Revision 5080610 of "Azərbaycan müxalifəti" on azwiki

[[File:Azərbaycan Müxalifəti.jpg|thumb|Azərbaycan Müxalifəti loqoları]]
Azərbaycanda müxalifət qüvvələrinə bir neçə partiya və son illərdə bu partiyalar tərəfindən yaradılmış "Siyası Partiya Blokları" aiddir.

== Partiyalar ==
[[Şəkil:ALDPaz-logo.jpg|thumb]]
Azərbaycan Liberal Demokrat Partiyası. Azərbaycan Liberal Demokrat Partiyasının ideologiyasının əsasında liberal demokratik dəyərlər durur. Bu partiya öz ideoloji dəyərləri baxımından Liberal Partiya ilə ideoloji yaxınlığa malikdir. ALDP proqramının əsas hədəfi liberal demokratik cəmiyyətin qurulmasıdır. Siyasi sistemdə mərkəzçi mövqe tutan partiyanın 6500-ə yaxın üzvü olduğu bildirilir. Partiyada üzvlük haqqı 0.20 AZN təşkil edir. Partiyanın büdcəsi 1000 AZN həcmindədir. Partiya 56 regional təşkilat vasitəsilə siyasi sistemdə təmsil olunur. ALDP ümumilikdə 2 qurultay və qurultay səlahiyyətli 1 konfrans keçirmişdir. Partiyada qurultaylar 5 ildən bir keçirilir. Sonuncu qurultayda hər 30 nəfərdən biri olmaqla 230 nəfər qurultay iştirakçısı seçilmişdir. Partiyada seçkili orqanlar Rəyasət Heyəti (15 üzv), sədr, şəhər və rayon təşkilatlarının sədrləridir. Partiya üzvü olan gənclər 60% təşkil edirlər. Partiyada qadınlar üzvlərin 30%-ni təşkil edir. Fuad Əliyev 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib. 2001-ci il sentyabrın 15-də ALDP-nin I qurultayında yenidən sədr seçilib. 2017-ci il aprelin 12-i ALDP V Qurultayında yenidən sədr seçilib.

Partiyanın ictimaiyyətlə əlaqəsi, əsasən, www.ldpa.az internet saytı vasitəsilə tənzimlənir. Partiya 2005-ci il Azərbaycan Milli Məclisinə seçkilərdə 30 namizədlə iştirak etsə də, bu namizədlərdən heç biri seçilməmişdir. 2009-cu ilin bələdiyyə seçkilərində partiya 7 namizədlə iştirak edib.

Partiya iqtidar-müxalifət dialoquna pozitiv mövqedən yanaşır və 1999-cu ildə bununla bağlı iqtidara müraciət edib. Partiya mövcud resursları baxımından seçki dövründə namizədlərin kampaniyası üçün fond yaradılmasını, qanunvericilik bazasının yenidən işlənilməsini və qəbul olunmasını təklif edir.
[[Şəkil:Axcp-musavat-logo.jpg|thumb|right|200px|AXCP-Müsavat]]

=== Azərbaycan Xalq Cəbhəsi Partiyası ===
[[Azərbaycan Xalq Cəbhəsi Partiyası]] [[1992]]-ci ildə [[Əbülfəz Elçibəy]] tərəfindən yaradılıb. Bu zamanda [[Ayaz Mütəllibov]] [[Azərbaycan Respublikası Prezidenti]] postundan istefa verir və [[Əbülfəz Elçibəy]] hakimiyyətə gəlir. [[1995-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də AXCP partiya şəklində iştirak edir və 125 yerdən 4-ünü alır.  [[2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də isə partiyanın 6 namizədi qalib gəlir. [[2000]]-ci ildə [[Əbülfəz Elçibəy]]in ölümündən sonra partiya 2 qola bölünür: müasir ([[Azərbaycan Xalq Cəbhəsi Partiyası]]) və konservativ ([[Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası]]). Müasir qolunun sədri [[Əli Kərimli]] seçilir. [[2003]]-cü ildə partiyanın üzvü [[Qüdrət Həsənquliyev]] prezident seçkilərində iştirak edir və 0.5% səs (13,624) toplamaqla 7 namizəd arasında 6-cı yeri tutur. [[2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də AXCP partiyası [[Azadlıq Siyasi Partiyalar Bloku]]nun tərkibində qatılmışdı və 125 yerdən yalnız birini qazana bilmişdi. Sonrakı illərdə AXCP "Azadlıq", "Yeni Siyasət", "AXCP-Müsavat" və "İctimai Palata" siyasi bloklarının tərkibinə daxil olur. [[2008]]-ci ildə Prezident seçkilərində iştirak etmir, [[2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də isə ümumiyyətlə yer qazana bilmir.

