Revision 3651842 of "Parmenid" on azwiki

{{Şəxs
|Şəkil          = Parmenides.jpg
|Şəkil məlumat  = 
|Şəkil miqyası  = 200
|Adı            = Parmenid
|Tam adı        =  Παρμενίδης
|Digər adları   = 
|Fəaliyyəti     = 
|Milliyəti      = [[Yunanlar|Yunan]]
|Doğum tarixi   = {{Doğum_tarixi|||}}
|Doğum yeri     = 
|Vəfatı    = {{Vəfat_tarixi|||}}
|Vəfat yeri      = 
|Vəfat səbəbi    = 
|Dəfn yeri      = 
|Atası          = 
|Anası          = 
|Həyat yoldaşı  = 
|Uşaqları       = 
|Rəsmi vebsaytı = 
|İmzası         = 
}}

'''Parmenid, Parmenides''' (yun. ''Παρμενίδης'', təxminən m. ö. 540 – 470) — qədim yunan filosofu, Ksenofanın öyrəncisi, [[Elea məktəbi|Elea]] fəlsəfi məktəbinin nümayəndəsi<ref>[http://enc-dic.com/antwriter/Parmenid-334.html Парменид] // Энциклопедия античных писателей</ref>.

Parmenides [[Efesli Heraklit|Heraklitin]] müasiri olmuşdur. Onun fəlsəfi çiçəklənmə dövrü m. ö. [[E.ə. V əsr|V yüzilliyə]] təsadüf etmişdir. O, cənubi İtaliyanın Elea şəhərində yaşamışdır. Güman olunur ki, Parmenid öz doğma şəhərində ictimai və siyasi həyatda, xüsusən, qanunların hazırlanmasında aktiv iştirak etmiş, çox hörmətli vətəndaş olmuşdur<ref>[http://enc-dic.com/enc_myth/Parmenid-6615.html Парменид] // Энциклопедия мифологии</ref>.

Parmenides '''''“Təbiət haqqında”''''' adlı kitabın yazarı sayılır. Ancaq bu kitabın özü deyil, onun bəzi fraqmentləri dövrümüzə gəlib çatmışdır<ref name=":0">Парменид. Фрагменты. О природе. // Фрагменты ранних греческих философов / Составитель Лебедев А.В.: Наука, 1989, s. 286-298.</ref>. Metafizikanın əsəslarını o qoymuşdur<ref>О’Мара Д. [http://www.nsu.ru/classics/schole/3/3-2-omeara.pdf Трансформация метафизики в поздней античности] // [[Scholae. Философское антиковедение и классическая традиция]]. Т. 3. № 2. 2009. С. 416—432</ref>.

Parmenidesin fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmişdir. Onun fikrincə dünya və bütün varlıq heç bir boşluqları olmayan tam '''''hərəkətsiz kürədən''''' ibarətdir<ref name=":0" />. Beləliklə, Parmenides ilk dəfə yerin kürə olması fikrini irəli sürən düşünürlərdən biri olmuşdur. 

Bu kimi iddialar ondan irəli gəlmişdir ki, Parmenidesin fəlsəfəsində <u>varlıq</u> və <u>yoxluq</u> problemi kəskin olaraq qoyulmuşdur<ref>Парменид. [[:ru:Дильс,_Герман#.D0.A4.D1.80.D0.B0.D0.B3.D0.BC.D0.B5.D0.BD.D1.82.D1.8B_.D1.82.D0.B5.D0.BA.D1.81.D1.82.D0.BE.D0.B2_.D0.B4.D0.BE.D1.81.D0.BE.D0.BA.D1.80.D0.B0.D1.82.D0.B8.D0.BA.D0.BE.D0.B2_.D0.B8_.D0.BD.D1.83.D0.BC.D0.B5.D1.80.D0.B0.D1.86.D0.B8.D1.8F_.C2.AB.D0.BF.D0.BE_.D0.94.D0.B8.D0.BB.D1.8C.D1.81.D1.83-.D0.9A.D1.80.D0.B0.D0.BD.D1.86.D1.83.C2.BB|Фрагмент B 8 DK]].</ref>. Onun fikrincə var olan şey yoxluqdan yarana bilməz. Deməli, var olan şeylər hər zaman mövcuddur. Əks təqdirdə belə çıxır ki, onlar nə vaxtsa olmamışlar. Bu isə imkansızdır. Çünki ''yoxdan nəsə var ola bilməz''. Həmçinin, heç bir şey məhv də ola bilməz. Ona görə ki, bu halda o yenə də yox olmalıdır. Deməli, var olan şeylər hər zaman olacaqdır. 

