Revision 2213593 of "Beynəlxalq ədalət məhkəməsi" on azwiki

{{qaralama}}

'''Beynəlxalq Ədalət Məhkəməsi''' — Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı (BMT Nizamnaməsinin 92-ci maddəsinə görə). 

Bu orqan 1945-ci ildə təsis edilməsinə baxmayaraq 1946-cı ildən Daimi Beynəlxalq Ədalət Məhkəməsini (ing. Permanent Court of International Justice). Bu məhkəmə Millətlər Cəmiyyəti tərfindən 1922-ci ildə yaradılıb və 1946-cı ilə kimi fəaliyyət göstərib. İlk sədri [[Bernard Loder]] ([[Hollandiya]]), son sədri isə [[José Gustavo Guerrero]] (Salvador) olub.) əvəz edərək fəaliyyətə başlayıb. Onun təsis edilməsi [[Birləşmiş Millətlər Təşkilatı|BMT]] Nizamnaməsinin 33-cü maddəsinin 1-ci bəndinin beynəlxalq mübahisələrin həllində barış vasitəsi kimi məhkəmə təhqiqatının mümkünlüyünü nəzərə alan hissəsinin həyata keçirilməsi deməkdir. Beynəlxalq Məhkəmənin Statutu (bundan sonra stutut) BMT Nizamnaməsinin ayrılmaz hissəsi olan XIV fəsli ilə birlikdə Vaşinqtonda Hüquqşünaslar Komitəsində Dumbarton-Oks konfransında (1944-cü il) və 1945-ci ildə San-Fransisko konfransında işlənib hazırlanmışdır.Bu orqanın mərkəzi Hollandiyanın [[Haaqa]] şəhərindəki Sülh Sarayında yerləşir. Əlavə olaraq qeyd etmək istərdik ki, Beynəlxalq Məhkəmə bu Sarayı Haaqa Beynəlxalq [[Hüquq]] Akademiyası ilə bölüşür. Hətta hal-hazırki Beynəlxalq Məhkəmə hakimlərinin bəziləri bu akademiyanın məzunlarıdır. 

Beynəlxalq Məhkəmədə iki rəsmi dildən istifadə olunur. Bunlar [[Fransız dili|fransız]] və [[İngilis dili|ingilis]] dilləridir.

== Beynəlxalq Məhkəmənin təşkili və tərkibi ==

Beynəlxalq [[Məhkəmə]] vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmə [[hakim]]ləri əsasən BMT-ə üzv dövlətlər arasından seçilir, amma yalnız Statutuna üzv olan dövlətlər də Baş Assambleyanın qərarı ilə öz hakimliyə namizədlərini irəli sürə bilərlər. BMT-in Baş Assambleyası və BMT-in [[Təhlükəsizlik Şurası]] 15 hakimi ayrı-ayrılıqda müstəqil şəkildə seçir. Hakimliyə nazmizədlər həm Baş Assambleyada, həm də Təhlükəsizlik şurasında birgə topladıqları səs sayına görə hakim seçilirlər.Əgər bir dövlətin bir neçə namizədi çox səs toplayıbsa, onların ən yaşlısı hakim seçilir. Hər bir hakim ayrı-ayrı ölkənin vətəndaşı olmalıdır, yəni bir dövləti eyni vaxtda iki hakim təmsil edə bilməz. Seçim zamanı namizədlərin təkcə göstərilən tələblərə uyğunluğu deyil, həm də onların hansı hüquq sistemini təmsil etməsi də nəzərə alınır.

Seçilmiş bu hakimlər öz hüquqlarından 9 il müddətində istifadə edə bilərlər.Yəni hakimlər 9 illiyinə seçilirlər.Hakimlərin 9 illik seçilməyinə baxmayaraq, seçkilər hər üç ildə bir keçirilir və hər seçkidə 5 köhnə hakimi yeniləri əvəz edir. Statut hakimlərə yenidən seçilmək hüququ da verir. Seçilən hər bir hakim diplomatik toxunulmazlığa malik olur və elmi, pedeqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir işlə məşğul ola bilməzlər. 

Hakimin səlahiyyətlərinə xitam iki halda verilir:
1) Hakim öz istəyi ilə istefa verdikdə;
2) Beynəlxalq Məhkəmə tərəfindən səlahiyyətlərinə xitam verildikdə;
3) Səlahiyyət müddəti bitdikdə.

