Revision 3730929 of "Elnur Eltürk" on azwiki{{Şəxs
|Adı = Elnur Eltürk
|Orijinal adı = Elnur Hüseynov
|Şəkil = Elnur Eltürk.jpg
|Şəkil miqyası = 250px
|Şəkil məlumat =
|Digər adı =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1983|11|26}}
|Doğum yeri = [[Sahil qəsəbəsi]], [[Qaradağ rayonu|Qaradağ]]
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi =
|Vətəndaşlıq = {{AZE}}
|Milliyət = [[Azərbaycanlı]]
|İxtisası = [[Tarix]]
|Təhsili = [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]
|Fəaliyyəti = [[Diaspora]] fəalı və [[jurnalist]]
|Fəaliyyət illəri = [[2008]] - günümüz
|Mükafatları =
|imdb id =
|İmzası =
|Sayt =
}}
'''Elnur Eltürk''' — diaspora fəalı, jurnalist. [[Azərbaycan Kikboksinq Federasiyası]]nın keçmiş mətbuat katibi və hal-hazırda [[AMEA Mərkəzi Elmi Kitabxana]]sında ''Sərbəst İnformasiya Resurslar'' bölməsinin rəhbəri. Elnur Eltürk Azərbaycan diasporasının inkişafı üçün göstərdiyi fəaliyyətlərə görə mərkəzi Niderlandda yerləşən ''Niderland Türk Federasiyasının'' təşəkkür plaketi ilə təltif olunmuşdur.
== Həyatı ==
Elnur Hüseynov [[1983]]-cü ilin [[26 noyabr]] tarixində [[Qaradağ rayonu]]nun [[Sahil qəsəbəsi]]ndə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra [[2000]]-[[2004]]-cü illərdə [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]nin Tarix faklütəsində təhsil almışdır. Təhsil aldığı müddətdə ictimai fəallığı ilə seçilən Elnur Hüseynov ilk jurnalist təcrübələrinidə tələbəlik illərində qazanmışdır. Jurnalist kimi [[Azərbaycan mətbuatı]]na gəlməsi [[2008]]-ci ildə baş verib. İnternet üzərindən yayımlanan müxtəlif xəbər saytlarında işləməyə başlayan Elnur Hüseynov [[2012]]-ci ildən etibarən [[Azərbaycan diasporası]]nın inkişafı istiqamətlərində də işlər görməyə başlayır. Müxtəlif vaxtlarda [[Günaz TV|Güney Azərbaycan Televiziyası]] və [[Təzadlar (qəzet)|Təzadlar qəzeti]]ndə [[mütəxəssis]] kimi çalışmışdır. Mətbuat sahəsində çalışdığı orqanlardan biri də ''BayMedia İnformasiya Portalıdır''.
[[Azərbaycan Kikboksinq Federasiyası]]nda mətbuat katibi işlədikdən sonra [[AMEA Mərkəzi Elmi Kitabxana]]sında ''Sərbəst İnformasiya Resuslar'' bölməsinə rəhbər təyin olunmuşdur. [[2016]]-cı ilin [[sentyabr]] ayında Elnur Eltürk [[Makedoniya]] parlamentinin deputatı Enes İbrahim ilə birlikdə ''Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti'' adlı [[diaspora]] təşkilatı yaratmışdır.
== Xarici keçidlər ==
* [http://www.azadinform.az/news/a-105498.html azadinform.az - Elnur Eltürk: “Əslində adımı Malik qoymaq istəyiblər”]
* [http://1905.az/elnur-eltuerk-yeni-yaranan-t%C9%99skilatlarla-koehn%C9%99-t%C9%99skilatlar-arasinda-xirda-anlasilmazliqlar-olur/ 1905.az Elnur Eltürk: “Yeni yaranan təşkilatlarla köhnə təşkilatlar arasında xırda anlaşılmazlıqlar olur.”]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=3730929.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|