Hər bir şey əbədi və sonsuzdur. O formasını dəyişə, bir haldan başqasına keçə bilər, ancaq məzmunca hər zaman var olmaqdadır. Beləliklə, Parmenidesə görə gerçək olan yalnız varlıqdır, yoxluq isə yoxdur və onun haqqında düşünülməz<ref name=":0" />. Yoxluq olmadığına görə yaradılış və məhv olma prosesləri də ola bilməz. Belə deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün deyildir. Yoxluğun mümkün olmamağına görə varlıq hərəkətsizdir və birdir. Hərəkət olsa onda deməli o məhvə doğru getməlidir, bu isə var olan bir şeyi yoxluğa gətirib çıxarar. Ona görə də, hərəkət ola bilməz. 

Varlıq vahiddir, hərəkətsizdir və sükunətdədir. Çünki, o hissələrdən ibarət olarsa, onlar bir-birindən ayrıla bilər. Bu isə varlığın məhv olmasına gətirərdi. Həm də varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət edərdilər.

Bununla belə, insan hər şeyin dəyişkənliyini və hərəkətdə olmasını görür. Beləliklə, burada duyğularla düşüncələrin qarşıdurması baş verir<ref name=":0" />. Belə olan halda isə düşüncələrə üstünlük verilməlidir, çünki ''<u>“düşünmək və var olmaq eyni şeydir”</u>''<ref name=":0" />. Beləliklə, Parmenides insanları öz duyğularına inanmamağa çağırmışdır və buna görə də tənqidlərə məruz qalmışdır. Onun fəlsəfəsində həqiqət ''idealizmlə'' əvəz olunur ki, bunu da sonra [[Platon]] inkişaf etdirmişdir.

Parmenidesin təsəvvürlərində dünyanın mərkəzində sevgi tanrıcası [[Afrodita]] durur və varlığı idarə edir. O, ruhları görünən və görünməyən dünyalarda yerləşdirmişdir. Hər şey kişi və qadın başlanğıcların (substansiyaların) qovuşmasından yaranır<ref name=":0" />.

== Ədəbiyyat ==

* [[Adil Əsədov]]. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
 
* [[Adil Əsədov]]. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008. 

* ''Ахутин А. В.'' Античные начала философии. — СПб: Наука, 2007.
* ''Деспотопулос К.'' Гносеологический дуализм Парменида // Философские исследования. — 1994. — № 1. — С. 181—187.
* ''Доброхотов А. Л.'' Категория бытия у досократиков. — М., 1980.
* ''Монин М. А.'' Пути Парменида //Вопросы философии. — 1997. — № 3. — С. 115—131.
* ''Робинсон Т.'' Парменид на пути истинного знания бытия (on coming-to-know of the real) //Универсум платоновской мысли. Рационализм или философская религия? Эпистемология Платона. — СПб., 1997. — С. 49—62.
* ''Романенко Ю. М.'' Угадывание как онтологический метод в поэме Парменида "О природе" //AKADHMEIA: Материалы и исследования по истории платонизма. — СПб., 2000. — С. 42—52.
* ''Самченко В. И.'' Метафизика Парменида и логика существования // Современная логика: проблемы теории, истории и применения в науке. — СПб., 2002. — С. 382—384.
* ''Овчинников Н. Ф.'' Парменид — чудо античной мысли и непреходящая идея инвариантов //Вопросы философии. — 2003. — № 5. — С. 81—95.
* ''Рохмистров В. Г.'' Метод Парменида // Вестник Русского христианского гуманитарного института. — СПб., 2001. — Вып. 4. — С. 352—366.
* ''Рохмистров В. Г.'' Учение Парменида // AKADHMEIA: Материалы и исследования по истории платонизма. — СПб., 2003. — Вып. 4. — С. 19—36.
* ''Антонов Т. В.'' Парменид:путь философа к истине. // AKADHMEIA: Материалы и исследования по истории платонизма. — СПб., 2003. — Вып. 4. 
* ''Берестов И.В.'' Предполагаемое обоснование немыслимости различий у Парменида в B 8, 34-37 DK // V Российский философский конгресс "Наука. Философия. Общество" Материалы. Том II. – Новосибирск, 2009. – С.10-11.
* ''Вольф М.Н.'' Путь отыскания истины: Гераклит и Парменид // V Российский философский конгресс "Наука. Философия. Общество" Материалы. Том II. – Новосибирск, 2009. – С.14.
* ''Хютт В.П.'' Парменид и физика // Философские науки. – 1975. – № 6.

== İstinadlar ==

== Həmçinin bax ==

== Xarici keçidlər ==

[[Kateqoriya:Yunan filosoflar]]
[[Kateqoriya:Yunanıstan filosofları]]