=== Müsavat Partiyası ===
[[Müsavat Partiyası]]nın əsası hələ [[1911]]-ci ildə [[Məmməd Əmin Rəsulzadə]] tərəfindən qoyulmuşdu.[[Müsavat Partiyası|Yeni Müsavat Partiyasının]] tarixi isə [[1989]]-ci ildən başlayıb. 1989-cu il Oktyabrın 29-da Yeni Müsavat Partiyasının Gəncədə elan olunduğu gündür. Bu hadisədən on gün sonra, noyabrın 10-da “Yeni Müsavat” qəzetinin ilk sayı çapdan çıxıb. 1989-cu il Oktyabrın 29-da Gəncədə keçirilən bir mitinqdə Azərbaycanda AMDP Yeni Müsavat adlı firqə elan olundu. Xalq qarşısında bu firqənin 6 nəfərdən ibarət təşəbbüs qrupu çıxış etdi. Bu qrupa Rauf Şenol imzası ilə tanınan Rauf Arifoğlu, Niyazi İbrahimli, Bəxtiyar Tuncay, Mənsur Əlisoy, Əziz Qaraca və Əhməd Rza daxil idi. Təşəbbüs qrupu bakıda formalaşsa da, Müsavat adında bir təşkilatın Gəncədə elan olunmasının xüsusi mənası var idi. Gəncə 1918-ci ildə Müsavat hökumətinin və istiqlalımızın ilk başkəndi olub. Ona görə də elan həmin şəhərdə oldu.  Adları çəkilən şəxslər daha sonra Yeni Müsavat partiyasının  katiblər şurasının üzvləri oldular. Noyabrın 26-da “Birlik” Cəmiyyəti bölündü. Əksəriyyəti AMDP Yeni Müsavata keçdi. Bu təşkilatın  -  AMDP Yeni Müsavatın əsas işi Azərbaycanda Müsavatın və Rəsulzadənin təbliğatını aparmaq idi.[[1995-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də partiya 1 mandatın,  [[2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də isə 2 mandatın sahibi oldu. [[2003]]-ci ildə partiyanın başqanı [[İsa Qəmbər]] prezident seçkilərində iştirak edir. Bu seçkilərdə İsa Qəmbər seçicilərin 14% etimadını qazanır və yalnız [[İlham Əliyev]]dən geri qalmaqla 8 namizəd arasında 2-ci yeri tutur. Bu müxalifət təmsilçisinin prezident seçkilərində bu günə qədər göstərdiyi ən yaxşı nəticədir. Buna baxmaraq seçkilərin növbəti günündə müxalifət tərəftarları [[Bakı]]da böyük miqyaslı mitinqlər keçirdilər.

[[2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]] ərəfəsində Müsavat partiyası, [[Azərbaycan Xalq Cəbhəsi Partiyası|AXCP]], [[Azərbaycan Demokrat Partiyası|ADP]] və digər partiyalarla birləşərək [[Azərbaycan]]da ilk siyasi blok olan [[Azadlıq Siyasi Partiyalar Bloku]]nu yaratdı. Azadlıq bloku bu seçkilərdə 125 yerdən 6-sını udur və 6 yerdən 5-i Müsavat partiyasının təmsilçilərinin payına düşür. Daha sonradan bu birlik dağılır. [[2008]]-ci ildə partiyanın heç bir təmsilçisi prezident seçkilərində iştirak etmir. [[2010]]-cu ildə isə partiyanın heç bir təmsilçisi deputat seçkilərində qalib gələ bilmir. [[2010]]-cu ildən etibarən [[Azərbaycan Xalq Cəbhəsi Partiyası|AXCP]] və [[Müsavat Partiyası|Müsavat]] partiyaları "AXCP-Müsavat İctimai Palatası" adlı siyasi blok qururlar.

