Difference between revisions 6312703 and 6312823 on azwiki

[[Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|thumb|363x363px| [[:Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|'''Maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi''']]]]

'''Əsəd Cabbar oğlu Əliyev'''   [[Azərbaycan SSR əməkdar müəllimlərinin siyahısı|(9 fevral 1918, Naxçivan- 24 noyabr 1994, Naxçivan Nehrəm )]] -  [[:Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|'''Azərbaycanın''']] [[:Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|'''maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi''']].

Respublikamızın  görkəmli ziyalılarından olan  Əsəd Cabbar oğlu Əliyev 1918-ci il fevral ayının 9-da [[Nehrəm]] kəndində anadan olmuşdur. Finlandiya-Rusiya müharibəsi və [[Böyük Vətən Müharibəsi]]nin iştirakçısı olub. Ağır yaralandığı üçün 1942-ci ilin əvvəllərində ordu sıralarından tərxis olunub.

1935-ci ildə Nehrəm kənd yeddiillik məktəbi bitirən Əsəd Əliyev Naxçıvan Pedaqoji Məktəbinə daxil olmuş və 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.  Pedoqoji fəaliyyətinə 1938-ci ilin sentyabr-oktyabr aylarında Culfa rayonunun Əbrəqunus kənd məktəbində başlayan Əsəd Əliyev, iki ay müəllimlik etdikdən sonra hərbi xidmətə çağırılır.  Hərbi çağrış dövrü qanlı-qadlı illərə təsadüf etdiyindən Finlandiya-Rusiya müharibəsinin və (1941-1945 alman-rus) Böyük Vətən Müharibəsinin igid və qəhraman iştiraçkısı olan Əsəd Əliyev döyüşlərədən birində  ağır yaralanan və bu səbəbdən 1942-ci ilin əvvəllərində ordu sıralarından tərxis olunur. “İgidliyə görə” medalı və Ali Baş Komandanlığın təşəkkürü ilə təltif olunmuş Əsəd Əliyev öz doğma kəndinə qayıdaraq 1942-1944-cü illər ərzində Nehrəm kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirir. 1944-cü ildə Nehrəm kənd ZDS-nin katibi seçilir və 1947-ci ilədək həmin vəzifədə çalışır. Əsəd müəllim eyni zamanda bu müddət ərzində Kəndli-Gənclər məktəbində müəllimlik edir. 1947-1958-ci illərdə yeni yaradılmış Çeşməbasar kənd yeddiillik məktəbində müəllim işləyən Əsəd Əliyev qiyabi yolla təhsilini də davam etdirir və 1956-ci ildə APİ-nin tarix fakültəsini bitirir. Tükənməz enerjiyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Əsəd müəllim 1958-1961-ci illərdə Nehrəm kənd orta məktəbinin direktoru, 1961-1962-ci illərdə Nehrəm kolxozunun sədri vəzifəsində çalışır. Sadə müəllimlik peşəsini hər şeydən üstün tutan Əsəd müəllim 1962-ci ildə yenidən Çeşməbasar kənd səkkizillik məktəbinə qayıdaraq 1971-ci ilin sentyabr ayınadək orada müəllim işləyir. O, 1971-ci ildən 1994-cü ilədək, ömrünün sonunadək Nehrəm kənd 1 saylı orta məktəbində müəllim işləyir.
[[Fayl:Əsəd Əliyev.jpg|left|thumb|325x325px|[[:Fayl:Əsəd Əliyev — maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi.jpg|Əsəd Əliyev gənc yaşlarında]]]]
Geniş dünya görüşünə, dərin elmi biliyə, nadir yaddaşa, yüksək pedaqoji etikaya və metodiki ustalığa, şagirdlərə sonsuz məhəbbətə malik olan Əsəd müəllim özünün 53 illik pedaqoji fəaliyyəti dövründə yüzlərlə Vətən övladının əsil vətəndaş kimi yetişməsində bütün qüvvə və bacarığını sərf etmişdir. Onun yetirmələri içərisində bir neçə elmlər doktoru, 50-dən artıq elmlər namizədi, yüzlərlə müəllim, həkim, mühəndis, hüquqşünas vardır. Əsəd müəllim riyaziyyatı, fizikanı, kimyanı, astranomiyanı, biologiya və coğrafiyanı da mükəmməl bildiyi üçün bu fənləri də tədris edirdi. Rus dilini mükəmməl bilən Əsəd müəllimin söhbətləri hamı tərəfindən xüsusi maraqla qarşılanır, diqqətlə dinlənilir və onun ağıllı məsləhətlərinə hər zaman əməl edilirdi. Əsəd müəllimin ən müsbət keyfiyyətlərindən biri də  gənc müəllimlərə hamilik etməsi, onları öz dərslərinə apararaq, özünün zəngin təcrübəsini böyük həvəslə onlara öyrətməsi idi.  Canlı ensiklopediya olan bu qəhraman nehrəmlidən hamı nəsə öyrənməyə can atırdı. O, geniş yaradıcılıq diapazonuna malik olmaqla yanaşı vaxtaşırı olaraq respublikamızın qəzet və jurnallarında elmi pedaqoji və metodik məqalələr ilə çıxış edir, təhsilimizin aktual məsələlərinin həllinə dair axtarışlar aparır, bu sahədə dəyərli tövsiyyələr verirdi.

