Revision 2176739 of "Kuprin, Aleksandr İvanoviç" on azwiki{{Yazıçı
|Adı = Aleksandr Kuprin
|Orijinal adı = {{lang-ru|Алекса́ндр Ива́нович Купри́н}}
|Şəkil = Kuprin Alexander Ivanovich.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|İlk adı =
|Təxəllüsü =
|Doğum tarixi = {{doğum tarixi|1870|8|26}}
|Doğum yeri =
|Vəfatı = {{vəfat tarixi və yaşı|1838|8|25|1870|8|26}}
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi =
|Vətəndaşlıq =
|Milliyət =
|İxtisası =
|Təhsili =
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Əsərlərinin dili =
|İstiqamət =
|Janr =
|İlk əsəri =
|Mükafatları =
|imdb_id =
|İmzası =
|Sayt =
}}
'''Aleksandr İvanoviç Kuprin''' ({{lang-ru|Алекса́ндр Ива́нович Купри́н}}, {{doğum tarixi|1870|8|26}}-{{vəfat tarixi|1838|8|25}})—Rusiya yazıçısı.
== Həyatı ==
Balaca Kuprinin atası vəbadan öləndə gələcək yazıçının bir yaşı vardı. Vaxtilə cah-calallı ailə yoxsul vəziyyətə düşmüşdü. Penza əyalətində əlində qalan kiçik əkin sahəsi ilə üç yetimi saxlamaq qeyri-mümkün idi. Odur ki, anası [[1874]]-cü ildə onu götürüb pansionata – Dul evinə köçür. Daha əvvəl isə iki böyük qızını dövlət hesabına qapalı məktəbə vermişdi. Ailə artıq öz-özünü saxlaya bilmirdi. Get-gedə vəziyyətin ağırlaşdığını görən ana oğlunu Razumovski Yetimlər evinə verir. Özü isə ömrünün sonunadək bir daha evinə qayıda bilmir. Dul evində yaşayır.
Gələcək yazıçı məhrumiyyətlər və onun doğurduğu xəcalət içində böyüyürdü. Hər tərəfdə kobudluq, rəhimsizlik, qəddarlıq və biganəlik hökm sürürdü.
Hələ ki, məhəbbət adına heç nə yox idi. Gələcəkdə böyük məhəbbəti, qızğın eşqi tərənnüm edəcək yazıçının bu gün gördüyü hələ ki, yalnız qəddarlıq idi;
gələcək yazıçı yoxsulluğun qılınc kimi kəsib doğradığı yaralı ürək gəzdirirdi. 12
yaĢında anası onu hərbi məktəbə düzəldir. Kadet məktəbində oxuyandan öz imkanlı
yoldaĢlarının qarĢısında anasının evsizliyinə və kasıblığına görə xəcalət çəkir,
sirrini-dərdini heç kimə açmırdı.
Əslində isə anası Lyubov Kulunçakova (1840-1910) yazıçı üçün ömrü boyu
tükənməz qürur mənbəyi idi. O, qədim tatar əsilzadəsi Kulunçakovların qızı idi.
Knyaz Kulunçak Qasım xanın əyanlarından idi. XV əsrdə Rusa pənah gətirmiş, pravoslavlığı qəbul etmiĢ, çox varlı adam kimi şöhrət tapmışdı. Rusların içində Kollontay şəklinə düĢən türk familiyası da əslində kulun+tay (day, at)
sözündən yaranmıĢdır. Artıq XVII əsrin II yarısında Penza vilayətinin Narovçat
rayonunda Kuprinin babası Knyaz Klunçakovun mülk və torpaqlara sahib olduğu
görünür. Ailə söhbətlərinə görə isə ata-babaları öz kefçilliyi və qayğısız həyatı ilə
ətrafda ad çıxarmıĢdı. Bu səbəbdən də böyük sərvət ildən-ilə azalıb gedirdi. Ġndi
Penza vilayətindəki qədim Narovçat və ya o zaman deyildiyi kimi, Naruçat XIII-XV
əsrlərdə Qızıl Ordanın əsas Ģəhərlərindən sayılırdı; Ulus MukĢa adlanan tatar
xanlığının mərkəzi idi. Bu ad Ģəhərin üzərində yerləĢdiyi MukĢa və ya MokĢa
çayının adı ilə bağlıdır. Bu torpaqdakı tatarlar da MokĢa tatarları adlanırlar. 1313-
1367-ci illərdə Qızıl Ordanın sikkələri burada kəsilirdi (Müasir ruslar bu pulu
özlərinin ilk pulları hesab edirlər. Qızıl pullar türkcə "tenka, denqa", mis pullar "pul,
pulo" adlanırdı. Tarixçi Karamzinin və baĢqa nüfuzlu tədqiqatçıların göstərdiyi kimi,
hər iki üzü tatar yazısı ilə yazılırdı). Bu zaman Narovçatın ən geniĢ yayılmıĢ adı
MukĢa idi. XV əsrdən Rus dövlətinə daxil edilmiĢdi: Kazan xanlığı iĢğal olunandan
(1552) sonra mukĢalı tatarların xristianlaĢdırılması xüsusi vüsət alır, tatarları silah və ağır vergilər gücünə xristianlaşdırmağa başlayırlar.