1960-cı ildən bu günə kimi Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördü hər zaman Beynəlxalq Məhkəmədə təmsil olunub. Bunlar [[Amerika Birləşmiş Ştatları|ABŞ]], [[Fransa]], [[Rusiya]] və Böyük Britaniyadır. Təhlükəsizlik Şurasının daimi üzvlərindən yalnız hazırki [[Çin]] Xalq Respublikasını (1971-ci ilə kimi Çin Respublikası) bu siyahıya daxil edə bilmirik. Çünki ÇXR 1967-1985-ci illər arası Birləşmiş Millətlər təşkilatına namizət təqdim etməyib.

Məhkəmə yenidən seçilmək hüququ ilə sədri və vitse-sədri üç illiyə seçir. Seçkilər gizli səsvermə yoluyla mütləq çoxluq prinsipi əsasında həyata keçirilir. [[Məhkəmə]] yenidən seçilmək hüququ ilə mütləq səs çoxluğu və gizli səsvermə yoluyla yeddi il müddətinə öz katibini seçir. Bu qayda ilə də katibin müavini seçilir.
Məhkəmə katibinin funksiyaları çox genişdir və məhkəmənin Statut və reqlamentində müfəssəl təsbit olunub. Məhkəmənin katibliyinin fəaliyyəti dörd sahədə həyata keçirilir:
- məhkəmə işi, məsələn, müxtəlif məhkəmə və tarixi ilk olaylara aid sənədlərin, qanunvericilik və saziş mətnlərinin və eləcə də hüquqşünasların rəylərinin yığılması; 
- diplomatik iş, o sıradan məhkəmənin adından müxtəlif xəbərlərin hazırlanması; 
- inzibati və maliyyə işi (məsələn, işçi heyətə, otaqlara, büdcənin hazırlanmasına və s. aid məsələlər);
- dilçilik işi – müxtəlif sənədlərin redaktəsi və tərcüməsi üzrə işlərin icrası

== Beynəlxalq Məhkəmənin ümumi xüsusiyyətləri ==

Beynəlxalq Məhkəmənin mərkəzi Hollandiyanın Haaqa şəhəridir, ancaq hakimlərin razılğı ilə başqa bir yerdə də toplantı keçirilə bilər. 

Beynəlxalq Məhkəmənin səlahiyyətləri ancaq dövlətlər arasındakı mübahisələrə aiddir. Məhkəmə adi şəxslərlə dövlət arasındakı və əlbəttə, adi şəxslər arasındakı mübahisələrə baxa bilməz. Və hətta dövlətlər arasındakı mübahisələrə də bütün tərəflərin razılığı ilə baxıla bilər. Beləliklə, məhkəmənin səlahiyyəti dövlət üçün məcburi yox, ancaq fakültətivdir. Məhkəməyə fakültətiv səlahiyyətin verilməsi qərarı San-Fransiskodakı konfransın 4-cü komissiyasının birinci komitəsində məhkəmə üçün məcburi səlahiyyətin çoxsaylı tərəfdarları ilə olduqca gərgin mübarizədən sonra səs çoxluğu ilə (31-ə qarşı 14) qəbul edilmişdir.
Dövlətlərin mübahisələri məhkəməyə fakültətiv xarakterli həll üçün vermələri xüsusi olaraq özünü onda biruzə verir ki, Beynəlxalq Məhkəmənin statutunun 36-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq "tərəflərin məhkəməyə təqdim etdikləri bütün işlər onun səlahiyyətinə aiddir…". Fəqət statutun üzvü olan dövlətlər işlərin müəyyən kateqoriyaları üzrə məhkəmənin səlahiyyətini özləri üçün qəbul edə bilərlər. 

Beynəlxalq Məhkəmənin statutunda onun məcburi yurisdiksiyasının tanınması üçün bir neçə variant təsbit edilib. Belə ki, dövlət məcburi yurisdiksiya barədə maddələr olan müvafiq bəyanatla çıxış edə bilər, yaxud ikitərəfli beynəlxalq sazişin iştirakçısı ola bilər. Belə sazişlərə sülhməramlı sazişlər, sülh və əməkdaşlıq haqqında, təbii ehtiyatların müştərək istismarı haqqında, dəniz hövzələrinin bölüşdürülməsi haqqında və digər sazişlər aiddir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası barədə klauzula çoxtərəfli sazişlərin və ən əvvəl universal beynəlxalq sazişlərin çoxsaylı qruplarının da tərkibində vardır. Bir çox dövlətlər bu sazişlərin iştirakçılarıdır.

