Difference between revisions 6312682 and 6312684 on azwiki

[[Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|thumb|363x363px| [[:Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|'''Maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi''']]]]


'''Əsəd Əliyev''' (tam adı:''Əsəd Cabbar oğlu Əliyev'';{{DVTY}}) — maarif xadimi, [[Azərbaycan SSR əməkdar müəllimlərinin siyahısı|Azərbaycan SSR əməkdar müəllimi]].

== Həyatı ==
(contracted; show full)kültəsini bitirir. Tükənməz enerjiyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Əsəd müəllim 1958-1961-ci illərdə Nehrəm kənd orta məktəbinin direktoru, 1961-1962-ci illərdə Nehrəm kolxozunun sədri vəzifəsində çalışır. Sadə müəllimlik peşəsini hər şeydən üstün tutan Əsəd müəllim 1962-ci ildə yenidən Çeşməbasar kənd səkkizillik məktəbinə qayıdaraq 1971-ci ilin sentyabr ayınadək orada müəllim işləyir. O, 1971-ci ildən 1994-cü ilədək, ömrünün sonunadək Nehrəm kənd 1 saylı orta məktəbində müəllim işləyir.

[[Fayl:Əsəd Əliyev.jpg|left|thumb|325x325px|[[:Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|Əsəd Əliyev gənc yaşlarında]]]]
Geniş dünya görüşünə, dərin elmi biliyə, nadir yaddaşa, yüksək pedaqoji etikaya və metodiki ustalığa, şagirdlərə sonsuz məhəbbətə malik olan Əsəd müəllim özünün 53 illik pedaqoji fəaliyyəti dövründə yüzlərlə Vətən övladının əsil vətəndaş kimi yetişməsində bütün qüvvə və bacarığını sərf etmişdir. Onun yetirmələri içərisində bir neçə elmlər doktoru, 50-dən artıq elmlər namizədi, yüzlərlə müəllim, həkim, mühəndis, hüquqşünas vardır. Əsəd müəllim riyaziyyatı, fizikanı, kimyanı, astranomiyanı, biologiya və coğr(contracted; show full)
* 1942-ci il "İgidliyə görə" medalı
* 1979-cu ildə "[[Baş müəllim]]",
* 1982-ci ildə "Metodist müəllim",
* 1984-cü ildə "[[Əməkdar müəllim|Azərbaycanın əməkdar müəllimi]]" fəxri adlarına layiq görülməşdir.
* "Qabaqcıl maarif xadimi" döş nişanı və Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

== Mənbə ==
* {{Kitab3 |müəllif= |başlıq=Naxçıvan Ensiklopediyası |yer=Bakı |nəşriyyat= |il=2002|səhifə=134|isbn=5-8066-1468-9}}