=== Gələcək Azərbaycan Partiyası ===
[[Şəkil:Gələcək Azərbaycan Partiyası.jpg|thumb|right|200px|Gələcək Azərbaycan Partiyası]]
[[Gələcək Azərbaycan Partiyası]]nın [[20 dekabr]] [[2013]]-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib.<ref>{{cite web|url=http://musavat.com/news/son-xeber/gelecek-azerbaycan-partiyasinin-tesis-qurultayi-kechirildi_184296.html |archiveurl=http://musavat.com/news/son-xeber/gelecek-azerbaycan-partiyasinin-tesis-qurultayi-kechirildi_184296.html|archivedate=2014-10-7 |title=Gələcək Azərbaycan Partiyasının təsis qurultayı keçirildi.|author= |date=2014 |work= |publisher=musavat.com|accessdate=2014-2-23 |language=az}}</ref> Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazır ki sədri [[Ağasif Şakiroğlu]]dur

Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır.<ref>{{cite web|url=http://www.msk.gov.az/uploads/Sechki-2015/rey/aze/rey_34.pdf |archiveurl=http://www.msk.gov.az/uploads/Sechki-2015/rey/aze/rey_34.pdf  |archivedate=2015-10-7 |title=Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Ağasif Şakir oğlunun Mərkəzi Seçki Komissiyasına 05 oktyabr 2015-ci il tarixli 34 saylı müraciəti üzrə MSK rəyi|author= |date=2005 |work= |publisher=msg.gov.az|accessdate=2014-10-7 |language=az}}</ref> 2016-cı il referendum seçkilərini, həmçinin 2018-ci il aprel ayında keçirilmiş növbədənkənar prezident seçkilərini boykot etmiş və nəticələrini tanımamışdır.

===İslamçılar===
Əsasən gənc,narazı islamçılar və yaşlı nəslin [[Azərbaycan İslam Partiyası]].Uzun müddət müxalifət olaraq fəaliyyət göstərmiş AİP son zamanlar susqunlaşsa da,gənc nəsil mühafizəkar islamçıların [[Rifah Vətəndaş Hərəkatı]] ara-sıra fəallaşaraq yenidən susqunlaşır.Lakin,ənənəvi müxalifət kimi,islamçılar da hər zaman hakimiyyət üçün baş ağrısı olmuşdur.Bütün bunlara baxmauaraq,[[Rifah Vətəndaş Hərəkatı]] mühafizəkar mövqe nümayiş etdirərək hakimiyyəylə islamçıların arasını "yumşaltmağa" və çıx da dağıdıcılığa getməmək niyyətindədir.Lakin,[[Rifah Vətəndaş Hərəkatı]] da digər partiya və təşkilatlar kimi daima basqı və təzyiqlərə məruz qalmışdır.

== Simalar ==
[[Şəkil:Fuad Əliyev (siyasətçi).jpg|thumb]]
Fuad Ağası oğlu Əliyev
Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub.

1986-cı ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olunub.

1988-1989-cu illərdə Moskva və Mıtişi şəhərlərində orduda xidmət edib.

1992-ci ildə AXDİ-ni bitirib.

Əmək fəaliyyətinə 1986-ci ildə BNZ-də fəhləlikdən başlayıb. 1989-1991-ci illərdə Səbail rayonun Komsomol təçkilatında (sərbəst katib) işləyib. 1992-1995-ci illərdə Moskva şəhərində firmanın təsisçi və prezidenti vəzifəsində çalışıb. 1995-1996-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsində əməkdaş vəzifəsində çalışıb.

Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşi olub. 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib. 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib. 2001-ci il sentyabrın 15-də ALDP-nin I qurultayında yenidən sədr seçilib. 2017-ci il aprelin 12-i ALDP V Qurultayında yenidən sədr seçilib.

2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev 0.77% (28,423 səs) toplamaqla altıncı yeri tutub.