Beləliklə, Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası saziş layihəsində dövlət tərəfindən ya tamamilə, ya hər hansı bir şərtlə, ya da beynəlxalq mübahisələrin konkret kateqoriyaları üzrə qəbul edilir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasının tanınmasında şərtlərin geniş tətbiq edilməsi onun fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə daraldır.

Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası dövlətlərin bəyanatları ilə yanaşı, beynəlxalq münasibətlərin bəzi spesifik sahələrini tənzimləyən bir sıra beynəlxalq konvensiyalarda da nəzərdə tutulmuşdur. Bir qayda olaraq, onlarda bu konvensiyaların şərhinə və tətbiqinə aid olan mübahisələrin təhqiqat üçün məhkəməyə verilmə qaydları və şərtləri çox ciddi qeyd olunur. Misal kimi 1961-ci il diplomatik əlaqələr haqqındakı Vyana konvensiyasına mübahisələrin məcburi həlli barədəki fakültətiv protokola müraciət etmək olar. Protokolun I maddəsində deyilir: "Konvensiyanın şərhi və ya tətbiqi üzrə mübahisələr Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasına aiddir və bu protokolun iştirakçısı olan hər bir dövlətin mübahisəyə aid ərizəsi üzrə müvafiq olaraq bu məhkəməyə təqdim oluna bilərlər". 

Beləliklə, BMT-nin Beynəlxalq Məhkəməsinin məcburi yurisdiksiyasının tanınmasının aşağı səviyyədə olmasına baxmayaraq bir sıra hallarda ona kifayət qədər geniş səlahiyyətlər verilir ki, bu da məhkəmənin dövlətlərarası mübahisələrin həllində böyük potensial imkanlara malik olduğuna dəlalət edir. Əgər hər hansı bir dövlət heç bir hüquqi əsas olmadan Beynəlxalq Məhkəmənin çıxardığı qərarı yerinə yetirmirsə, bu zaman BMT-in Təhlükəsizlik Şurası adekvat tədbirlər həyata keçirə bilər. 

Ümumən, qəbul edilmiş bir qaydaya müvafiq olaraq iddiaçı dövlət təqdim olunmuş mübahisənin mahiyyəti üzrə baxılması üçün məhkəmənin səlahiyyətini əsaslandırmalıdır. Bundan əlavə, mübahisənin mövcudluğu faktının və onun hüquqi təbiətinin sübuta yetirilməsi öhdəliyi də elə bu dövlətin üzərinə qoyulur. Bu maddənin pozulması iddianı mənasızlaşdırır və beləliklə də, BMT-nin Beynəlxalq Məhkəməsinin yurisdiksiyasının tətbiqini mümkünsüz edir. 

Məhkəmə özünün məhkəmə funksiyalarından əlavə ixtiyari təşkilatın (belə sorğuları etmək üçün BMT-nin Nizamnaməsi ilə və ya ona müvafiq olaraq müvəkkil təyin olunmuş) sorğusu üzrə ixtiyari hüquqi məsələ üzrə məsləhət arayışı vermək hüququndadır. Beynəlxalq Məhkəmənin məsləhət arayışı ancaq beynəlxalq hakimlərin beynəlxalq hüququn bu və yaxud digər məsələsi üzrə rəylərinin ifadəsidir. Bu məcburi xarakter daşımır və Beynalxalq Məhkəməyə məsləhət arayışı üçün müraciət etmiş orqanı heç cürə məhdudlaşdırmır.

Çoxlu sayda konvensiya və sazişlər mövcuddur ki, onlara müvafiq olaraq dövlətlər gələcəkdə məhkəmənin yurisdiksiyasını tanıyacaqlarını öhdələrinə götürürlər. Bunlara aiddir: iki dövlət arasında yaranacaq mübahisələrin hamısına və ya bəzi kateqoriyalarına aid olan ikitərəfli sazişlər, mübahisələrin bir və ya daha çox kateqoriyalarına aid olan çoxtərəfli konvensiyalar və sair (statutun 36-cı maddəsinin 1-ci bəndi və 37-ci maddəsi). Beynəlxalq Məhkəmə bəzi məhdudiyyətlərlə eləcə də beynəlxalq təşkilatların qərarlarının qanuniliyi üzərində dolayısı nəzarəti həyata keçirə bilər, apelyasiya instansiyası rolunda çıxış edə bilər və beynəlxalq inzibati tribunalların qərarlarının yenidən baxılması üzrə arayış çıxara bilər.