Əsəd Əliyev həmçinin Babək rayon müharibə və əmək veteranları şurasının və Naxçıvan MR Ağsaqqallar Şurasının sədri vəzifəsində çalışmaqla geniş ictimai işi də məsuliyyətə üzərinə götürmüşdür. Yorulmaz və səmərəli əmək fəaliyyəti yüksək qiymətləndirilən Əsəd müəllimin  1979-cu ildə “Baş müəllim”, 1982-ci ildə “Metodist müəllim”, 1984-cü ildə “Azərbaycanın əməkdar müəllimi” fəxri adlarına layiq görülməşdir. Əsəd Əliyev “Qabaqcıl maarif xadimi” döş nişanı və Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir. 



Əsəd Əliyev eyni zamanda Azərbaycan Respublikasının Ümumilli lider Heydər Əliyevlə şəxsən münasibətdə olduğu və dəyərli şəxsiyyət olmuşdur. Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri işləyərkən Əsəd müəllim onunla tez-tez görüşər, respublikadakı ictimai-siyasi vəziyyət haqqında söhbətlər edərdi. 1990-1994-cü illər ərzində çətin ictimai-siyasi vəziyyətin höküm sürdüyü respublikamızda Əsəd müəllim dəfələrlə Naxçıvan və Azərbaycan televiziyalarında çıxış edərək respublikamızdakı ictimai-siyasi sabitliyin yaradılmasına öz tövsiyyələrini vermişdir.

Hərtərəfli dünyagörüşə və yüksək vətəndaşlıq ruhuna malik olan Əsəd müəllim 1994-ci il noyabr ayının 24-də 76 yaşında Nehrəm kəndində dünyasını dəyişmişdir. 

=== Təhsili ===
1935-ci ildə Nehrəm kənd yeddiillik məktəbi bitirib. Naxçıvan Pedaqoji Məktəbinə daxil olmuş və 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1956-ci ildə APİ-nin tarix fakültəsini bitirib.

1994-cü il 24 noyabrda ayının [[Nehrəm]] kəndində vəfat edib.

== Fəaliyyət ==

=== Əmək fəaliyyəti ===
Pedoqoji fəaliyyətə 1938-ci ilin sentyabr-oktyabr aylarında [[Culfa rayonu]]nun Əbrəqunus kənd məktəbində başlayıb.

1942–1944-cü illər ərzində [[Nehrəm]] kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib. 1944-cü ildə [[Nehrəm]] kənd ZDS-nin katibi seçilib və 1947-ci ilədək həmin vəzifədə çalışıb. Eyni zamanda bu müddət ərzində Kəndli-Gənclər məktəbində müəllimlik edib. 1947–1958-ci illərdə yeni yaradılmış Çeşməbasar kənd yeddiillik məktəbində müəllim işləyib. 1958–1961-ci illərdə Nehrəm kənd orta məktəbinin direktoru, 1961–1962-ci illərdə [[Nehrəm]] kolxozunun sədri vəzifəsində çalışıb. 1962-ci ildə yenidən [[Çeşməbasar]] kənd səkkizillik məktəbinə qayıdaraq 1971-ci ilin sentyabr ayınadək orada [[müəllim]] işləyir. 1971-ci ildən 1994-cü ilədək, ömrünün sonunadək [[Nehrəm]] kənd 1 saylı orta məktəbində müəllim işləyib.

=== İctimai fəaliyyəti ===
[[Babək]] rayon Müharibə və Əmək Veteranları Şurasının və [[Naxçıvan Muxtar Respublikası]] Ağsaqqallar Şurasının sədri olub.

== Təltif və mükafatları ==
* 1942-ci il "İgidliyə görə" medalı
* 1979-cu ildə "[[Baş müəllim]]",
* 1982-ci ildə "Metodist müəllim",
* 1984-cü ildə "[[Əməkdar müəllim|Azərbaycanın əməkdar müəllimi]]" fəxri adlarına layiq görülməşdir.
* "Qabaqcıl maarif xadimi" döş nişanı və Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
* Naxçivanin Fəxri Vətəndaşi adina layiq görulmüşdür

== Mənbə ==
* {{Kitab3 |müəllif= |başlıq=Naxçıvan Ensiklopediyası |yer=Bakı |nəşriyyat= |il=2002|səhifə=134|isbn=5-8066-1468-9}}