Revision 2180139 of "Şahbulaq Qıfılı saray kompleksi" on azwiki{{Memarlıq abidəsi
|ad = ŞAHBULAQ QIFILI SARAY KOMPLEKSİ
|Azərbaycan dilində =
|orijinaladı = Şahbulaq qıfılı
|Şəkil = [[Şəkil:Tigranakert2.jpg|300px|]]
|tikili = Qarabağ xanlarının yay iqamətgahlarındandır
|statusu = <!-- Malik olduğu status -->
|ölkə = {{Azərbaycan-bayraq}} [[Azərbaycan]]
|şəhər = [[Əsgəran]]
|bölgə = [[Qarabağ]]
|kənd = <!-- Yerləşdiyi kənd -->
|başlanma =
|tamamlanma = [[1751]]-[[1752]]
|memarı =
|üslubu = [[Arran memarlıq məktəbi]]
|vəziyyəti = Ermənilər tərəfindən xarabalığa çevrilib
|saytı = <!-- Abidə ilə bağlı veb-sayt -->
}}
'''Şahbulaq Qıfılı saray kompleksi''' - [[Qarabağ xanlığı|Qarabağ xanları]]nın yay iqamətgahlarından biri. Ağdamın [[Şahbulaq yaylağı]]nda yerləşir.
Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi "Kilid"-qıfıl adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.
== Quruluşu ==
Qıfıl xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və [[Şahbulaq məscidi|məsciddən]] ibarət idi. Saray kompleksinin tikintisi iki ilə, yəni [[1751]]-[[1752]]-ci illərdə başa çatmışdır. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Kilidinin Şimal Qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi.
Bəzi mənbələrdə [[1758]]-ci ildə [[Qarabağ xanlığı]]nın yaradıcısı və rəhbəri, böyük sərkərdə, [[Azərbaycan]]ın milli liderlərindən biri Qarabağlı [[Pənahəli xan]]ın vəfat etdikdən sonra, məhz burada dəfn edildiyi güman edilir.
== Memarlıq üslubu ==
Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu [[Qarabağ]] memarlığının, xüsusilə də Qarabağın mərkəzi [[Şuşa]] şəhərinin memarlığının davamı və tərkib hissəsidir. Bu abidə kompleksi [[I Qarabağ müharibəsi]]nə qədər yaxşı mühafizə edilib saxlanmışdı. Hətta Sovetlər dönəmində [[Ağdam rayonu]]na gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi.
== Ermənistan ordusunun işğalından sonra ==
Bu ərazilər [[Ermənistan]] tərəfindən işğal edildikdən sonra Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bütün işğal edilmiş ərazilərə ezam edilərək ərazilərimizdə mövcud olan tarixi yer və ərazilərin coğrafiyasını müəyyənləşdirərək təcili surətdə yer adları və toponimləri dəyişdirir, memarlıq abidələrini isə milli və dini mənsubiyyətinə görə ya erməniləşdirir, ya da tamamilə sökərək dağıdırlar. Belə bir məqsədlə təşkil edilmiş daha bir qrup isə [[Azərbaycan]]ın işğal altında olan [[Şahbulaq yaylağı]]na ezam edildi. Bu qrupun rəhbəri Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Hamlet Petrosyanın göstərişi ilə [[Xocavənd]] və [[Xankəndi]] rayonlarının Şabulaq yaylağına yaxın olan kəndlərinin əhalisi cəlb edilərək Şahbulaq Qıfılı saray kompleksi daxilindəki [[məscid]], [[hamam]], xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdıldı. Hələlik demək olar ki, kompleksin mühafizə divarlarından başqa bir şey qalmamışdır. Ermənistan mənbələrinin məlumatına görə planın həyata keçirilməsinə Ermənistanın "Erkir" ictimai təşkilatlar birliyi maliyyə dəstəyi göstərib.
== Daha bir erməni yalanının ifşası ==
[[2006]]-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu Joreza Xaçaturyan, Lyuba Kirkosyan, Ayka Akopyan və Vardqesa Safaryandan ibarət daha bir qrup işçisini Azərbaycanın işğal olunmuş Şahbulaq yaylağına ezam etdi. Burada onlar Hamlet Petrosyanın qrupu ilə birləşərək Şahbulağın Şimal hissəsində qazıntılara başladılar və qısa bir müddət sonra uydurma "Tiqranakerti" nəhayət ki tapdıqlarını xəbər verdilər. Lakin sonra daha bir biabırçı hadisə baş verdi. Məlum oldu ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər. [[Ermənilər]]in çaşqınlığı o yerə çatıb ki, nə etdiklərini unudaraq özlərinin xaç nümunələrini daşların üzərində deyil, alt oturacaqlarına (hörgünün arasına) qoyublar. Bütün bunların şahidi olan beynəlxalq ekspedisiya üzvləri sadəcə olaraq gülərək, qazıntını tərk etmişdilər.