=== Ağasif Şakiroğlu ===
 [[Şəkil:Ağasif Şakiroğlu.jpg|thumb|left|200px|Ağasif Şakiroğlu]]
'''Ağasif Şakiroğlu''' (d. [[30 sentyabr]] [[1988]], [[Bakı]], [[Azərbaycan SSR]],) [[Gələcək Azərbaycan Partiyası]]nın sədri və lideri
[[Ağasif Şakiroğlu]] [[1994]]-cü ildə [[Bakı]] şəhərində, 276 saylı orta məktəbə daxil olmuş və [[2005]]-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir.
[[2012]]-ci ildə Ukraynanın [[Taras Şevçenko adına Kiyev Milli Universiteti]]nin Hüquq fakultəsinin qiyabi bölməsinə qəbul olmuşdur. [[2017]]-ci ildə ali təhsilini bitirmişdir. [[2006]]-cı ildən ictimai-siyasi həyata qoşulan [[Ağasif Şakiroğlu]] bir qrup gənclə bərabər Azərbaycan Demokratik Gənclər Hərəkatı adlı qurum təsis edərək ictimai-siyasi fəaliyyətə başlamışdır. [[2007]]-cı ilin sonlarında isə [[Müsavat Partiyası]]na qoşulub. 
[[2008]]-ci ildə 7 fərqli gənclər hərəkatlarının birləşməsi nəticəsində yaradılmış HƏDƏF Gənclər Koalisiyasının sədri seçilmişdir.
[[2011]]-ci ilin [[dekabr]] ayının 19-da üzvü olduğu [[Müsavat Partiyası]]ndan istefa verərək, öz siyasi fəaliyyətini [[Azərbaycan Respublikası]]nın eks-spikeri [[Rəsul Quliyev]]in lideri olduğu [[Açıq Cəmiyyət Partiyası]]nda (ACP) davam etdirmişdir.
[[2012]]-ci ilin [[fevral]] ayının 13-ü eks-spiker [[Rəsul Quliyev]]in müşaviri təyin edilmişdir.[[ 2013]]-cü ilin [[yanvar]] ayının 12-də isə eks-spiker [[Rəsul Quliyev]]in [[Azərbaycan]]dakı hüquqi və səlahiyyətli nümayəndəsi olaraq çalışmaqdadır. [[2013]]-cü ilin [[noyabr]] ayından eks-spiker [[Rəsul Quliyev]] ACP liderliyindən ayrıldığından və dekabr ayında ACP-nin bir partiya olaraq fəaliyyətinə xitam verildiyindən [[Ağasif Şakiroğlu]] da ACP-dən təmsil etdiyi Rəsul Quliyevlə bərabər ayrılmışdır.<ref>{{cite web|url=http://modern.az/az/news/47912#gsc.tab=0/|archiveurl=http://modern.az/az/news/47912#gsc.tab=0/|archivedate=2013-11-25 |title=AĞASİF ŞAKİROĞLU ACP-dən istefa verdi.|author= |date=2013 |work= |publisher=modern.az|accessdate=2018-08-11 |language=az}}</ref>
[[20 dekabr]] [[2013]]-cü il tarixində yeni Gələcək Azərbaycan adlı siyasi partiya təsis edən [[Ağasif Şakiroğlu]] və tərəfdarları [[23 fevral]] [[2014]]-cü ildə ilk təsis qurultaylarını keçirtmişlər.[[Gələcək Azərbaycan Partiyası]]nın (GAP) qurultayında eks-spiker [[Rəsul Quliyev]]in Azərbaycandakı nümayəndəsi [[Ağasif Şakiroğlu]] 5 il müddətinə [[Gələcək Azərbaycan Partiyası]]nın sədri seçilmişdir.<ref>{{cite web|url=http://musavat.com/news/son-xeber/gelecek-azerbaycan-partiyasinin-tesis-qurultayi-kechirildi_184296.html |archiveurl=http://musavat.com/news/son-xeber/gelecek-azerbaycan-partiyasinin-tesis-qurultayi-kechirildi_184296.html|archivedate=2014-10-7 |title=Gələcək Azərbaycan Partiyasının təsis qurultayı keçirildi.|author= |date=2014 |work= |publisher=musavat.com|accessdate=2014-2-23 |language=az}}</ref>

=== Isa Qəmbər ===
[[İsa Qəmbər]] (d. [[24 fevral]] [[1957]] - [[Bakı]], [[Azərbaycan SSR]]) - [[Müsavat Partiyası]]nın başqanı. 

