsində çalışmışdır.

== Döyüşlərdə iştirakı ==
1991-ci il dekabrın 28-dən sonra [[Kərkicahan]]ın bir neçə dəfə ermənilərdən alınmasında Gündüzün də döyüş xidmətləri olmuşdur. Daha sonra isə Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

1992-ci il may ayının 8-i [[Şuşa]] uğrunda gedən mübarizədə ermənilər həbsxana tərəfdən güclü qüvvə ilə hücuma keçir. Ağır zirehli texnikadan atılan mərmilərin qarşısını almaq çətin idi. Bütün bunlara baxmayaraq, əl qumbarası ilə ermənilərin canlı qüvvəsini məhv edən Gündüz Səmədov son anda həbsxananın qülləsinə çıxır. Bu zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Evli idi. Məzarı Bakı şəhərində Şəhidlər xiyabanındadır. Gündüz Səmədov Şuşanın işğalı günü Şuşa həbsxanasında cəza çəkən 27 azərbaycanlı məhbusu ermənilərə əsir düşməməsi üçün azad etmiş, silah-sursat verərək onların da Şuşanın müdafiəsində iştirakını təmin etmişdir. Bu məhbuslardan biri{{kim}} milli qəhrəman adına layiq görülmüşdür.

== Mükafatları ==
Gündüz Səmədov [[Azərbaycan Prezidenti|Azərbaycan Respublikasının Prezidenti]] cənab İlham Əliyevin [[2005]]-ci il 30 iyun tarixli 867 saylı sərəncamı ilə ölümündən sonra [["Vətən uğrunda" medalı|“Vətən uğrunda” medalı]] ilə təltif edilmişdir.


== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)]]