Revision 4847051 of "Kirman Abdin" on azwiki

{{vikiləşdirmək}}
{{Rəssam
|Adı           = Kirman Abdin
|Şəkil         =  
|Şəklin izahı  = 
|Şəklin ölçüsü = 
|Doğum tarixi  = 1959
|Doğum yeri    = [[Şahbuz rayonu|Şahbuz]]
|Vəfat tarixi  =
|Vəfat yeri    = 
|Vəfat səbəbi  = 
|Saytı         =  
}}

== Həyatı ==

Kirman Abdin 1959-cu ildə [[Şahbuz]] rayonunda anadan olub.

1982-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.

1988-ci ildə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

1984-cü ildən Azərbaycanda və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. Karikatura müsabiqələrində I yerə və xüsusi mükafatlara layiq görülüb.

1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Mətbuatda uzun illər rəssam kimi fəaliyyət göstərir.

2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

== Mənbə ==

*[http://www.azercartoon.com/kirman.htm]

== Həmçinin bax ==

[[Kateqoriya:Azərbaycan rəssamları]]
[[Kateqoriya:Azərbaycanın karikaturaçı rəssamları]]
[[Kateqoriya:Şahbuzda doğulanlar]]
[[Kateqoriya:1959-cu ildə doğulanlar]]