[[1974]]-[[1979]]-cu illərdə [[Bakı Dövlət Universiteti]]nin tarix fakültəsində təhsil alıb. [[Azərbaycan Xalq Cəbhəsi|AXC]]-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, [[1990]]-[[1991]]-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. [[1990]]-cı ildə xalq deputatı seçilib. [[1991]]-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. [[1992]]-ci ilin may ayında Ali Sovetin sədri seçilib. [[1992]]-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.
Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və [[1992]]-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.

[[2003]]-cü ildə [[Azərbaycan Respublikası Prezidenti]] seçkilərində iştirak edir və 14% toplayaraq ikinci yeri tutur. [[2005]]-ci ildə "Azadlıq", [[2010]]-cu ildə isə "AXCP-Müsavat" blokunun tərkibində [[15 saylı Yasamal birinci seçki dairəsi]]ndən deputatlığa namizədliyini irəli sürüb lakin qalib gələ bilməyib. Hal-hazırda [[Müsavat Partiyası]]nın başqanı, "AXCP-Müsavat" blokunun həmsədri vəzifələrində çalışır.

=== Əli Kərimli ===
[[Əli Kərimli]] (d. [[28 aprel]] [[1965]] - [[Saatlı]], [[Azərbaycan SSR]]) - [[Azərbaycan Xalq Cəbhəsi Partiyası]]nın sədri.

[[1991]]-ci ildə [[Bakı Dövlət Universiteti]]nin hüquq fakültəsini bitirir. Daha sonradan "Yurd" ictimai birliyinin yaradıcısı olub. Daha sonradan AXC Ali Məclisinin üzvü, daha sonradan isə Ali Məclisin sədr müavini vəzifəsində çalışmağa başlayıblar.  [[1994]]-cü ilin may ayında Bakı şəhərinə qayıdıb və [[AXCP]] sədrinin siyasi məsələlər üzrə müavini təyin edilib. 1995-ci il noyabrın 12-də proporsional siyahı ilə AXC-dən Milli Məclisin deputatı seçilib. Əbülfəz Elçibəyin vəfatından sonra AXCP iki hissəyə - konservativ (KXCP) və reformist qanadlara bölünür. Kərimli reformist qanadının rəhbəri olur. Hazırda AXCP-nin sədridir.

=== Lalə Şövkət ===
[[Lalə Şövkət]] (d. [[7 noyabr]] [[1951]] - [[Bakı]], [[Azərbaycan SSR]]) - [[Azərbaycan Liberal Partiyası]]nın sədri və [[Vətəndaş və İnkişaf Partiyası]]nın yaradıcısı. [[2005]]-ci ildən aktiv siyasətdən uzaqlaşıb.

[[Azərbaycan Tibb Universiteti]]ndə təhsil alıb. [[1993]]-cü ildə [[Heydər Əliyev]] tərəfindən [[Azərbaycan Respublikası]] dövlət katibi vəzifəsinə təyin olunmuşdu. [[1995]]-ci ildə [[Azərbaycan Liberal Partiyası]]nın əsasını qoyub. [[2003]]-cü ildə [[Azərbaycan Respublikası Prezidenti]] seçkilərində iştirak edib və 7 namizəd arasında 4-cü yeri tutub. [[2005]]-ci ildə [[Azadlıq Siyasi Partiyalar Bloku]]na qoşulub, lakin parlamentdə yer uda bilməyib. Bundan sonra aktiv siyasətdən uzaqlaşıb.

=== Rəsul Quliyev ===
[[Şəkil:Rəsul Quliyev 29.03.2011.jpg‎‎|thumb|left|200px|Rəsul Bayram oğlu Quliyev]]

[[Rəsul Quliyev]] (d. [[10 dekabr]] [[1947]] - [[Qazançı]], [[Naxçıvan MSSR]], [[Azərbaycan SSR]], [[SSRİ]]) — [[Azərbaycan Respublikası Milli Məclisi]]nin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının fəxri üzvü.

