Revision 2195154 of "Erik Bana" on azwiki{{qaralama-az}}
{{Kino sənətçisi
|Peşəsi = [[Aktyor]]
|Şəkil = Eric Bana at the 2009 Tribeca Film Festival.jpg
|Şəkil məlumat=
|Şəkil miqyası = 186
|Adı = Erik Bana
|Tam adı = Erik Banadinoviç
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1968|8|9}}
|Doğum yeri =
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Rəsmi vebsaytı =
|IMDB = 0051509
}}
'''Erik Bana''' (d.'''Erik Banadinoviç'''; 9 Avqust 1968) [[Avstraliya]]lı televiziya və kino aktyoru.
[[Melburn]], Avstraliyada doğulan Bana, ''Mad Max'' (1979) filmini izlədikdən sonra aktyor olmağa qərar verdi. Karierinə komediya filmlərində və skeçlərdə rol alaraq başladı. Chopper (2000) adlı film ilə çıxış etdi. Bu filmdən sonra tv serialları və filmlərində rol alan Bana, ''Black Hawk Down''dakı (2001) ''Norm 'Hoot' Gibson'' və ''Hulk''dakı (2003) Brus Banner rolları ilə [[Hollivud]]un diqqətini çəkdi. Aktyor, [[Avstraliya və Okeaniya|Avstraliya qitəsinin]] ən məşhur kino və televiziya filmlərindən olan ''Chopper'', ''Full Frontal'' və ''Romulus, My Father'' <ref>[http://www.laurenbergman.com.au/eric_bana.htm "Biography"]</ref> adlı istehsallardakı performansı sayəsində mükafatlar qazandı. Həm yüksək büdcəli studiya filmlərində həm də aşağı büdcəli müstəqil filmlərdə oynayan Avstraliyalı aktyor romantik komediya, elmi fantastika və hərəkət filmlərində performansını sərgilədi. Bananın ən əhəmiyyətli işləri ''Black Hawk Down'' (2001), ''Hulk'' (2003), ''Troya'' (2004), ''Munich'' (2005), və ''Star Trek'' (2009) adlı istehsalları. Motor maraqlısı olan Bana, ilk avtomobili ''1974 XB Falcon Coupe'' ilə Avstraliyada müxtəlif yarışlara qoşulur. 21 Aprel 2007 tarixində bir qəza etdi. Bana və köməkçisi, qəzanı yaralanmadan sovuşdurdu. Bana, avtomobili ''1974 XB Falcon Coupe''un 25 illik keçmişini izah edən ''Love The Beast'' (2009) adlı sənədli filmdə rejissorluq etdi.
== Bioqrafiya ==
=== Uşaqlığı, gəncliyi və ailəsi ===
[[Şəkil: Eric Bana by David Shankbone.jpg | thumb | right | 200px | Erik Bana.]]
Eric Bana, [[Melburn]], [[Avstraliya]]da iki uşaqlı bir ailənin kiçik uşağı olaraq dünyaya gəldi. [[Xorvat]] mənşəli olan atası Caterpillar, Inc. şirkətində logistika idarəçisi idi. [[Alman]] mənşəli anası Eleanor isə qadın bərbəri idi. Bana, Melburnda olan və şəhərin qərbindəki bir şəhərətrafı bölgəsi olan aerodrom yaxınındakı Tullmarine şəhərində böyüdü. <ref> [http://www.tiscali.co.uk/entertainment/film/biographies/eric_bana_biog.html Eric Bana - Biography]. Tiscali Film & TV. Kecmə tarixi 15 Mart 2008. </ref>
Aktyorluq qabiliyyətini erkən yaşda göstərən Bana, altı-yeddi yaşlarında ailə üzvlərinin təqlidlərini edə bilirdi. İlk olaraq babasının gedişini, mimikalarını və səsini təqlid etməyə başladı. Məktəbdən, müəllimlərinin təqlidlərini etməsi üzündən atıldı.<ref>"Eric Bana". ''Marie Claire''. Mart 2002.</ref> Gənckən, [[Mel Gibson]]un oynadığı Mad Max (1979) adlı filmi izlədikdən sonra aktyor olmağa qərar verdi.<ref>Wills, Dominic [http://www.tiscali.co.uk/entertainment/film/biographies/eric_bana_biog.html Eric Bana - Biography] Tiscali Film & TV. Erişim tarihi 15 Mart 2008</ref> Yenə də Melburndakı Castle Hoteldə stand-up etməyə başlayana qədər bu peşəni ciddi olaraq düşünmədi. Bana, komedyenliğin özünə yetəcək qədər pul qazandırmadığını düşünərək burada barmenlik də etməyə başladı.