Arxeoloji qazıntılar nəticəsində Narovçatda məscid, hamam, kərpic evlərin
qalıqları, müsəlman məzar-sərdabələri aĢkar olunmuĢdu.
Kuprin burada Penza quberniyasının Narovçat Ģəhərində 1870-ci ilin 26
avqustunda məmur ailəsində anadan olmuĢdu.
Kuprin anasına pərəstiĢ edirdi. Lakin onun yoxsulluğuna və baĢqa
adamların qarĢısında alçalmasına dözə bilmir, alıĢmır, utanır, əzab çəkirdi; heç vaxt
bu təhqiri unutmurdu. Türk xanının qızı olan ananın isə böyük arzuları var idi; ana
oğlunun təminatlı gələcəyi üçün çox fikir çəkirdi. Oğluna hərbi məktəbə daxil
olması üçün göz yaĢları içində yalvarırdı. Bütün uĢaqlıq və gəncliyinin bu ağır
təəssüratları "Kadetlər", "Ġgid qaçqınlar", "Yunkerlər", "Müqəddəs yalan"
əsərlərində əks olunmuĢdu.
Odur ki, ondan haradasa və nə vaxt tərcümeyi-hal tələb etdikdə yarızarafat
tərzində: "Bütün əsərlərim tərcümeyi-halımdır", – cavabını verirdi.
Kuprin onu zabit görmək istəyən anasının ümidlərini alt-üst edir. BaĢ ġtab
Akademiyasına imtahanlar ərəfəsində istefa verir və sərgərdan həyata baĢlayır.
Məqsədi ədəbiyyatla ciddi məĢğul olmaq idi. UĢaqlıq və yeniyetməlik illərinin
məhrumiyyətləri və sıxıntıları gələcək yazıçıya lazım olan həyat materialını
vermiĢdi. Həmin illərin acı güzəranı, yoxsulluq onda baĢqalarının dərdlərinə diqqət
və qayğı, zəiflərə acıma, kimsəsizə, arxasıza ülfət, mərhəmət hissləri tərbiyə
etməkdə idi.
Uğursuzluqlar isə hələ ki, onu izləməkdə idi. Akademiyaya girə bilməməsi,
böhtanlar, iftiralar, daim onu izləyən, yaxasından yapıĢan yoxsulluq həyatın
rəzalətlərini böyüdür, ədaləti itirirdi. Kuprin özündə olan yazıçılıq istedadının
anasından gəldiyini hər zaman, hər yerdə inadla qeyd edirdi. Anasından ona irsən
incə, kövrək hisslər, canlı müĢahidələr və emosionallıq (o, bunu "əsil tatar naturası"
adlandırırdı) gəlmiĢdi. Ana nənəsindən hələ uĢaqkən gözəl əfsanələr, sehrli nağıllar,
tarixi əhvalatlar eĢitmiĢdi. Bunlar onun ġərq mövzusunda yazdığı gələcək əsərləri
doğuracaqdı. Sirli-sehrli, nağılvari əsərlər, lakin qüdrətli, müdrik, fəlsəfi əsərləri bu
uĢaqlıq nağıllarından yaranacaqdı. ġərqə məxsus cəsurluq, fədakarlıq öz növbəsində
alicənablıq, güclü, nəĢəli məhəbbət, hər yerdə ədalət simasında çıxıĢ edən Allah hər
Ģeyi eĢidən və görən Allahın xofu olan əsərlər meydana çıxacaqdı.
