Revision 4910984 of "Basdırma kabab" on azwiki'''Basdırma kabab''' — [[Qafqaz xalqları]] arasında məşhur olan, [[qoyun]], [[dana]], [[ceyran]], [[ayı]] və s. ətdən hazırlanan yemək növü. Sadalanan ət məhsullarına müxtəlif ədviyyatların və tərəvəzlərin qatılması ilə yaradılır. Basdırma ətin yumşalmasına və dadlanmasına təsir göstərir. == Ərzaqlar == ''Adambaşına'' *300 qram mal əti (can əti) *1 baş soğan (yarısı basdırma üçün) *15 qram nar, yaxud 10 qr üzüm sirkəsi *5 qram kərə yağı *10 qram cəfəri *habelə tam üçün istiot və duz == Hazırlanma qaydası == Basdırma kabab üçün mal əti (can əti) təxminən 35–40 qramlıq tikələrə doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3–4 saat ərzində soyuq yerdə saxlanılır. Bişirmək üçün ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür. Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur. [[Kateqoriya:Kabablar]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=4910984.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|