[[1989]]-cu ildə Sovet İttifaqında ilk dəfə olaraq, rəhbərlik etdiyi Baki Neftayırma zavodunda alternativ əsasla seçki təşkil edir. [[1990]]-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilir. [[1991]]-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra - [[1992]]-ci il [[7 dekabr|dekabrın 7-də]] [[Azərbaycan Respublikası Dövlət Neft Şirkəti]]nin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilir. [[11 may]] [[1993]]-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir. [[1993]]-cü ilədək bu vəzifədə çalışmışdır. [[29 iyul]] [[1993]]-cü ildə Azərbaycan Respublikasının xalq deputatı olan Rəsul Quliyev [[Azərbaycan Respublikası Milli Məclisi]]nin üzvü seçilmişdir. [[1995]]-ci ildə yenidən Milli Məclisin üzvü və [[Azərbaycan]] Parlamentinin sədri seçilib. [[1996]]-cı il [[11 sentyabr|sentyabrın 11-də]] Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi [[ABŞ]]-da siyasi mühacir həyatı yaşayır. [[2003]]-cü ildə keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində [[Azərbaycan Demokrat Partiyası]] tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş, lakin [[Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası]] tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmamışdır. [[2005]]-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmag məqsədilə vətənə qayıdarkən, Azərbaycan beynəlxalq hava limanı Rəsul Quliyevin mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də təyyarə məcburi olarag Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev isə Azərbaycan hökumətinin təzyiqi sayəsində həbs edilir. ABŞ və nüfuzlu beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır. 2011-ci ildə Strasburq Beynəlxalq Məhkəməsi onun [[2005]]-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində qələbə qazanması barədə qərar qəbul edib. [[2011]]-ci ilin dekabr ayında internetdə öz blogunu yaradıb və [[2013]]-cü il [[Azərbaycan Respublikası Prezidenti]] postuna namizədliyini irəli sürəcəyini bildirib. Bundan başqa [[2012]]-ci ildə o [[Azərbaycan]]ın digər müxalifət liderlərinə ismarıj göndərərək onların siyasətdən getmələrini tələb edib. Rəsul Quliyevin dediyinə görə o [[2013]]-cü ilə qədər [[Azərbaycan]]a qayıdacaq və burada yeni və güclü bir müxalifət partiyası yaradacaq.

=== İqbal Ağazadə ===
[[İqbal Ağazadə]] - (d. [[18 sentyabr]] [[1968]] - [[Füzuli]], [[Azərbaycan SSR]], [[SSRİ]]) — [[Ümid Partiyası]]nın sədri.

[[Bakı Dövlət Universiteti]]ndə şərqşünaslıq fakültəsində və Kiyev Dövlət Universitetində hüquqşünaslıq fakültəsində təhsil alıb. [[2000]]-ci ildə [[Ümid Partiyası]]nın sədri seçilib. [[2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də 3 saylı Xətai üçüncü seçki dairəsindən qalib gəlib. [[2005]]-ci ildə yenidən deputat seçilib. Bundan başqa [[2005]]-ci ildə [[Azadlıq Siyasi Partiyalar Bloku]]nu dəstəkləyib və onların mitinqlərində də iştirak edib. [[2008]]-ci ildə [[Azərbaycan Respublikası Prezidenti]] seçkilərində iştirak edib və 2.32% səs yığmaqla 2-ci yeri tutub. Lakin hələ seçkilərdən qabaq o seçkilərin nəticələrini qəbul etməyəcəyini bildirib. [[2010]]-cu ildə deputat seçkilərində qalib gələ bilməyib.


===Gənc fəallar===
Tural Abbaslı([[Müsavat]]),Əhəd Məmmədli([[Müsavat]]),Əbülfəz Qurbanlı([[AXCP]]),Bəxtiyar Hacıyev,Turqut Qəmbər(NİDA),Qiyas İbrahimov,Bayram Məmmədov,Azad İsazadə(AGT),Cavad Qurbanlı([[Rifah Vətəndaş Hərəkatı]]),Asim Məmmədov([[Rifah Vətəndaş Hərəkatı]]),Hacı Tale Bağırov və s. kimi gənc liderlər də olmuşdur.Lakin bu gənclərin fəaliyyətinə hər zaman əngəllər də yaradılmışdır.