Yazıçı A.Kuprinin nə qədər qəribə olsa da ġərq sevgisi, türk ehtirası, türk
mədəniyyətinə ehtiramı, cazibəsi və s. onun "anam tatar knyazı Kulunçak xan
nəslindəndir" – harayı ilə bir doğmuĢdur. Bütün ömrü boyu öz əslinin tatar
xanlarından gəldiyini qürurla qeyd edir, həm də bu soyadının kulunçak, kulun, dayça
mənasını da əlüstü göstərirdi. Müasirlərinin xatirələrinə görə, tatar araqçını qoyur,
ümumiyyətlə, ġərqi görkəmdə gəzir, özünün paytaxtda qəribə görünən baĢdan-ayağa
türk paltarı ilə hər kəsi heyrətləndirirdi. Varlanandan sonra əsil türk ağası kimi ianə,
sədəqə verməsi, türk sözlərini danıĢığında çoxaltması və s. ilə yanaĢı, ailə
məktublarını da "Ġsgəndər" imzalayırdı. Beləliklə, öz Aleksandr xristian adının Ģərq
variantını təxəllüs kimi iĢlədirdi.
Kuprinin ġərqə, türk həyatına bəslədiyi sonsuz maraq yaradıcılıq xəttinə də
təsir edib keçə bilirdi. Bu maraq və aludəlik onun Ģərq ruhu hakim olan "Sulamif",
"Süleyman peyğəmbərin ulduzları", "Qismət" (əsli "Kismet"), "Kırım", "Məcid",
"Nargilə qolbağ", "Ġstintaq", "Gecə növbəsi" əsərlərində uğurlu türk obrazları
yaratmasına kömək etmiĢdir. Eləcə də "Təkbətək" əsərində yaratdığı Bek-Ağamalov
surəti Ģərq xarakterli-doğrucul, ləyaqətli bir obraz olaraq hər biri ayrıca bitkin
psixoloji məzmun saxlayan insanlardır. Kuprin təĢəxxüslü Bek-Ağamalov simasında
uğurla Qafqazlı zabit obrazı yaratmıĢdı.
Həm də surətlərlə bərabər, estetikliyi, öz ibtidailiyi ilə ilahi gözəllik
yaradan adətlər, mərasimlər təsvir edir. Türk həyat tərzini Kuprin qeyri-adi
dəqiqliklə, yaddaqalan, eləcə də parlaq boyalarla nəqĢ edir. "Nargilə bilərzik" kimi
məĢhur əsərindəki qız – bu Ģərqli, çəkik tatar gözlü qız, hətta öz kübar, ağayana
görünüĢlü bacısından da daha güclü marağa və sevgilərə səbəb olur.
Kuprinin istifadə etdiyi Ģərq sözləri onun əsərlərinə ətir, diri ruh gətirir,
hadisələrə və təsvirə parlaq, xariqə rənglər, boyalar əlavə edir. Yazıçı "Ġstintaq"
əsərində böyük məhəbbətlə bədbəxt türk obrazı yaratmıĢdı; burada məhkumun və
müstəntiqin tərsliyinin və inadının buzunu ikincinin birinciyə onun ana dilindən tez
tapıb iĢlətdiyi doğma və əziz olan "Allah" və "ana" sözləri qırıb əridə bilir. Əsgər rus
silistini, cəzanı, kazarma məhkumluğunu unudur; mərhəmətə və ədalətə ümid
bağlayır. Bu əziz kəlmələrin eĢqinə Kuprin hekayədə ustalıqla psixoloji situasiya
yaradır. Ġstintaqı aparan zabit (Kozlovski) özü istəməsə də qələbə çalır. Zabit birinci
ildir ki, elə türk əsgərin özü kimi qulluğa baĢlamıĢdı. Əslində o, vicdanlı adamdır,
amma iĢin sonunu fikirləĢmədən cidd-cəhdlə psixoloji istintaq aparır. Əsgərlə
ümumi dil tapmaq naminə hətta rus dilində danıĢmasına baxmayaraq, cümlələrin
qrammatik quruluĢunu türk dilinə uyğunlaĢdırmağa çalıĢır. Müstəntiq zabit öz
peĢəsinə aludəliklə elə uzağa gedir ki, tatar əsgərin yadına "ana"nı, "Allah"ı salır.
Beləliklə, rus dilində zorla danıĢan tatar əsgər bu yad mühitə "ana" kəlməsi ilə onun
min verstlərlə uzaqda qoyub gəldiyi isti, mehriban varlığın adını eĢitməklə "təslim
olur"; oğurluq etməkdə günahlandırılan bədbəxt tatar indiyədək sussa da, zabitin
təsadüfən tapıb iĢlətdiyi doğma "ana" sözü onu hipnoz edir, "dilini açır" və nəhayət,
onu məhv edir. O beləliklə bəlkə də etmədiyi oğurluğu və onun cəzasını bu Ģirin və
qərib kəlmənin təsiri altında çiyinlərinə götürür və o, ağır cəzaya məhkum edilir.
