Revision 2202816 of "Green Baku (Yaşıl Bakı)" on azwiki

'''Qrin Baku''' ({{lang-en|''Green Baku''}}) - əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökümət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır.

== Qurulma tarixi ==
Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-ci il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib.

== Əsas fəaliyyət ==
Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökümət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir. 2010-cu ildə Xəzər sahili üzrə keçirilmiş aksiyalar nəticəsində 15 ton məişət tullantısı yıǧılmışdır. Aksiya iştirakçılarının sayı heç vaxt qırxdan artıq olmayıb.

== Yardımçı fəaliyyəti ==
Təşkilatın mövcud olduǧu müddət ərzində könüllülər kimsəsiz uşaqlara və qaçqınlara dəstək məqsədilə bir neçə humanitar aksiya keçiriblər. 2 Noyabr 2010-cu ildə isə təşkilat nümayəndələri Ekologiya və Təbii Sərvətlər naziri Hüseyinqulu Baǧırovun qəbulunda olublar. Görüş nəticəsində "Green Baku" təşkilatı yerli aksiya və layihələrə cəlb edilib. Bakı icra hakimiyyətinin yazılı qərarı ilə ərazisində təmizlik aksiyası aparılan bələdiyyələr təşkilatı lazımi texnika və avadanlıqla təmin etməlidilər.

== Təşkilat və rəhbərlik ==
Təşkilatın nizamnaməsi heç bir siyasi aksiya və çıxışa yol vermir, ətraf mühiti çirkləndirən insanlara qarşı aqressiv münasibəti yaxşı qarşılamır. Fəal könüllülər öz aralarında vəzifələrini bölüşdürməklə yanaşı üç ay müddətliyinə liderlərini də seçirlər. 2011-ci ilin əvvəllərində təşkilata 1150 nəfər üzv olur. Bütün üzvlər aksiyalarda könüllü olaraq və ödənişsiz iştirak edirlər.

* Qrupun lideri (hər üç aydan bir seçilir) - Aydın Hüseyinov
* Maaliyyəçilər - Ləman Əliyeva və Leonid Dobin
* Sayt və forumun dəstəyi-Elvin Dəmirov(həmçinin təşkilatın qurulma ideyasının müəllifi) və Valeriya Qarber
* Dizayn-Cəmil Aslanov

== Aksiyalar ==
* 5 Sentyabr 2010-cu il-"Tullantılarsız Abşeron sahili-Hövsan1"
* 25 Sentyabr 2010-cu il-"Tullantılarsız Abşeron-Sumqayıt"
* 26 Sentyabr 2010-cu il-"Tullantılarsız Abşeron sahili-Hövsan2"
* 10 Oktyabr 2010-cu il-"Velosipedçilərin şəhəri"
* 10 Oktyabr 2010-cu il-"Plastik ovu"
* 10 Oktyabr 2010-cu il-"Botanika baǧı"
* 5 Dekabr 2010-cu il-"Tullantılarsız Abşeron sahili-Bilgəh"
* 5 Dekabr 2010-cu il-"Tullantılarsız Abşeron sahili-Şıx çimərliyi"
* 21 Dekabr 2010-cu il-"Təmiz küçə-Təmiz vətən"-23 saylı məktəb"
* 26 Mart 2011-ci il-"Earth Hour"
* 15 May 2011-ci il-"Let`s Do It"
* 17 Sentyabr 2011-ci il-"Seç.Təmizlə.Fərqi hiss et"

== Tənqidi yanaşma ==
Fəalların bəzisi təşkilatın hökümətə və ətrafı bulayan sakinlərə qarşı yumşaq siyasətinə tənqidi yanaşır. İlk aksiyaların bəzi iştirakçıları "başqalarının tökdüyünü mən yıǧışdırmayacam" tipli ifadələrlə növbəti aksiyalara gəlməkdən imtina ediblər. Bu fikri,həmçinin dövlətə təzyiq və ətrafı çirkləndirən sakinlərə qarşı aqressiv münasibətin tətbiq edilməsi ilə vəziyyətin yaxşılaşacaǧını düşünən iştirakçılar da dəstəkləyir. İştirakçıların əksəriyyəti rus dilindən istifadə etdiyinə görə bir çox azərbaycandilli könüllülər tədbirlərdə iştirak edə bilmirlər.

== Maraqlı faktlar ==
Mövcud olduǧu muddət ərzində təşkilat bir neçə dəfə ad dəyişmişdir:
* "Birlikdə biz Bakını təmizləyəcəyik!"
* "Biz Bakını təmizləyəcəyik!"
* "Təmiz şəhər"
* "Green Baku"

[[Kateqoriya:Azərbaycan təşkilatları]]
[[Kateqoriya:Ekologiya]]

[[ar:غرين باكو]]
[[ru:Грин Баку]]
[[uz:Grin Baku]]