Statutun 38-ci maddəsinə müvafiq olaraq Beynəlxalq Məhkəmə öz qərarlarında aşağıdakılara əsaslanır:
a) beynəlxalq konvensiyalar və sazişlərə;
b) beynəlxalq ənənəyə;
c) hüququn mədəni millətlər tərəfindən qəbul edilmiş ümumi prinsiplərinə; 
d) hüquq normalarını müəyyənləşdirmək üçün yardımçı vəsait kimi məhkəmə qərarları və ən görkəmli mütəxəssislərin doktrinalarına.

Bundan əlavə tərəflərin razılığı olarsa məhkəmə işi formal qanun üzrə yox, ədalətlilik prinsiplərinə uyğun (yəni ex aequo et bono) həll edə bilər.

Beynəlxalq Məhkəmə əsasən aşağıdakı məsələlərə baxır: (Statut 36.2)
-	Hər hansı bir bəyamnamənin təfsiri;
-	Beynəlxalq hüquqla əlaqədar hər bir məsələ;
-	Beynəlxalq öhdəliyə zidd bir hərəkətin gətirdiyi hər növ zərər ilə əlaqədar məsələlər
- 	Hər hansısa bir məsələnin Beynəlxalq Məhkəmənin səlahiyyətləri çərçivəsində olub olmaması ilə əlaqədar yaranan ziddiyəti yalnız Beynəlxalq Məhkəmə həll edir. 

BMT-in Beynəlxalq Məhkəməsində hər iş, bir qayda olaraq, iki mərhələdən – yazılı və şifahi mərhələdən keçir. Yazılı mərhələ adətən bir neçə ay davam edir, çünki hər tərəfdən uyğun yazılı izahatların – memorandumların təqdimatı tələb olunur. Bir qayda olaraq, iş iki dövlətin razılığının (məhkəmədə işin araşdırılması haqqında barışığın) məhkəməyə verilməsi ilə başlanır. Əgər dövlət məhkəmənin səlahiyyətinə tabe olacağı barədə öz üzərinə öhdəlik götürübsə iddiaçı dövlət tərəfindən birtərəfli yazılı müraciət ilə ona qarşı iş qaldırıla bilər.

İş məhkəmədə dinlənilməyə hazır olduqda şifahi təhqiqat başlanılır. Bu mərhələ adətən bir neçə gün (nadir hallarda bir neçə həftə) çəkir. Tərəflər nümayəndələri vasitəsilə çıxış edirlər və qəyyumların və vəkillərin köməyindən istifadə edə bilərlər. Belə təhqiqatdan sonra məhkəmənin bağlı iclası keçirilir. Açıq iclasda isə ancaq məhkəmənin qərarı elan edilir. Qərar hakimlərin sadə səs çoxluğu ilə qəbul olunur, səslər bərabər olarsa sədr həlledici səsə malikdir.

Beynəlxalq Məhkəmə işlərin daha tez həlli üçün tərəflərin razılığı nəticəsində 5 nəfərdən ibarət dairə yarada bilər (Statut, 29. Maddə). 1993-cü ildə Statutun 26.1 Maddəsinə görə ətraf mühitlə əlaqədar işlərə baxılması üçün xüsusi dairə yaradilib. Buna baxmayaraq bu dairə indiyə kimi heç bir işə baxmayıb.




== Xarici keçidlər ==
* [http://www.icj-cij.org Lahə ədalət məhkəməsinin rəsmi sayti]

[[Kateqoriya:Hüquq]]

