Revision 3969909 of "Roza Mustafayeva" on azwiki'''Roza Muxtar qızıa Mustafayeva – Azərbaycan alimi, texnika elmlər namizədi, dosent''' == Həyatı == Roza Muxtar qızıa Mustafayeva 01 iyul 1949-cu ildə [[Qazax rayonu]]<nowiki/>nun II Şıxlı kəndində qulluqçu ailəsində anadan olmuş, 1966-cı ildə həmin kəndin orta məktəbini, 1973-cü ildə [[Azərbaycan Dövlət Universiteti]]<nowiki/>nin (keçmiş ADU) kimya fakultəsini bitirmişdir. 1973-1975-ci illər Sumqayıt üzvü xlorlu məhsullar zavodunda kimyaçı-mühəndis, 1975-1976-cı illər Qazax rayonu II Şıxlı kəndində Mehdi Hüseyn adına sovxozun şərab zavodunda baş laborant vəzifəsində çalışmışdır. R.M.Mustafayeva 1976-cı ildən AMEA Radiasiya Problemləri İnstitutunda mühəndis, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmış, 1994-cü ildə “Neft qalıqlarının Günəş enerjisi vasitəsilə emal edilməsi” mövzusunda dissertasiya müdafiə edərək yanacağın kimyası və texnologiyası ixtisası üzrə texnika elmlər namizədi alimlik dərəcəsini almışdır. O, 1995-ci ildən Radiasiya Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində işləyir. == Elmi fəaliyyəti == R.M.Mustafayeva elmi fəaliyyəti boyu yüksək və aşağı potensiallı günəş energetik qurğuların müxtəlif texnoloji proseslərdə istifadə edilməsi, neft və biokütlə qalıqlarından yanar qazların alınması, tədqiq edilməsi, sənayedə və məişətdə aşağı potensiallı qurğuların istifadə edilməsi ilə məşğul olmuşdur. O, Günəş enerjisinin kimyəvi enerji şəklində toplanması, elmi-texniki işlərin aparılması, kimyəvi akkumulyatorların yaradılması, istifadəsi sahəsində biliklərini daima artırmış və bu sahədə bir çox elmi-təcrübi nəticələr əldə etmişdir. Aldığı nəticələr xarici və yerli jurnallarda çap olunmuşdur. Onun 100-ə qədər elmi əsəri (məqalə və tezislər şəklində), 5 müəlliflik şəhadətnaməsi, 2 patenti müxtəlif xarici və yerli nəşrlərdə çap olunmuşdur. R.M.Mustafayeva 2012-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Yanacağın kimyası və texnologiyası” ixtisası üzrə dosent elmi adını almışdır. == Elmi əsərləri == 1. Мустафаева Р.М., Ахундов С.Я., Рзаев П.Ф., Шахбазов Ш.Д., Курбанов М.А., Эфендиева Н.Г. Получение альтернативных топлив с использованием солнечной энергии. Доклады 9-ый международной конференции по водородной энергетике, Париж, 17-20 июня 1992г. 2. Мустафаева Р.М., Мустафаев И.И., Рзаев П.Ф., Ахундов С.Я. Солнечно-термические процессы получения олефинов из тяжелых фракций нефти. Тезисы докладов Всемирной конференции по превращениям энергии в Японии, г.Укогома, 27-30 июня 1993 3. Мустафаева Р.М., Мустафаев И.И., Рзаев П.Ф. Солнечно-термические процессы переработки нефтяных остатков. Ж..Гелиотехника, №6, 1996, с.19-26 4. Mustafaeva R.M., Rzayev P.F., Shachbazov Sh.D., Machmudova T.A. Application of Solar Energy to Gasification оf Solid Fuel Oil Presence Layer Water. International Meeting on Chemical Engineering, Environmental Protection and Biotechnology and Solar Chemistry and Materials Reserve ACHOMA, Frankfurt, 22-25 Main 2000, p.306 5. Mustafaeva R.M., Rzayev P.F., Shachbazov Sh.D., Efendieva N.G., Machmudova T.A. Application of Solar Energy Obtain Hydrogen Contain Gases. World Renewable Energy Congress-VI-WRLS-2000 Renewable the Energy for 21<sup>st</sup> Century, Brighton, UK.1-7 July 2000 6. Mustafaeva R.M., Mustafayev I.I., Rzayev P.F., Najafova G. Solar Thermal Processing of OIL-TAR. 2<sup>nd</sup> International Conference on Technical Physical Problems in Power Engineering. Tabriz. Iran. 6-8 September 2004. p.752-754 7. Mustafaeva R.M., Rzayev P.F., Sultanova K.D., Garibov A.A., Salamov O.M. Thermodynamical of biomass (shells of walnut, hazelnut with the use of concentrated heat of solar radiation). TPE-06 3<sup>rd</sup> International Conference on Technical and Physical Problems in Power Engineering. 29-31 May 2006, Turkey, Ankara, p.1081-1084 8. Султанова К.Д., Гашымов Г.А., Гаджиева Н.Н., Саламов О.М., Рзаев П.Ф., Исаков Г.И., Мустафаева Р.М. Исследование влияния предварительного облучения биомассы g - квантами на выход водорода и других горючих газов, полученных на солнечной высокотемпературной энергоустановке. Международный научный журнал «Альтернативная энергетика и экология» АЭЭ №10(42) 2006, c.37-39 9. Salamov O.M., Sultanova K.D., Qəribov A.A., Mustafayeva R.M. Günəş enerjisinin termokimyəvi üsulla yanar qaz qarışıqlarının kimyəvi enerjisinə çevrilməsi. Energetikanın Problemləri, “Elm”, 2007, Bakı, s.75-83 10. Sultanova K.D., Рзаев П.Ф., Мустафаева Р.М. Технико-экономические аспекты термохимического разложения биомассы. Азербайджанский химический журнал №2, 2008, с.159-162 11. Mustafaeva R.M., Salamov O.M., Sultanova K.D., Qəribov A.A., Rzayev P.F. Günəş enerjisindən istifadə etməklə yüksək təmizlikli hidrogen və yanar qaz qarışıqları almaq üçün qurğu. Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi. İxtiraİ 2007 0129 Mustafaeva R.M., Salamov O.M., Məmmədov F.F., Mahmudova T.Ə. İstilik və qaynar su təchizatı üçün avtomatlaşdırılmış günəş qurğusu. Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi. İxtiraİ 2008 0053 All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=3969909.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|