Revision 4219549 of "Göydimdik" on azwiki

{{Taksoqutu
| şəkil = Female white headed duck.JPG
| şəkilaltı yazı = 
| şəkil məlumat = 
| aləmi       = Heyvanlar
| tip       = [[Xordalılar]]
| yarımtip    = [[Onurğalılar]]
| sinif      = [[Quşlar]]
| dəstə = [[Qazkimilər]]
| fəsilə = [[Ördəklər]]
| cins = Göydimdik
| növ = '''Göydimdik'''
| latınca adı = {{btadı|Oxyura leucocephala|(Scopoli, 1769)}}
| vikinövlər = Oxyura leucocephala
| vikianbar = Oxyura leucocephala
| ütmx = 175179
| mbmm = 90703
}}

'''Adi göydimdik''' ({{lang-lat|Oxyura leucocephala}}) — [[Ördəklər]] fəsiləsinə aid quş növü.

== Kateqoriya və statusu ==
(III-VU). Həssas, sayı az olan növdür. 

== Qısa təsviri ==
Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var.

== Yayılması ==
Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərin sahil sularında, Araz dəryaçasında rast gəlinir. Su hövzələrinin qurudulması ilə əlaqədar olaraq yayıldığı sahələr xeyli azalmışdır. 

== Yaşayış yeri və həyat tərzi ==
Qamış cəngəllikləri ilə zəngin olan göllərdə və dənizin açıq sahil sularında yaşayır. Su bitkilərinin toxumları, yarpaqları, həşərat və onların sürfələri ilə yemlənir.

== Sayı ==
Qızılağac Dövlət Təbiət Qoruğunda 1997-ci ildə 50, 1999-cu ildə 1500, 2002-ci ildə 320, 2004-cü ildə 750, 2005-ci ildə 330, 2006-cı ildə 890,  Abşeron-Qobustandakı Qırmızı göldə 2002-ci ildə 55, Ağgöldə 1991-ci ildə 3000, 2004-cü ildə 450, Hacıqabul gölündə 2009-cu ildə 1370 göydimdik qeydə alınıb. Digər su hövzələrində tək-tək fərdlərinə rast gəlinir.

== Məhdudlaşdırıcı amillər ==
Sayı ildən-ilə kəskin dəyişir. Bunun da əsas səbəbi qışlaq arealının şimal hisssəsində qışın sərt və ya mülayim keçməsi, su-bataqlıq biotoplarının qurudulması və çirkləndirilməsidir.

== Qorunması üçün qəbul edilmiş tədbirlər ==
Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Ağgöl və Şirvan Milli Parkları,  su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Naxçıvanın (2006) Qırmızı kitabına, Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.

== Qorunması üçün məsləhət görülmüş tədbirlər ==
Su hövzələrinin qurudulmasına və çirkləndirilməsinə qarşı mübarizə aparılması, növün qorunmasının fəal təbliği lazımdır.

== Məlumat mənbələri ==
1. Tuayev D.Q. Anseriformes–Qazkimilər dəstəsi // Azərbaycan faunası, Quşlar, VI cild. Bakı, “Elm”, 1977, s. 122-123; <br />
2. Патрикеев М.В. Савка (Oxyura leucocephala) и другие редкие птицы на озере Аггель в январе 1991 г. // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Материалы научно-практической конференции. Ставрополь, 1991, с. 160; <br />
3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 99-100; <br />
4. Talıbov T.M. Adi göydimdik–Oxyura leucocephala Scop. // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 82.
<br />5. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.

[[Kateqoriya:Azərbaycan quşları]]