[[an:Cort Internacional de Chusticia]]
[[ar:محكمة العدل الدولية]]
[[arz:محكمة العدل الدوليه]]
[[bat-smg:Tarptautėnis Teisėngoma Teismos]]
[[be:Міжнародны суд ААН]]
[[be-x-old:Міжнародны Суд ААН]]
[[bg:Международен съд]]
[[bn:আন্তর্জাতিক ন্যায়বিচার আদালত]]
[[br:Lez-varn Etrebroadel]]
[[bs:Međunarodni sud pravde]]
[[ca:Cort Internacional de Justícia]]
[[cs:Mezinárodní soudní dvůr]]
[[cy:Llys Cyfiawnder Rhyngwladol]]
[[da:Den Internationale Domstol]]
[[de:Internationaler Gerichtshof]]
[[el:Διεθνές Δικαστήριο της Χάγης]]
[[en:International Court of Justice]]
[[eo:Internacia Kortumo]]
[[es:Corte Internacional de Justicia]]
[[et:Rahvusvaheline Kohus]]
[[eu:Nazioarteko Justizia Auzitegia]]
[[fa:دیوان بین‌المللی دادگستری]]
[[fi:Kansainvälinen tuomioistuin]]
[[fiu-vro:Riikevaihõlinõ Kohus]]
[[fr:Cour internationale de justice]]
[[frp:Cort entèrnacionâla de justice]]
[[fy:Ynternasjonaal Gerjochtshof]]
[[gl:Tribunal Internacional de Xustiza]]
[[he:בית הדין הבינלאומי לצדק]]
[[hi:अंतर्राष्ट्रीय न्यायालय]]
[[hif:International Court of Justice]]
[[hr:Međunarodni sud]]
[[hu:Nemzetközi Bíróság]]
[[hy:Արդարադատության միջազգային դատարան]]
[[id:Mahkamah Internasional]]
[[is:Alþjóðadómstóllinn]]
[[it:Corte Internazionale di Giustizia]]
[[ja:国際司法裁判所]]
[[jv:Mahkamah Internasional]]
[[ka:გაეროს საერთაშორისო სასამართლო]]
[[kk:БҰҰ-ның халықаралық соты]]
[[kn:ಅಂತರರಾಷ್ಟ್ರೀಯ ನ್ಯಾಯಾಲಯ]]
[[ko:국제 사법 재판소]]
[[krc:БМО-ну Халкъла арасы сюдю]]
[[la:Iudicium inter Civitates]]
[[lt:Tarptautinis Teisingumo Teismas]]
[[lv:Starptautiskā tiesa]]
[[mk:Меѓународен суд за правда]]
[[ml:അന്തർദേശീയ നീതിന്യായ കോടതി]]
[[mr:आंतरराष्ट्रीय न्यायालय]]
[[ms:Mahkamah Keadilan Antarabangsa]]
[[my:အပြည်ပြည်ဆိုင်ရာ တရားရုံး]]
[[ne:अन्तरराष्ट्रीय न्यायालय]]
[[new:इन्टरन्यासनल कोर्ट अफ जस्टिस]]
[[nl:Internationaal Gerechtshof]]
[[nn:Den internasjonale domstolen]]
[[no:Den internasjonale domstolen]]
[[oc:Cort Internacionala de Justícia]]
[[pl:Międzynarodowy Trybunał Sprawiedliwości]]
[[pnb:عالمی عدالت]]
[[pt:Tribunal Internacional de Justiça]]
[[ro:Curtea Internațională de Justiție]]
[[ru:Международный суд ООН]]
[[rue:Міджінародный суд]]
[[sh:Međunarodni sud pravde]]
[[simple:International Court of Justice]]
[[sk:Medzinárodný súdny dvor]]
[[sl:Meddržavno sodišče OZN]]
[[sq:Gjykata Ndërkombëtare e Drejtësisë]]
[[sr:Међународни суд правде]]
[[su:Mahkamah Internasional]]
[[sv:Internationella domstolen i Haag]]
[[sw:Mahakama Kuu ya Kimataifa]]
[[ta:அனைத்துலக நீதிமன்றம்]]
[[te:అంతర్జాతీయ న్యాయస్థానం]]
[[th:ศาลยุติธรรมระหว่างประเทศ]]
[[tl:Pandaigdigang Hukuman ng Katarungan]]
[[tr:Uluslararası Adalet Divanı]]
[[uk:Міжнародний суд]]
[[ur:بین الاقوامی عدالت انصاف]]
[[vi:Tòa án Công lý Quốc tế]]
[[war:Kanasoran nga Hukmanan han Katadungan]]
[[yi:אינטערנאציאנאלע געריכט פון יוסטיץ]]
[[zh:国际法院]]
[[zh-min-nan:Kok-chè Su-hoat Hoat-īⁿ]]