Revision 3828244 of "Devid Boui" on azwiki{{Musiqiçi
|Peşəsi = [[Müğənni]], [[bəstəkar]], [[aktyor]], [[rəssam]], [[prodüser]]
|Şəkil = David Bowie Chile.jpg
|Şəkil məlumat = Boui Çilidəki Rok Festivalında
|Şəkil miqyası =
|Adı = Devid Boui
|Doğum adı = David Robert Jones
|Tam adı = Devid Robert Cons
|Psevdonim = Devid Boui
|Doğum tarixi = [[8 yanvar]] [[1947]]
|Doğum yeri = [[Brikston]], Lambet, [[London]], [[Böyük Britaniya]]
|Vəfatı =[[10 yanvar]] [[2016]] (69 yaşında)
|Vəfat yeri = [[Nyu-York]], [[Amerika Birləşmiş Ştatları]]
|Fəaliyyət illəri = 1964 - 2016
|Səs tembri = [[Bariton]]
| Mənşə = {{GBR}}
|Üslub = qlem rok, art rok, eksperimental rok, [[pop rok]], psixodelik pop, [[soul]], [[alternativ rok]], avanqard jazz, embient, elektron musiqi, [[yeni dalğa (musiqi)|yeni dalğa]]
| Musiqi aləti = [[gitara]], [[saksofon]], klavişli
|Əlaqələri = Tony Visconti, The Spiders from Mars, Tin Machine, Carlos Alomar, The Riot Squad, Arnold Corns, The Hype, Adrian Belew, Nine inch Nails, Lou Reed, Iggy Pop, Brian Eno, [[Queen]], Mick Jagger, [[John Lennon]], Mick Ronson, Mott the Hoople, [[Tina Törner]]
| Albom şirkəti = RCA, EMI, Virgin Records, ISO, Columbia Records
|Sayt = http://www.davidbowie.com/
}}
'''Devid Boui''' ({{lang-en|David Bowie}}) {{IPA|[ˈboʊ.i]}} (əsl adı: '''Devid Robert Cons''' ({{lang-en|David Robert Jones}}); [[8 yanvar]] [[1947]], [[Brikston]], Lambet, [[London]], [[İngiltərə]] — [[10 yanvar]] [[2016]], [[Manhetten]],[[Nyu-York]], [[ABŞ]]) — "Qlam Rokun Kralı" ləqəbli ingilis müğənni, bəstəkar, aktyor və prodüser. Musiqidə 50 ildən çox olan uğurları sayəsində tarixdəki ən mühüm müğənnilərdən biri olub, bir çox müğənniyə nümunə olduğu kimi 140 milyon ətrafında satış ilə tarixdə ən çox satmış müğənnilərdən biri kimi göstərilir. Rolling Stones jurnalı tərəfindən tarixdəki ən yaxşı müğənnilərdən biri seçilən Boui, [[MTV]] və Blenderin sorğusunda da tarixdəki ən yaxşı 15 səsdən biri seçildi. Səs tipi baritondur.
Vətəni [[İngiltərə]]də «Space Oddity» mahnısı ilə diqqətə gəlib amma Amerikadakı çıxışı «Fame» mahnısı ilə olub. Bu ərəfələrdə «Life on Mars?», «Suffregette City», «Ziggy Stardust», «Heroes», «Oh! You Pretty Things», «Young Americans», «Starman», «Ashes to Ashes», «Sound and Vision» kimi məşhur mahnılar çıxartdı və təxmini bütün albomları musiqi kritiklərindən yüksək ballar topladı. Bu vaxtlar fərqli geyim tərzi, ağır səsi ilə diqqət çəkirdi. O karyerasının zirvəsinə kommersial baxımından 1983-cü ildə «Let's Dance» albomu ilə çıxdı. Bir müddət «Tin Machine» adlanan qrup qurdu ancaq uğursuz olduğundan təkrar solo olaraq karyerasına davam etdi. Bouinin ən mühüm dueti [[Queen]] qrupu ile olan "Under Pressure" hesab olunur.
Boui həmçinin kinokritiklər tərəfindən aktyorluqda ən uğurlu işlər görmüş musiqiçilərdən biri hesab olunur. Baskiyada «Endi Varxol» rolunda oynamasından əlavə «Aclıq» və «Prestij» filmlərindəki qısa rollarını belə yadda qalan bir şəkildə olduqca yaradıcı bir performansla canlandırmışdır.
Devid Boui iki dəfə evlənib. İlk evliliyindən Dunkan Cons adlı bir oğlu var və o rejissordur. İkinci və hal hazırda İman Əbdülməjid adlı maneken ilə evlidir. Onların Aleksandria Zəhra adlı bir qızları var.
O, 2003-cü ildə İngiltərə Kraliyəti tərəfindən ona təklif olunan ser titulunu geri çevirmişdir. Boui [[2008]]-ci ildə ömürlük uğurlarına görə xüsüsi [[Qremmi mükafatı]] aldı.
Boui karyerası boyunca onlarca məşhur müğənniyə nümunə olmuş və üzərlərində təsir buraxmışdır. Bunlardan [[Madonna]], [[Lady Gaga]], [[Corc Maykl]], [[Mott the Hople]], [[Lou Rid]], [[New York Dolls]], [[The Sex Pistols]], [[Geri Numan]], [[Pulp]] bunlar arasındadır.
Boui 18 ay idi, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Buna baxmayaraq o, karyerasına davam edir və yeni mahnılar yazdırırdı. Son dəfə o, [[8 yanvar]]da 69 yaşını qeyd etmiş və yeni "Blackstar" adlı albomunun təqdimatını keçirmişdir. Bundan 2 gün sonra [[10 yanvar]] [[2016]]-cı ildə ailəsinin yanında vəfat etdi.
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:1947-ci ildə doğulanlar]]
[[Kateqoriya:İngiltərə müğənniləri]]
[[Kateqoriya:İngiltərədə doğulanlar]]
[[Kateqoriya:2016-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Nyu-Yorkda vəfat edənlər]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=3828244.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|