Revision 2180912 of "Qaraqoyunlular dövləti" on azwiki

{{Azərbaycan tarixi}}
'''Qaraqoyunlular''' ([[İngilis dili|ingiliscə]]: ''Kara Koyunlu'') - [[1410]]-cu ildən [[1468]]-ci ilə dək [[Azərbaycan|Şimali]] və [[Cənubi Azərbaycan]] ərazilərində müstəqil dövlət quran [[Oğuz]] türk-əsilli tayfa ittifaqı. 

== Tarixi ==
Qaraqoyunlu tayfa ittifaqının əsasını Qara Məhəmməd qoymuşdur. Qara Məhəmməd 1387-ci ildə Teymuru məğlub etdi.

Qaraqoyunlu sülaləsinin banisi [[Baharlı tayfası]]ndan olan Bayram Xoca olmuşdur. Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsası [[1380]] - [[1389]]-cu illərdə [[Qara Məhəmməd]] tərəfindən qoyulmuşdur. Qaraqoyunlu dövlətinin banisi isə [[Qara Yusif]] olmuşdur. [[Qara Yusif]] [[1406]]-ci ilin payızında Şənbi-Qazan döyüşündə [[Teymur Əbu Bəkr]]i məğlub etmiş, [[1408]]-ci ildə [[Sərdrud]] döyüşündə [[Miranşah]]ı məğlubiyyətə uğratmışdırlar. [[1410]]-cu ildə ikinci Şənbi-Qazan döyüşündə ona xəyanət etmiş keçmiş müttəfiqi Sultan Əhmədi məğlubiyyətə uğradaraq Cəlairilərin hakimiyyətinə son qoyur. [[1410]]-cu ildə Qaraqoyunlu dövləti yaranır. Dövlətin paytaxtı [[Təbriz]] şəhəri seçilir.

Şimalda [[Şirvanşahlar]] dövləti istisna olmaqla bütün [[Azərbaycan]], [[Ərməniyyə]], [[Kürdüstan]], [[Gürcüstan]]ın bir hissəsi, Qərbi [[İran]], [[İraq]] bu dövlətin tərkibinə daxil oldu.

[[1411]]-ci ildə Qara Yusif oğlu Pirbudağı taxta oturtdu. Bundan sonra Qaraqoyunlu dövləti müxtəlif vaxtlarda Teymurilərlə, Şirvanşahlarla müharibələr apardı. [[1467]]-ci ildə [[Uzun Həsən]] (Ağqoyunlu dövlətinin banisi) Qaraqoyunlu dövlətini məğlub etdi və onun varlığına son qoydu.

==Qaraqoyunlu Hökmdarları==

* [[Qara Məhəmməd]] (1380-1389)
* [[Qara Yusif]] (1390 – 1420)
* [[Qara Isgəndər]] (1420 – 1435, ölüm 1438)
* [[Cahan Şah]] (1435 – 1467)

== Həmçinin bax ==
*[[Ağqoyunlular]]
*[[Təbriz]]

== Mənbə ==
* [http://marketing.ucoz.org/load/2-1-0-13 R.F.SADIQOV, BUNU HƏR BİR AZƏRİ TÜRKÜ BİLMƏLİDİR]

[[Kateqoriya:Qaraqoyunlular]]

[[tr:Karakoyunlu Devleti]]