=== 1993-1997 ===
Bana, 1993-ci ildə Stiv Vizardın gecə yarısı proqramı ''Tonight Live''da səhnəyə çıxmağa başladı.<ref name="tis">[http://www.tiscali.co.uk/entertainment/film/biographies/eric_bana_biog.html Eric Bana - Biography]</ref> Bananın performansı prodüserlər tərəfindən bəyənilincə skeçlərdən ibarət olan komediya ardıcıllığı ''Full Frontal'' adlı nümayişi həm yazıb, həm də təqdim etməyə başladı. Proqramın göstərildiyi dörd il boyunca öz materiallarını və öz ailə fərdlərini əsas götürən hekayələri yazdı. Kolumbo, [[Arnold Şvartsenegger]], [[Silvestr Stallone]], və [[Tom Kruz]] təqlidləri Bananı proqramın tamaşaçıları arasında məşhur etdi. Bunlar Bananı 1996-ci ilə öz televiziya nümayişi olan ''Eric''ə apardı. Nümayiş, gündəlik hadisələrə yer verərkən ''Eric Bana Show''un başlaması üçün də bir yol açdı. Serialın senarisini Bana yazdı. Həcvlər və məşhur qonaqlara rəğmən tamaşaçı çəkmədə uğursuz olan serial səkkiz bölüm sonra aşağı reytinq səbəbiylə nəşrdən qaldırıldı. Buna rəğmən bu proqramdakı çalışması ilə Logie Mükafatlarında Ən Populyar Komediya Şəxsiyyəti mükafatını aldı.
Eyni il, Melburnda yeni bir [[aeroport]] qurulması üçün evlərinin dağılması məcburi olan, lakin buna müqavimət göstərən bir ailənin hekayəsinin izah edildiyi ''The Castle'' adlı filmdə köməkçi bir komediya rolu olan kickbox sevən mühasib Con Petropulos xarakteriylə rol aldı. Film gözlənilməz bir maliyyə müvəffəqiyyət əldə etdi və Avstraliyada 10.326.428 Avstraliya dolları qazandı.
=== 1997-2005 ===
1997-ci ildə drammatik rollardakı təcrübəsizliyinə rəğmən Endryu Dominikin ''Chopper'' adlı filmində rol almağı bacardı. Bu filmdə Avstraliyalı günahkar ''Chopper Read''i canlandırdı. Dominik layihə üstündə beş il işləməsinə rəğmən ''Read''i canlandıracaq aktyoru tapa bilməmişdi. Sonra rolu televiziyada izlədiyi Erik Banana verdi.<ref>Strickland, Christopher. "Director's Cut: Andrew Dominik's ''Chopper''". ''IF: Australia's Independent Film Magazine''. Temmuz 2000.</ref>
Rolu almaq üçün 4 həftə ərzində yemək yeyib kilo almağı qəbul edən Bana, saçlarını da kəsdirdi. Bundan başqa gerçək Read ilə görüş keçirib. Bədəninə döymə etdirdi.<ref>"Chopping & Changing". ''Who Weekly''. 22 Ekim 2001.</ref> Film üçün gətirilən yaş həddinə rəğmən Bananın performansı, Avstraliya və xaricindən müsbət şərhlər aldı. Amerikalı film tənqidçisi Rocer Ebert, Bananın performansı üçün "Mən, bir komediyaçı olan Erik Bananın gələcəkdə böyük bir ulduz olacağını düşünürəm. Bu performansı çox az sayda aktyor verə bilər. Heç bir aktyorluq məktəbinin öyrədə bilməyəcəyi bir qabiliyyətə sahib, gözünüzü ondan ala bilmirsiniz" deyə yazdı .<ref>Ebert, Roger. [http://rogerebert.suntimes.com/apps/pbcs.dll/article?AID=/20010601/REVIEWS/106010302/1023 Review of ''Chopper'']. RogerEbert.com. 1 Haziran 2001. Erişim tarihi 14 Haziran 2006</ref> Chopper filmi Avstraliyada maliyyə və tənqidi baxımdan uğurlu oldu. 2001-ci ildəki Avstraliya Film İnstitutu Mükafatlarında Ən Yaxşı Film nominasiyasına namizəd olarkən, Bana Ən Yaxşı Aktyor mükafatını qazandı. <ref>[http://en.wikipedia.org/wiki/Australian_Film_Institute_Awards İngiliscə Vikipediyada AFI Mükafatları siyahısı]</ref>.
[[Şəkil:Eric Bana 2 by David Shankbone.jpg | thumb | right | 200px | Bana, May 2007-də ''[[Lucky You]]'' filminin qalasında.]]
