Revision 2212165 of "Ramazan Lənkərani" on azwiki{{Alim
|Şəkil =
|Şəkil məlumat=
|Şəkil miqyası = 300
|Adı = RAMAZAN LƏNKƏRANİ
|Tam adı = Ramazan ibn Şeyx Əli Lənkərani
|Digər adları =
|Doğum tarixi = ?
|Doğum yeri = [[Lənkəran]]
|Vəfatı = ?
|Vəfat yeri = ?
|Vəfat səbəbi =
|Rəsmi vebsaytı =
|IMDB =
}}
Məşhur alim - həkim Ramazan ibn Şeyx Əli Lənkərani öz dövrünə görə orijinal tibbi görüşləri əks etdirən "Fərruxnamə Camali" adlı risalənin müəllifidir.
Lənkarani haqqında bioqrafik məlumatlar saxlanmamışdır. Bircə o məlumdur ki, Ramazan Lənkərani [[Lənkəran]]da tanınmış ilahiyyatçı ailəsində doğulub. Onun "Fərruxnamə Camali" adlı tibb risaləsi İ. K. Əfəndiyev tərəfindən təhlil edilmişdir. Bu əsər [[1409]]-cu ildə [[ərəb dili]]ndə yazılıb. [[1594]]-cü ildə tanınmış lənkəranlı həkim [[Məhub Əli ibn Əhmədi Lənkərkərani]] həmyerlisinin həmin əsərini [[fars dili]]nə tərcümə etmişdir. Tərcüməçilik fəaliyyəti ilə məşhur olan Əli Nəqi adlı bir şəxs əsərin əlyazmasını saxlamışdır. "Fərruxnamə Camali" əsərində başlıca olaraq, təbabət təcrübəsində istifadə olunan üsullar, üzvi və qeyri-üzvi maddələrin orqanizmə təsiri haqda danışılır, diaqnostika üzrə qısa məsləhətlər verilir. Əfəndiyevin qeyd etdiyi kimi, birinci fəsildə Ramazan Şeyx Əli Lənkərani süd, ilik, mədə, qara ciyər və böyrəyin mualicəvi təsirindən danışır, bədən üzvlərinin terapiyasından bəhs edir. Özü də bu zaman o, müxtəlif heyvan və quşların ayrı-ayrı orqanlarının müalicəvi tə'sirini fərqləndirir. İkinci fəsildə bitkilərdən düzəldilən dərmanlar sadalanır. Burada müəllifin yeniliyi yabanı bitkilərin özlərindən daha artıq onların köklərindən dəmlənmiş mayelərə üstünlük verməsidir. Üçüncü fəsildə xalq təbabətində mühüm yer tutan mineral müalicə vasitələrinin icmalı verilir.Tərcüməçi və şərh ustası kimi bu əsərdən nəticə çıxaran Məhub Əli ibn Əhməd Lənkərkarani sonradan təbabətə dair ədəbiyyatda "Azərbaycan palçığı" adlandırılan auripiqmentdən ilk dəfə bədəndəki tükləri çıxarmaqdan ötrü istifadə edir. O, həmçinin çoxdan yaddan çıxmış Azərbaycan sabununu - gilabini də yenidən məişətə qaytarır. Bunlar uzun zaman xaricə ixrac olunmuş və ticarətdə böyük səmərə vermişdir. Qeyd etmək lazımdır ki, [[auripiqment]] hələ [[Atropatena]] dövründən məlum olsa da müstəsna olaraq, dəri-zöhrəvi xəstəliklər sahəsində istifadə olunurdu, gilabi isə təbii sabun sayılaraq, gigiyenik əhəmiyyət daşıyırdı.
== Xarici keçidlər ==
* Azərbaycan Tarixi Portalı :[http://www.history.az/pdf.php?item_id=20100105062810846&ext=rar Каджар Чингиз. Выдающиеся сыны древнего и средневекового Азербайджана. — Баку, издательство «Азербайджан» - 370146, Метбуат проспекти, 520-й квартал., издательство "Эргюн", 1995. - 392 с.]{{ru}}
== Həmçinin bax ==
*[[Lənkəran]]
[[Kateqoriya:Azərbaycanlı din adamları]]
[[Kateqoriya:Lənkəranda doğulanlar]]
[[Kateqoriya:Azərbaycanlı alimlər]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=2212165.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|