== Siyasi bloklar ==
=== Bizim Azərbaycan (2003-2005) ===

{{main|Bizim Azərbaycan Siyasi Partiyalar Bloku}}

"Bizim Azərbaycan" siyasi partiyalar bloku [[29]] [[mart]] [[2003]] tarixində təsis olunub. Bu bloka 21 siyasi partiya və onlarla siyasi icma daxil olub. [[2003]]-cü il prezident seçkilərində bu blok [[İsa Qəmbər]]i dəstəkləyib. Seçkilərdən sonra isə 2 qola bölünüb. Birinci qol [[İsa Qəmbər]]i dəstəkləməyə davam edib və [[2005]]-ci ildə [[Azadlıq Siyasi Partiyalar Bloku]]na daxil olub. İkinci qol isə bir müddətdən sonra dağılıb.

[[Şəkil:Azadlıqbloku.jpg‎|thumb|left|300px|Azadlıq]]

=== Azadlıq (2005) ===
[[2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]] ərəfəsində Azərbaycanın müxalifət partiyaları birləşərək [[Azərbaycan]]da ilk siyasi partiyalar bloku olan [[Azadlıq Siyasi Partiyalar Bloku]]nu yaratdılar. Bu blokun üzvləri: [[Azərbaycan Xalq Cəbhəsi Partiyası]], [[Müsavat Partiyası]] (yaradıcıları), [[Azərbaycan Demokrat Partiyası]], [[Azərbaycan Liberal Partiyası]] və həmin zaman hələ rəsmən partiya statusu almamış [[Vətəndaş və İnkişaf Partiyası]]. Bu partiyaların sədrləri [[İsa Qəmbər]], [[Əli Kərimli]] və [[Lalə Şövkət]] Azadlıq blokunun aktiv liderləri idilər. Seçkilərdən qabaq blok üzvləri keçmiş Qələbə kinoteatrının qarşısında böyük miqyaslı [[mitinq]]lər keçirirdilər.  Seçkilərdə Azadlıq bloku cəmi 6 yer uda bildi. Bu 6 yerdən 5-i [[Müsavat Partiyası]]nın, 1-i isə [[Azərbaycan Xalq Cəbhəsi Partiyası]]nın payına düşdü. Seçkilərdən sonra [[2006]]-cı ildə [[Azadlıq Siyasi Partiyalar Bloku|Azadlıq]] bloku fəaliyyətini dayandırdı.

=== YES (2005-2007) ===
[[2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]dən qabaq Azərbaycanda daha bir siyasi blok yaradılmışdı. Bu blokun adı "Yeni Siyasət" (YeS) olmuşdur. Bu blokun ümumilikdə 8 üzvü var idi: Eldar Namazov, Yaqub Məmmədov, Vahid Əhmədov, Əli Məsimov, Rəhim Hüseynov, Eldəniz Quliyev, Rəşid Hacılı və Samir Cəfərov. Blokun bütün üzvləri azad namizədlər idi və heç bir partiyaya daxil deyildilər. [[2007]]-ci ildə bu siyasi blok fəaliyyətini dayandırdı.

=== AXCP-Müsavat (2010) ===
[[2010]]-cu ildə [[Müsavat Partiyası|Müsavat]] və [[Azərbaycan Xalq Cəbhəsi Partiyası|AXCP]] birləşərək "AXCP-Müsavat" adlanan siyasi blok yaratdı. Lakin bu blok [[2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də bu blok mandat uda bilməmişdi. Bu siyasi blok hal-hazırda fəaliyyət göstərir.

== Mitinqlər ==
[[2003]]-cü ildə [[Azərbaycan Respublikası Prezidenti]] seçkilərindən sonra rəsmi açıqlamaya görə 14% səs yığaraq məğlub olan [[İsa Qəmbər]] seçkilərin saxtalaşdırıldığını bəyan etdi və Bakıda genişmiqyaslı mitinqlərə başlandı.Mitinqlər polis gücü ilə dağıdıldı.Qarşıdurmalar zamanı beş nəfər ölmüş,200 ə yaxın insan ağır yaralanmışdır.Yüzlərlə insan həbs olunmuşdur ki,onların da bəzilə həbsxanada ölmüşdür.