[[2006]]-cı ilin yayında böyük sevinclə bütün ermənilər dünyaya yaymağa başladılar ki, [[Dağlıq Qarabağ]]ın [[Əsgəran]] rayonu ərazisində qazıntı zamanı guya erməni çarı [[Böyük Tiqran]]ın ([[Tiqran]] mənşəcə [[hay]] deyil,[[parf]] idi və bəzi tarixçilər [[parflar]]ı türk mənşəli hesab edirlər) yaşadığı şəhərin qalıqları tapılıb. Məlumat mətbuatda getdikdən sonra məlum oldu ki, Ermənistan alimləri ərazini dəyişik salıblar. Sözügedən ərazi [[Əsgəran]] rayonu yox, [[Ağdam rayonu]]nun [[Şahbulaq]] yaylağıdır. Bu "tapıntını" toya-bayrama çevirən Ermənistan rəhbərliyi hətta Azərbaycanın Şahbulaq yaylağının adını dəyişərək [[Tiqranakert]] adlandırmağa başladı. Halbuki, tarixçilər [[Tiqranakert]]i Azərbaycanda deyil, [[Şərqi Anadolu]]da lokalizə edirlər. [[II Tiqran]]ın birdən-birə [[Qarabağ]]da peyda olması xəbərinin az-çox tarixdən xəbəri olan adamlar nə qədər mənasız olduğunu anlayırlar. II Tiqran nəinki fiziki və coğrafi baxımdan, heç mənəvi baxımdan da Azərbaycanda ola bilməzdi. Ermənilərin öz əlləri ilə viran qoyduqları Ağdam rayonunun Şahbulaq yaylağının xarabalıqları arasında Tiqranı araşdırmaq üçün apardıqları arxeoloji qazıntılar ərazi etibarı ilə "Şahbulaq Qıfılı"" memarlıq abidələri kompleksini əhatə edir. Bu tarixi abidə haqqında məlumat isə çoxdan tarixi mənbə və ədəbiyyatlarda əks olunub. Tarixi mənbələrdə göstərilir ki, "Qarabağ xanı [[Pənahəli xan]] [[Ağdam şəhəri]]ndən 10 km aralıda indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray kompleksi tikdirməyi qərara alır. Bu saray [[Qarabağ xanlığı]]nın mənzil qərargahı, bir növ istirahət mərkəzi olmalı idi. Çox keçmədi ki, saray kompleksinin tikintisinə başlanıldı və tez bir zamanda yekunlaşdırıldı".
*Məqalə Faiq İsmayılovun şəxsi arxivindən götürülüb. O, abidələri Müdafiə Təşkilatı ictimai birliyinin sədridir.
== Həmçinin bax ==
* [[Şahbulaq məscidi]]
* [[Qarabağ xanlığı]]
* [[Pənahəli xan]]
== Xarici keçidlər ==
* [http://www.youtube.com/watch?v=PENAfitgLsg&feature=related - Tigranakert: An Armenian Odyssey - Erməni "arxeoloqlar" Şahbulaq qıfılı saray kompleksini necə məhv etdiklərini danışırlar.]
{{Qafqaz Albaniyası (məlumat qutusu)}}
[[Kateqoriya:Saraylar]]
[[Kateqoriya:Ağdam abidələri]]
[[Kateqoriya:Qarabağ xanlığı]]
[[Kateqoriya:Erməni terrorizmi]]
[[Kateqoriya:1751-ci ildə yarananlar]]
[[en:Tigranakert of Artsakh]]
[[es:Tigranakert (Artsaj)]]
[[fr:Tigranakert (Artsakh)]]
[[hy:Տիգրանակերտ (Արցախ)]]
[[nl:Tigranakert (Artsach)]]
[[ru:Тигранакерт (Арцах)]]
[[uk:Тігранакерт (Арцах)]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=2180139.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|