Revision 2836276 of "Homoseksuallıq" on azwiki[[Şəkil:Gay flag.svg|thumb|180px|[[LGBT]] bayrağı.]]
[[Şəkil:TurkishWineLarge.jpg|thumb|180px|Osmanlı minyatür sənətində təsvir olunmuş homoseksual münasibət]]
'''Homoseksuallıq''' — eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqə. Kişi cinsindən olan homoseksualların geniş yayılmış adlarından biri ''gey'' olaraq xatırlanır. Gey sözü fransız dilində olan "gai" sözündən yaranmışdır. Bu sözün tərcüməsi "əhli-kef" mənasını verir. Gey sözünün homoseksuallara aid edilməsi isə [[1960]]-cı illərdən başlanılmışdır.
XX əsrin əvvələrinə qədər homoseksualların hüquq və öhdəlikləri cəmiyyətə məlum deyildi. Qədim zamanlardan, xüsusən Şərq ölkələrində homoseksuallıq günah və cinayət hesab olunurdu. Bütün səmavi dinlər, bu cür cinsi münasibəti qadağan edirdi. Bu səbəbdən homoseksualların məskunlaşdığı ərazilərdə, xüsusi nəzarət təşkil olunur və onların cəmiyyətə qarışmasının qarşısı alınırdı. [[Avropa]]da homoseksuallara qarşı nisbətən mülayım münasibət göstərilsə də, [[Afrika]] və [[Asiya]] ərazilərində qeyri-təbii davranışların cəzası çox zaman ölüm hökmü olurdu. [[1960]]-cı ildən etibarən homoseksualların hüquqları hazırlanmağa başlandı. Homoseksuallar onlara cəmiyyətdə seçmək, seçilmək, orduda xidmət etmək, eyni cinsdən olanlarla evlənmək kimi hüquqların verilməsini tələb edirdilər. Uzun müddət aparılan mübarizəyə baxmayaraq, yanız [[2001]]-ci ildə [[Hollandiya]]da geylərin evlənməsinə rəsmən icazə verilmişdir. Hollandiyada eyni cinsdən olanlara evlənmək və övladlığa uşaq götürmək hüququ verildikdən sonra [[Belçika]], [[İspaniya]], [[Kanada]], [[CAR]], [[Norveç]], [[İsveç]], [[Portuqaliya]] və [[İslandiya]]da da oxşar qanunlar qəbul edilmişdir. [[İran]], [[Somali]] və [[Səudiyyə Ərəbistanı]] kimi bəzi ölkələrdə bu tip evlilikləri təşkil etmək ölüm hökmü ilə nəticələnir.
Hazırda nəyin xəstəlik olub-olmaması Xəstəliklərin Beynəlxalq Təsnifatına [[XBT-10]] əsasən müəyyən edilir. Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra "Ruhi Xəstəliklərin Çin Təsnifatı"ndan silinmişdir.
== Xarici keçidlər ==
*[http://freelgbt.wordpress.com Azərbaycanda ilk LGBT portalı]
== Həmçinin bax ==
*[[Biseksuallıq]]
[[Kateqoriya:LGBT]]
[[Kateqoriya:Davranışlar]]
[[Kateqoriya:Cinsi əlaqə]]
{{Link FM|fa}}
{{Link FM|he}}
{{Link FM|pt}}
{{Link GA|de}}All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=2836276.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|