"Ana" sözündən axan nur və Ģəfqət müstəntiqin də gözlərini açır, o da etdiyi
qəbahəti anlayır, tatar əsgərin doğma dilində "ana" kəlməsini iĢlədib, onu bədbəxt
etməsinə təəssüflənir.
Balaca adamların, həyatın mağmın qoyduğu adamların təsviri Kuprin
qələmi ilə çox uğurlu aparılır. Kuprin belə adamlara qarĢı həssasdır, sanki öz bəlalı
taleyini nəql edir. Həqiqətən öz dediyi kimi, Ģöhrət, pul, ad-san onu tapanacan
sərgərdanlıq etmiĢdi: çilingər, çapçı, əkinçi iĢləmiĢ, tütün satmıĢ, Azovda sirkdə
çalıĢmıĢ, aktyor olmuĢdu.
Onun-bunun yanında, dost-tanıĢın evində qabırğa qonaq kimi günlərini
keçirən Kuprin birdən-birə varlı bir qızla üzləĢir.
Qızın da qəribə taleyi vardı, qanunsuz doğulmuĢdu. Anası onu aparıb
qundaqda varlı, lakin Allah adamı olan Marya Davıdovanın qapısına qoymuĢdu.
Davıdova yaĢlı, varlı qadın idi, "Mir bojiy" jurnalını çıxarırdı, özünün də uĢaqları
var idi. Lakin bu tapdıq qızı övladlığa götürəndən sonra öz uĢaqları bir-birinin
ardınca tələf olur, götürülmə qızın ayağı düĢmür sanki bu evə. Sonda bütün uĢaqlar
öldüyünə görə yeganə varis bu qız olur. Bu qız olduqca Ģən, qayğısız bir qız idi. Onu
hələ də "Musya" çağırırdılar. Hər kəs onun kimi Ģaqqıldayıb gülə bilmirdi. 1902-ci
ildə evlənirlər. Onun ayağı yazıçıya düĢür. Kuprin varlanır. Özü də necə?
Təkəbbürlü bir ağaya çevrilir və onsuz da kiçik kiĢmiĢi tatar gözlərini qıyaraq
təĢəxxüs satır.
Yazıçı Belozerskaya-Bulqakova da həmin günləri xatırlayaraq yazırdı: Mən
Kuprinə, onun sevimli üzünə yaĢlı tatarlara məxsus sevimli çöhrəsinə acgözlüklə
tamaĢa edirdim.
Kuprin elə özü də addımbaĢı acı olduğundan çoxlarının yan ötdüyü tarixi
həqiqətə iĢarə edirdi: "Burada hər bir rusun damarlarında axan köçəri monqol qanı
özünü göstərmirmi?"
Dostu Ġvan Bunin onun yaradıcılığına sonsuz rəğbətini və eyni zamanda
həsədini elə də məharətlə gizlədə bilməyərək ona həsr etdiyi "Kuprin" yazısında
göstərirdi: "Onda xariqüladə keyfiyyətlər, qeyri-adi dərəcədə özünü göstərən, nəyə
desən dəyən cazibə və nə qədər də tatar xasiyyətləri var idi?! Anası tatar familiyalı
knyaginya idi, həmiĢə də görürdüm ki, Aleksandr Ġvanoviç özünün tatar qanı ilə çox
öyünür. ġöhrətin zirvəsində olduğu vaxtlar, yadımdadır ki, rəngli tübeteyka geyir və
qonaqlıqda, eləcə də restoranda elə ağayana otururdu ki, elə bil əsil xan idi. Qəzetjurnal
naĢirləri onun dalınca qaçıĢırdılar və yazıq-yazıq yalvarırdılar ki, min-iki min
avans götürsün, yalnız söz versin ki, onları unutmayacaq. O isə ətli, yastı üzlü, ağır
adam, astaca türkcə fısıldayırdı: – Qet"... (6, s.252-253).
Elə dostu Buninlə küsüĢməyi də bu həssas nöqtədən baĢlayır, birinci arvadı
Kuprina – Ġordanskaya xatırlayır: Kuprinin ana tərəfdən tatar xanı nəslindən
olmasını, dönə-dönə eĢidən yazıçı Bunin daha dözə bilmədi. – Bəli, Aleksandr
Ġvanoviç, yalnız anası tərəfdən zadəgandır, – dedikdə Kuprin bərk tutuldu və
masanın üstündəki gümüĢ çay qaĢığını götürüb, dinməzcə onu sıxdı, əzib yumruladı,
onu otağın bir küncünə tulladı (23, c.233).
