Revision 2351847 of "Qonrul" on azwiki

'''Qonrul''', '''Kongrul''', ''' Konkrul''' - [[türk mifologiyası]]nda fövqəltəbii xüsusiyyətlərə malik olan  olan qırmızı rəngli nəhəng [[quş]].  Adını rəngindən alır, öümsüzlüyü və yenidən dirilmə qabiliyyəti ilə fərqlənir. [[Əfsanə]]yə görə hər gün yenidən doğulur. Digər bir çox dünya xalqlarının mifologiyalarında müxtəlif adlarla mövcuddur. Məsələn, Anka, Simurq, Phoenix və s.

Kongrul quşu digər [[xalq]]ların əfsanələrindəki Zümrüd quşu ilə bir çox bənzər xüsusiyyətləri vardır, hətta zaman-zaman [[əfsanə]]yə o [[mifologiya]]lardan əlavələr də edilmişdir . Məsələn, [[İran]] mədəniyyətindəki Zümrüd quşunun xüsusiyyətləri tamamilə bu quşa köçürülmüşdür. Ancaq türk mifologiyasındakı bu quşun digər mifologiyalardakı bənzərlərdən ən əhəmiyyətli fərqi, bənzərinin, hətta əkizinin olmasıdır. Kongrul quşu Toğrul quşu ilə birlikdə xatırlanır. Hər ikisi də Zümrüd quşunun bütün xüsusiyyətlərini saxlayarlar. 

Kongrul və Toğrul, ikibaşlı [[qartal]] olan [[Öksökö]]nün hələ bütünləşməmiş, ayrı forması olaraq da tarixin dərinliklərində ortaya çıxmış hesab edilirlər. Lakin ad və xüsusiyyət olaraq Öksöködən fərqli canlılardır. Bir əfsanəyə görə [[Toğrul]] quşu monqollara, Konrul quşu isə [[türk]]lərə işarədir. Quş iki aləmi, [[yer]]i və [[göy]]ü bir-birindən ayıran sərhədə qədər gedə bilər və bu səbəblə o sərhədi keçə bildiyi də düşünülür.

[[Dimdik|Dimdiyi]] çox uzundur və üzərində minlərlə dəlik olan bir [[qaval]] kimi səs çıxarır. O oxuyanda digər quşlar susub onu dinləyirlərr. Səsinin əks-sədası [[min]], [[on min]] ədəd quşun səsi kimi çıxır. Günlərlə fasiləsiz oxuduqdan  sonra yanmağa başlayır və sonra [[kül]]lərindən yenidən doğulur. Rreinkarnasiya motivi [[fars]], Hind-İran, [[ərəb]] və [[Avropa]] mədəniyyətlərinə də aiddir).

== Etimologiya ==
Kon/Qon kökündən törəmişdir. Qonur sözü ilə eyni mənaları daşəyər. Qonur isə tünd [[qırmızı]], qəhvəyi deməkdir. Qonmaq sözünü də ifadə edir,  məğrurluk bildirir. Türkcə, monqolca və tunguscada ortaq bir kök olub, hamısında da bu kökdən törəyən rənglər kiçik fərqlərlə tünd qəhvəyi, tünd qırmızı kimi rəngləri ifadə etmək üçün istifadə edilir.

== Mənbə ==
* [http://tr.wikipedia.org/wiki/Dosya:TurkSoylenceSozlugu.pdf Türk Söylence Sözlüğü, Deniz Karakurt] PDF

== Həmçinin bax ==
*[[Simurq]]

{{Mifologiya-qaralama}}

[[Kateqoriya:Mifik canlılar]]
[[Kateqoriya:Türk mifologiyası]]

[[tr:Konrul]]
[[hi:फिनिक्स (मिथक)]]