[[2005]]-ci ildə [[Azərbaycan]]da yaradılmış [[Azadlıq Siyasi Partiyalar Bloku|Azadlıq]] bloku [[Bakı]] şəhərində böyük miqyaslı mitinqlər keçirməyə başladı. "Narıncılar" adı altında tanınan mitinqçilər [[Bakı]] şəhərində keçmiş Qələbə kinoteatrının qarşısında olan meydanda keçirilirdi. Bu mitinglərin bir hissəsi icazə ilə keçirilsə də digərləri icazəsiz keçirilib və polis tərəfindən dayandırılıb.26 noyabr 2005-ci ildə keçirilən son mitinq polis tərəfindən dağıdılmış,ölən və yüzlərlə yaralanan olmuşdur.300 dən artıq insan həbs olunmuşdur.

[[2011]]-ci ilin ərəb baharı hadisələrindən sonra 11 mart günü bir qrup gənc [[Bakı]]da etiraz aksiyası keçirməyə cəhd göstərdi,nümayişçilər polis tərəfindən saxlandı.Saxlanan gənclər bir neçə gün sonra azad edildi.AXCP və Müsavat partiyalarının fəalları yenidən 17 aprel 2011-də [[Bakı]]da mitinq təşkil etmiş və nümayiş polis tərəfindən dağıdılmışdır.Bu aksiyalarda ümumi 300 ə yaxın insan həbs olunmuş,yaralılar olmuşdur.

[[2012]]-ci ildə [[Eurowision]] ərəfəsində [[Bakı]]da  mitinqlər keçirilmişdir.Bu aksiyalardan bəziləri razılaşdırılmış,bəziləri razılaşdırılmamışdı.Razılaşdırılmamış aksiyalar dağıdılmışdır.Həmin ilin ən qorxunc aksiyası 5 oktyabrda [[İslam]]çıların [[Təhsil Nazirliyi]] qarşısında keçirdiyi "Hicaba azadlıq" aksiyası olmuşdur.qarşıdurmalar zamanı 10 polis,50 ə yaxın [[İslam]]çı yaralanmış,70 nəfər həbs olunmuşdur.

== Liderlər ==
{| class="wikitable"      
|-
! Partiya
! Lider
! Sədr seçildiyi il
|-
|[[Müsavat Partiyası]]
| [[İsa Qəmbər]]
| [[1992]]
|-
|[[Gələcək Azərbaycan Partiyası]]
| [[Ağasif Şakiroğlu]]
| [[2014]]
|-
|[[Azərbaycan Xalq Cəbhəsi Partiyası]]
| [[Əli Kərimli]]
| [[2000]]
|-
|[[Azərbaycan Liberal Partiyası]]
| [[Lalə Şövkət]]
| [[1995]]
|-
|[[Ümid Partiyası]]
| [[İqbal Ağazadə]]
| [[2000]]
|-
|[[Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası]]
| [[Qüdrət Həsənquliyev]]
| [[2004]]
|-
|[[Azərbaycan Demokrat Partiyası]]
| [[Sərdar Cəlaloğlu]]
| [[2007]]
|-
|[[Vətəndaş və İnkişaf Partiyası]]
| Əli Əliyev
| [[2007]]
|-
|Dünyəvi Bozqurd Partiyası
|Şakir Ulubəy
|1993
|-
|[[Respublikaçı Alternativ Partiyası]]
|[[İlqar Məmmədov]]
|[[2009]]
|-
<br />
|}

== Mənbə ==
* [http://www.axcp.az/ AXCP]
* [http://www.musavat.com/new/ Müsavat]
* [http://www.umidparty.org/ Ümid Partiyası]

== Xarici keçidlər ==
* [http://www.isagambar.az/ İsa Qəmbərin blogu]
* [http://akarimli.wordpress.com/ Əli Kərimlinin blogu]
* [http://www.lalashevket.az/new3/az/news.php?lang=1 Lalə Şövqətin blogu]
* [http://agasif.blogspot.com/ Ağasif Şakiroğlunun Rəsmi bloqu]
* [http://www.facebook.com/agasif.sakiroglu Ağasif Şakiroğlunun Rəsmi facebook səhifəsi]

== Həmçinin bax ==
* [[Azərbaycan iqtidarı]]

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Azərbaycanda siyasət]]
[[Kateqoriya:Siyasi müxalifət]]