2001-ci ildə, rejissor Ridley Scott, Bananı yeni filmi ''Black Hawk Down''nın heyətinə qatdı. ''Chopper'' filmində Bananı çox bəyənən Scott aktyoru seçmələrə keçirmədən müqavilə imzalattı. <ref>Woods, Stacey. "First Buzz: The Incredible Hulk". ''Elle Magazine''. February 2002. </ref> Bana, Mogadishu, Somalidəki vəzifəsini tamamlamağa çalışan Birinci Sinif Çavuş Norm' Hoot 'Gibsonu canlandırdı. Aktyor filmin çəkilişlərinə başlamazdan əvvəl ''Chopper'' filmi üçün aldığı kiloları verdi və ağırlıq çalışdı. Delta Force operatoru Fort Bragdan atəş etmə təhsili aldı. Film müsbət tənqidlər ilə qarşılandı və [[Amerika Birləşmiş Ştatları|ABŞ]]-da nümayişə girdiyi ilk həftə ''Box Office'' siyahılarında ilk sıraya keçib liderliyi üç həftə qorudu. <ref>[http://www.rottentomatoes.com/m/black_hawk_down/numbers.php "Box Office and Rental History for Black Hawk Down"]. RottenTomatoes.com. Kecmə tarixi 2 İyul 2006. </ref>
Bananın sonrakı layihəsi aşağı büdcəli Avstraliya filmi ''The Nugget'' oldu. Bu komediya filmində Avstraliyanın işçi sinifindən olan bir vətəndaşı təsvir etdi. Bana, ona uşaqlığını xatırlatdığı üçün bu filmdə rol aldı.<ref>[http://www.ericbana-archives.com/Articles-2002-03.html The Incredible Rise of Eric Bana]. ''What's On Weekly''. Kecmə tarixi 31 May 2006.</ref> ''The Nugget''tan sonra ''Hulk'' adlı məşhur cizgi romandan uyğunlaşdırılan filmdə Brus Banneri canlandırması təklif edildi. Bana, filmin ssenarisi tamamlanmadan, ''The Ice Storm'' filmini bəyəndiyi Eng Li ilə çalışmaq üçün təklifi qəbul etdi.<ref>Mootram, James. "Making it Big". ''TNT Magazine''. 14 İyul 2003.</ref> Beləcə ''X-Men'' filmlərində rol alan Huğ Cekmandan sonra bir super qəhrəmanı canlandıran ikinci Avstraliyalı aktyor oldu. Bana, rolu "drama potensialı olması" və Eng Linin qeyri-adi bir super qəhrəman filmi çəkmək istəməsi" üzündən qəbul etdiyini söylədi. Bana ayrıca Sem Elliot və Nik Noltun sevdiyi aktyorlar olduğunu və filmdə onlarla birlikdə iştirak etməsinə çox sevindiyini bildirib. ''Hulk'' maliyyə və tənqidi baxımdan ümid edilən müvəffəqiyyəti təmin edə bilmədi. Lakin Erik Bananın aktyorluğu tərif yığdı.
== Filmoqrafiya ==
*1997 The Castle
*2000 Chopper
*2001 Black Hawk Down
*2002 The Nugget
*2003 Finding Nemo
*2003 Hulk
*2004 Troy
*2005 Munich
*2007 Lucky You
*2008 The Other Boleyn Girl
*2009 Mary and Max
*2009 Love the Beast
*2009 Star Trek
*2009 The Time Traveler's Wife
*2009 Funny People
*2011 Hanna
== İstinadlar ==
<references/>
{{aktyor-qaralama}}
{{Link FM|en}}
{{Link FM|th}}
{{Link FM|tr}}
[[ar:إريك بانا]]
[[bg:Ерик Бана]]
[[ca:Eric Bana]]
[[cs:Eric Bana]]
[[da:Eric Bana]]
[[de:Eric Bana]]
[[el:Έρικ Μπάνα]]
[[en:Eric Bana]]
[[eo:Eric Bana]]
[[es:Eric Bana]]
[[et:Eric Bana]]
[[eu:Eric Bana]]
[[fa:اریک بانا]]
[[fi:Eric Bana]]
[[fr:Eric Bana]]
[[gl:Eric Bana]]
[[he:אריק באנה]]
[[hr:Eric Bana]]
[[hu:Eric Bana]]
[[id:Eric Bana]]
[[it:Eric Bana]]
[[ja:エリック・バナ]]
[[ko:에릭 바나]]
[[lv:Ēriks Bana]]
[[nl:Eric Bana]]
[[no:Eric Bana]]
[[pl:Eric Bana]]
[[pt:Eric Bana]]
[[ru:Бана, Эрик]]
[[sh:Eric Bana]]
[[si:එරික් බැනා]]
[[simple:Eric Bana]]
[[sl:Eric Bana]]
[[sr:Ерик Бана]]
[[sv:Eric Bana]]
[[th:อีริก บานา]]
[[tr:Eric Bana]]
[[uk:Ерік Бана]]
[[zh:艾瑞克·巴納]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=2195154.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|