Revision 5178555 of "Əsəd Əliyev" on azwiki

{{iş gedir}}

'''Əsəd Əliyev''' (tam adı:Əsəd Cabbar oğlu Əliyev;{{DVTY}}) — maarif xadimi, [[Azərbaycan Respublikasının əməkdar müəllimi]]

== Həyatı ==
Əsəd Cabbar oğlu Əliyev [[1918-ci il]] [[9 fevral]]-da [[Nehrəm]] kəndində anadan olmuşdur. Finlandiya-Rusiya müharibəsi və  [[Böyük Vətən Müharibəsi]]nin iştirakçısı olub. Ağır yaralandığı üçün [[1942-ci il]]in əvvəllərində ordu sıralarından tərxis olunub.

=== Təhsili ===
[[1935-ci il]]də Nehrəm kənd yeddiillik məktəbi bitirib. Naxçıvan Pedaqoji Məktəbinə daxil olmuş və 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1956-ci ildə APİ-nin tarix fakültəsini bitirib.

[[1994-cü il|1994-cü il]] [[24 noyabr]]da ayının [[Nehrəm]] kəndində vəfat edib.
== Fəaliyyət ==

=== Əmək fəaliyyəti ===

Pedoqoji fəaliyyətə [[1938-ci il]]in [[sentyabr]]-[[oktyabr]] aylarında [[Culfa rayonu]]nun Əbrəqunus kənd məktəbində başlayıb.

[[1942]]-[[1944-cü il]]lər ərzində [[Nehrəm]] kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib. [[1944-cü il]]də [[Nehrəm]] kənd ZDS-nin katibi seçilib və [[1947-ci il]]ədək həmin vəzifədə çalışıb. Eyni zamanda bu müddət ərzində Kəndli-Gənclər məktəbində müəllimlik etdirib. 1947-1958-ci illərdə yeni yaradılmış Çeşməbasar kənd yeddiillik məktəbində müəllim işləyib. [[1958]]-[[1961-ci il]]lərdə Nehrəm kənd orta məktəbinin direktoru, [[1961]]-[[1962]]-ci illərdə Nehrəm kolxozunun sədri vəzifəsində çalışıb. 1962-ci ildə yenidən Çeşməbasar kənd səkkizillik məktəbinə qayıdaraq [[1971-ci il]]in sentyabr ayınadək orada müəllim işləyir. [[1971-ci il]]dən [[1994-cü ilə]]dək, ömrünün sonunadək [[Nehrəm]] kənd 1 saylı orta məktəbində müəllim işləyib.

== Təltif və mükafatları ==

* [[1979-cu il]]də “[[Baş müəllim]]”, 
* [[1982-ci il|1982-ci i]]ldə “Metodist müəllim”, 
* [[1984-cü il]]də “[[Əməkdar müəllim|Azərbaycanın əməkdar müəllimi]]” fəxri adlarına layiq görülməşdir. 
* “Qabaqcıl maarif xadimi” döş nişanı və Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

== Mənbə ==
* {{Kitab3 |müəllif= |başlıq=Naxçıvan Ensiklopediyası |yer=Bakı |nəşriyyat= |il=2002|səhifə=134|isbn=5-8066-1468-9}}