Revision 2391297 of "Stasionar Kainat nəzəriyyəsi" on azwikiHabbl qanununun yaradılmasından sonra astronomların çoxu Böyük partlayış konsepsiyasını qəbul etdi. Bu konsepsiyasiyada bildirilirdi ki, bütün Kainat hər hansı bir nöqtədən əmələ gəlib. Ancaq 1940-cı ildə Fred Hoylun başçılığı ilə bir qrup astrofizik alternativ nəzəriyyə təqdim etdi. Bu nəzəriyyənin əsas ideyası bundan ibarət idi: qalaktikalar bir-birindən habbl qanunu ilə aralandıqları zaman onlar arasındakı boşluqda yeni materiya yaranır. Yeni yaranmış materiya isə zaman keçdikcə özündə yenidən bir-birindən aralanan qalaktikaları təşkil edəcək və öz aralarında yenidən boşluq yaradaraq yeni materiyanın yaranmasına imkan verəcək. Beləliklə, müşahidə olunan genişlənməyə "stasionar" Kainat adı verildi, o özünün ümumi sıxlığını saxlamaqla və heç bir yeganə əmələ gəlmə nöqtəsinə malik olmayan ([[Böyük partlayış nəzəriyyəsi]]nin təklif etdiyi məlum məsələ) kimi qəbul edildi. Amma bu halda cismin ("əşyanın") yaranması prosesi haqqında heç bir sübutsuz yeni konsepsiyanın qərara alınması tələb olunurdu.
Bir çox astronomlar 1960-cı illərin ortasına qədər stasionar Kainat nəzəriyyəsinin tərəfdarı oldular. Bu nəzəriyyənin əsas göstəricisi onun fəlsəfi tərəfinin olması idi. Burda bildirilirdi ki, nəzəriyyə Kopernik prinsipi ilə razılaşır, yəni bizim dünya ideal deyil və heç bir zaman anı əsas kimi götürülmür.
Tezliklə nəzəriyyə əleyhinə çıxışlar oldu. İlk olaraq dəqiq laboratoriya təcrübələrində cismin yaranmasını göstərmək mümkün olmadı. İkinci isə, daha əsası, kosmologiyada yeni kəşflər – kosmik mikrodalğa görüntüsü onu göstərdi ki, Kainatla bağlı bir çox hadisələri stasionar Kainat nəzəriyəsindən çıxmaqla deyil, Böyük partlayış ssenarisindən çıxmaqla izah etmək olar. Məsələn, güclü teleskoplar Kainata daha dərin və nəticədə onun keçmişinə baxmaqla aydın oldu ki, bir-birindən daha da aralanan qalaktikalar cavandırlar və hələ öz sistemlərini formalaşdırmayıblar. Bu isə böyük partlayışdan sonra gözlənilən hadisə idi, amma bu stasionarlıq görüntüsü ilə heç cürə uyğunlaşmırdı.
[[Kateqoriya:Astrofizika]]
[[Kateqoriya:Kosmologiya]]
[[ar:نظرية الحالة الثابتة]]
[[bn:স্থিতাবস্থা তত্ত্ব]]
[[ca:Teoria de l'estat estacionari]]
[[cs:Teorie pevného stavu]]
[[da:Steady State-teorien]]
[[de:Steady-State-Theorie]]
[[el:Κοσμολογία της Συνεχούς Δημιουργίας]]
[[en:Steady State theory]]
[[es:Teoría del estado estacionario]]
[[eu:Egoera geldikorraren teoria]]
[[fa:نظریه حالت پایدار]]
[[fi:Pysyvän tilan teoria]]
[[fr:Théorie de l'état stationnaire]]
[[he:תאוריית המצב היציב]]
[[hr:Teorija stalnog stanja]]
[[ht:Teyori kreyasyon kontini]]
[[it:Teoria dello stato stazionario]]
[[ja:定常宇宙論]]
[[ko:정상우주론]]
[[ml:സ്ഥിരസ്ഥിതി സിദ്ധാന്തം]]
[[mr:विश्वाची स्थिर अवस्था]]
[[nl:Steady-statetheorie]]
[[pl:Teoria stanu stacjonarnego (kosmologia)]]
[[pt:Teoria do estado estacionário]]
[[ru:Теория стационарной Вселенной]]
[[sk:Teória steady state]]
[[sl:Teorija mirujočega stanja]]
[[sv:Steady state-teorin]]
[[uk:Теорія стаціонарного Всесвіту]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=2391297.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|