Aleksandr Kuprin yaddaĢlarda və həm də torpağın köksündə möhür kimi
qalan bu izlər haqqında 29 dekabr 1901-ci il tarixli məktubunda A.P.Çexova yazırdı:
"Yaltadan getdikdə mən Ryazan quberniyası meĢələrinə düĢdüm. Orada heyrətamiz
adlarından tatar, hətta poloves qədimliyi ətri gələn yerlərdə torpaqölçən iĢlədim".
Eyni hörmət və məhəbbətlə əski Qara Dəniz boylarının türk tarixinə iĢarə ilə: -
Bizim sanatoriya çiçəkləmiĢ armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında
itib batmıĢdır. Deyirlər, bu torpaqların keçmiĢ sakinləri çərkəzlərin dilində bu cazibədar sahil kəndinin adı – Ağ gəlin" olmuĢdur. Necə əziz, necə dəqiq addır! Belə
ki, bu addan padĢah Süleymanın "Nəğmələr nəğməsi"ndən birbaĢa axıb süzülən ġərq
poeziyasının koloritli dilinin ətri gəlir, – deyə Kuprin yazırdı.
Kuprinin ilk evliliyi uzun çəkmir. Çox keçmir ki, o, evdə arvadının
köməkçisi iĢləyən yeniyetmə alman qızına vurulur. Qızın isə bu div enerjili və həyat
qədər maraqlı kiĢidən ötrü ürəyi gedirdi. Bu alman qızı yazıçı Mamin-Sibiryakın
baldızı idi. Kuprinin evinə dayə kimi xidmətə götürülmüĢdü. Gizli, həm də göz
qabağında olan "oyunlar"ın üstü açılır, aĢkar olur. Nəhayət, 1907-ci ildə Kuprin bu
qızla nigah bağlayır. Əvvəlki əhli-kef qadınından fərqli olaraq bu xanım ömrünün
sonunadək bir mehriban dayə kimi daim Kuprinin nazıyla oynayır, ona əsil qadın
olur.
...Kuprin oktyabr inqilabından qorxuya düĢüb, 1919-cu ildə xaricə qaçdı.
Fransada yaĢadı. Lakin evdən ötrü bərk xiffət edirdi. Nisgil və qübar içində 18 il
yaĢadığı bu qübar onu geriyə dönməyə məcbur etdi. Geri dönmə cəsarətinin ona
baha baĢa gələcəyi ehtimalını da duyurdu. Amma sağlam canını itirmiĢdi artıq.
Beyninə qan sızmıĢdı. Daha itiriləcəyindən qorxduğu baĢı da qalmamıĢdı. O öz
evinin içində ölmək istəyirdi. XahiĢi dərhal qəbul olundu. Onu Moskvada təntənəli
qəbul etdilər. Lakin nə danıĢmağa dili, nə də fikirləĢməyə beyni var idi. Amma
ölməyə Vətən yaxĢı, – deyiblər. Ürək bu sevgiylə çırpınırdı.
1937-ci ilin mayında Rusiyaya dönən yazıçı 1938-ci ilin avqustunda bu
dünyaya gözlərini yumdu.
== İstinadlar ==
== Həmçinin bax ==
== Xarici keçidlər ==
[[Kateqoriya:Rusiya yazıçıları]]
[[be:Аляксандр Іванавіч Купрын]]
[[bg:Александър Куприн]]
[[de:Alexander Iwanowitsch Kuprin]]
[[en:Aleksandr Kuprin]]
[[eo:Aleksandr Kuprin]]
[[es:Aleksandr Kuprin]]
[[et:Aleksandr Kuprin]]
[[eu:Aleksandr Kuprin]]
[[fa:آلکساندر کوپرین]]
[[fi:Aleksandr Kuprin]]
[[fr:Alexandre Kouprine]]
[[gl:Alexander Kuprin]]
[[hy:Ալեքսանդր Կուպրին]]
[[it:Aleksandr Ivanovič Kuprin]]
[[ka:ალექსანდრე კუპრინი]]
[[la:Alexander Kuprin]]
[[nl:Aleksandr Koeprin (schrijver)]]
[[pl:Aleksander Kuprin]]
[[pt:Alexandre Ivanovich Kuprin]]
[[ro:Alexandr Kuprin]]
[[ru:Куприн, Александр Иванович]]
[[sh:Aleksandar Kuprin]]
[[sv:Aleksandr Kuprin]]
[[ta:அலெக்சாண்டர் குப்ரின்]]
[[tg:Александр Иванович Куприн]]
[[tk:Aleksandr Kuprin]]
[[tt:Александр Куприн]]
[[uk:Купрін Олександр Іванович]]
[[zh:亚历山大·伊凡诺维奇·库普林]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=2176739.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|