Difference between revisions 6233129 and 6549492 on azwiki{{vikiləşdirmək}} {{mənbə azlığı}} {{Şəxs}} Qur`ani-Kərimdə iki yerdə İlyasın adı gəlib, biri "Ən`am" surəsində, o birisi isə "Saffat" surəsində. "Ənam" surəsində Allah taala buyurur: -"Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə qovuşdurduq). Onların hamısı buna layiqli idilər. "Saffat" surəsində buyurur: -"Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! Bir zaman o öz tayfasına belə demişdi: -"Siz (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz? Siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahı (tərk edirsiniz)?" Lakin onlar onu təkzib etdilər, buna görə də ([[Qiyamət günü]] Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın xalis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) "İlyasinə (İlyasa) salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! Həqiqətən, Lut da peyğəmbərlərdəndir! Amma Qur`ani-Kərimdə İlya haqqında bir söz açılmayıb. Ola bilsin ki, İlya həmin İlyas peyğəmbərdir. Alimlərin çoxu bu ehtimalı veriblər. (contracted; show full)ğəmbərlərindən biri və Bə`ləbək əhalisindən idi. Miladdan doqquz əsr öncə Axarın (ya Ahabın) dövründə yaşayırdı. O, Bəni-İsraili düz yola dəvət edir və bütpərəstlikdən çəkindirirdi. Lakin onun qövmü sözünə qulaq asmırdı. Həzrətə əzab-əziyyət verirdilər. Buna görə də çox vaxt səhralarda və dağlarda gününü keçirirdi. Onun göstərdikləri möcüzələri inkar edirdilər. Axırda Yəsə`i özündən sonrakı peyğəmbər elan edib miladdan 880 il qabaq ərşə çəkildi." Bəzi tarixlərdə və rəvayətlərdə qeyd olunub ki, İlyas [[Xızır]] peyğəmbər kimi "abi-həyat"dan içdi və əbədi olaraq yaşayır. Xızır peyğəmbər quru yerlərin ağası olduğu kimi, o da dəryaların ağasıdır. Hədislərdən birində Məhəmməd peyğəmbərdən nəql olunur: Xızır və İlyas hər il həcc mərasimində bir-birilə görüşürlər. Başqa bir rəvayətdə yazılıb ki, İlyas Məhəmməd peyğəmbərin hüzuruna gəldi. O, həzrətlə görüşdü. Lakin bu iki rəvayət heç biri mötəbər sənədə malik deyil. Kuleyni "Üsuli-Kafi"də , Səffar isə "Bəsairüd-dərəcat" kitabında İlyas və İlyanın oxuduqları duaları nəql ediblər. Həmin duaların mə`sum imamlar da oxuyurmuşlar. Sələbi "Ərais" kitabında yazır: Əsqəlan camaatından biri İlyas peyğəmbəri İordaniya çölündə görüb və ondan bir neçə sual soruşub. O, da sualların cavabını verib. Lakin bu ilk nəzərdə həqiqətə uyğun gəlmir. Ravəndinin "Qisəsül-ənbiya" kitabından bir əhvalat "Biharül-ənvar"da nəql olunur. Bu əhvalat İlyas haqqındadır. Lakin rəvayətin sənədi Vəhb ibni Münəbbihə çatdığı üçün e`tibardan düşür. Ona görə də o rəvayəti burada nəql etmirik. {{Peyğəmbərlər}} [[Kateqoriya:Peyğəmbərlər]] [[de:Elija#Koran]] [[en:Elijah#Elijah in Islam]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=6549492.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|