Revision 2179843 of "Aomen rayonu" on azwikiAomen Xüsusi İnzibati Rayonu ({{lang-pt|Macau}}) '''Aomın''' (澳門|澳门|Àomén|Aomen).
Aomen rayonu [[Çjustzyan çayı]]nın deltasının qərb sahilində yerləşir, Quandan əyaləti ilə həmsərhəddir, Syanqandan 40 dəniz mili məsafədə yerləşir. Buraya Aomen yarımadası, Dantszı və Luxuan adaları daxildir. Sahəsi 17,5 km2-dir.
Aomen – iri ticarət əməliyyatlarının aparıldığı mühüm liman və maliyyə mərkəzidir. Xarici turizm - əsas gəlir mənbələrindən biridir. Əhali toxuculuq və yüngül sənaye müəssisələrində çalışır, həmçinin balıqçılıq, sənətkarlıq peşəsi, xidmət sferası ilə məşğuldur. Aomen parça, geyim, barıt, kibrit, çini qab, kamfora, kustar sənaye məhsulları idxal edir.
== Tarixi ==
[[1553]]-cü ildə portuqallar Quandan yerli hakimiyyətini ələ alaraq Aomen rayonunda lövbər dayanacağı və ticarət hüququna yiyələndilər. [[1557]]-ci ildə onlar Aomenə daxil oldular və orada məskunlaşmağa başladılar. <ref name=ricciDict>«Dicionário Português-Chinês : 葡漢詞典 (Pu-Han Cidian) : Portuguese-Chinese dictionary», by Michele Ruggieri, Matteo Ricci; edited by John W. Witek. Published 2001, Biblioteca Nacional. ISBN 972-565-298-3. [http://books.google.com.au/books?id=A7h5YbM5M60C Partial preview] available on [[Google Books]]. Pages 153—154</ref> [[1840]]-cı il tiryək müharibəsində Tsin hökümətinin məğlubiyyətindən sonra portuqallar Aomendən cənubda yerləşən Dantszı və Luxuan adalarını bir-birinin ardınca işğal etmək imkanı qazandılar. [[1887]]-ci ildə Portuqaliya Tsin hökümətini "Çin-portuqal müşavirəsi layihəsi" və "Çin-portuqal Pekin müqaviləsi"ni imzalamağa məcbur edir və "Portuqaliya Aomeni həmişəlik tutur, onu və oraya daxil olan əraziləri Portuqaliyanın digər müstəmləkələrindən heç bir fərq olmadan idarə edir" müddəası ilə çıxış edir, o vaxtdan Portuqaliya Aomen üzərində öz ağalığını həyata keçirmişdir. Çin xalqı bu qeyri-bərabər müqavilələri heç vaxt tanımamışdır, ÇXR höküməti dəfələrlə bəyan etmişdir ki, Aomen Çinin ərazisidir və tarixdən miras qalmış Aomen məsələsi əlverişli zamanda sülh danışıqları yolu ilə həll olunmalıdır. 1979-cu ildə ÇXR və Portuqaliya arasında diplomatik münasibətlər yarandığı zaman, Portuqaliya höküməti Aomenin Çin ərazisi olduğunu qəbul etmiş və tərəflər Aomen məsələsini münasib vaxtda iki hökümət arasında danışıqlar yolu ilə həll etməyə razılaşmışdılar. 1986-cı ilin iyunundan 1987-ci ilni martınadək ÇXR və Portuqaliya hökumət nümayəndələrinin danışıqlarınının dörd raundu keçirilmiş və əsas məsələlər razılaşdırılmışdır. [[13 aprel]] [[1987]]-cü ildə [[Pekin]]də "Çin Xalq Respublikası hökumətinin və [[Portuqaliya]] Respublikası hökumətinin Aomen problemi üzrə birgə bəyanatı"nın rəsmi imzalanması keçirilmişdir. "Birgə bəyanatda" deyilir: 20 dekabr 1999-cu ildə ÇXR höküməti Aomen üzərində suverenliyinin bərpasını həyata keçirir, bu vaxta qədər Aomen Xüsusi İnzibatı Rayonu təsis edilir.
Çin xalqınını arzusu yerinə yetdi. Bu gün Aomen böyük Çin islahatçısı Den Syaopinin əsasını qoyduğu "bir dövlət – iki quruluş" prinsipi üzərində ÇXR daxilində yaşayır və çiçəklənir.
== İstinadlar ==
<references/>
== Həmçinin bax ==
*[[Makao]]
== Xarici keçidlər ==
* [http://www.gov.mo Правительство Аомыня] {{ref-zh}} {{ref-pt}} {{ref-en}}
* [http://slovari.yandex.ru/dict/krugosvet/article/krugosvet/2/1011942.htm Аомынь в энциклопедии «Кругосвет».]
* [http://archive.travel.ru/macau/ Travel.Ru Страны — Макао]
* [http://Aomin.Ru/ Aomin.Ru Страна — Макао]
* [http://www.hong-kong.ru/macao/about.aspx Крупнейший русскоязычный ресурс о Гонконге и Макао]
* [http://iimacau.ru/ Международный институт Макао]
[[Kateqoriya:Çin coğrafiyası]]
{{Commons|Macau}}
{{Link FA|pt}}
{{Link FA|zh-yue}}
{{Link FA|zh}}
{{Link GA|ar}}
{{Link GA|en}}
[[be:Макао]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=2179843.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|