Revision 3736485 of "Adil Məhərrəmov" on azwiki{{Dövlət xadimi
| azərbaycan dilində adı = Adil Məhərrəmov
| adın originalı = ''Adil Məmmədəli oğlu Məhərrəmov''
| portret = Adil Məhərrəmov.JPG
| izah =
| titul = [[Azərbaycan Respublikası Hesablama Palatası]]nın sədr müavini
| bayraq = Coat_of_arms_of_Azerbaijan.svg
| bayraq2 = Flag_of_Azerbaijan.svg
| dövr əvvəl = [[2008]]-indiyə kimi
| dövr son =
| sələfi =
| xələfi =
| titul_2 = [[Azərbaycan Respublikası]]nın Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri
| bayraq_2 = Coat_of_arms_of_Azerbaijan.svg
| bayraq2_2 = Flag_of_Azerbaijan.svg
| dövr əvvəl_2 = [[2000]]
| dövr son_2 = [[2001]]
| sələfi_2 =
| xələfi_ 2 =
| titul_3 = [[Azərbaycan Respublikası]]nın İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri
| bayraq_3 = Coat_of_arms_of_Azerbaijan.svg
| bayraq2_3 = Flag_of_Azerbaijan.svg
| dövr əvvəl_3 = [[2001]][[aprel]]
| dövr son_3 = [[2001]][[dekabr]]
| sələfi_3 =
| xələfi_3 =
| doğum tarixi = {{doğum tarixi və yaşı|1952|2|1}}
| doğum yeri = [[Ağdam]], [[Azərbaycan SSR]]
| ixtisası =
| təhsili = [[Azərbaycan Texniki Universiteti]] (1973)
| elmi dərəcəsi =
| mükafatları = {{"Tərəqqi" medalı}}
| atası = Məmmədəli Məhərrəmov
| anası = [[Şəfiqə Məhərrəmova]]
| həyat yoldaşı =
| uşaqları =
| imzası =
}}
'''Adil Məmmədəli oğlu Məhərrəmov''' — [[Azərbaycan Respublikası Hesablama Palatası]] sədrinin müavini.
==Həyatı==
Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirmişdir.
1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir.
1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır.
1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin ( sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri olmuşdur.
2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri vəzifəsində çalışmışdır.
2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.
2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
== Ailəsi ==
Ailəlidir. İki övladı var.
Anası [[Şəfiqə Məhərrəmova]] və atası Məmmədəli Məhərrəmov müəllim olmuşlar.
[[BDU]]-nun rektoru [[Abel Məhərrəmov]] qardaşıdır.
== İstinadlar ==
<references/>
[[Kateqoriya:Ağdam rayonunda doğulanlar]]
[[Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=3736485.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|