Revision 4838402 of "Bərgüşadçay" on azwiki

{{Çay
 |Adı                             = Bərgüşad
 |Yerli adı                       = 
 |Şəkil                           = 
 |Şəklin ölçüsü                   = 300px
 |Şəklin izahı                      = Bərgüşad çayı
 |Keçdiyi ərazilər                = {{AZE}}<br />{{ARM}}<br />
 |Mənbəyi                         = [[Zəngəzur]], [[Ərikli dağı]] 
 |Mənsəbi                         = [[Araz]]
 |Xəritə                          = <!-- xəritə-->
 |Xəritənin ölçüsü                = <!-- xəritənin ölçüsü, 250px müəyyənləşdirilib-->
 |Xəritənin adı                   = <!-- xəritənin adı-->
 |Hövzəsi                         = <!-- aid olduğu su hövzəsi (dəniz, okean)-->
 |Qolunun hövzəsi                 = <!-- qollarının aid olduqları su hövzələri-->
 |Uzunluğu                        = 178
 |Hövzəsinin sahəsi               = 2711     
 |Çayın meyilliyi                  = <!-- çayın meylliyi, m/km-->          
 |Mənbəyinin yüksəkliyi           = 3040
 |Mənsəbinin yüksəkliyi           = <!-- mənsəbinin dəniz səviyyəsindən yüksəkliyi, m-->
 |Su sərfi                        = 19
}}

'''Bərgüşad''' (Ermənistan ərazisində ''Vorotan'' adlanır). [[Ermənistan]]dan və [[Azərbaycan]]dan keçir.

Uzunluğu 178&nbsp;km, hövzəsinin sahəsi 2711&nbsp;km²-dir. Başlanğıcını [[Zəngəzur]] silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Ona Qubadlı ərazisindən [[Ağa]], [[Bəxtiyarlı]] və [[Davudlu]] kiçik çay qolları axır. [[Həkəriçay]]a qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35% ) və yağışsuları (10%) təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir.
 
Orta illik su sərfi 19,0 kub m/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/kub m-dir.

Suvarmada istifadə edilir.

Bərgüşadçayın mənbəyi Ərikli dağlarından başlanır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çayı, Sisyançay, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var. Bərgüşad çayı Qaralar kəndi yaxınlığında Həkəri çayı ilə birləşib Araza tökülür.

== Həmçinin bax ==
* [[Qubadlı]]

== Mənbə ==
* [http://river.aznet.org/orta1.html Azərbaycan çayları]

{{Azərbaycanın su hövzələri}}

[[Kateqoriya:Azərbaycan çayları]]