Revision 5392873 of "Əsəd Əliyev" on azwiki

{{Şəxs
 |Adı                  = Əsəd Əliyev
 |Orijinal adı         = Əsəd Cabbar oğlu Əliyev
 |Şəkil                = 
 |Şəkil miqyası        = 
 |Şəkil məlumat        = 
 |Doğum tarixi         = 19.2.1918
 |Doğum yeri           = [[Naxçıvan]],[[İrəvan quberniyası|İrəvan quberniyası]],[[Zaqafqaziya Komissarlığı]]
 |Vəfatı               = 24.11.1994
 |Vəfat yeri           = [[Naxçıvan Muxtar Respublikası]],[[Nehrəm]]
 |Ölüm səbəbi          = 
 |Mənşəyi              = 
 |Məşqulluğu           = [[Müəllim]]
 |Boyu                 = 
 |Çəkisi               = 
 |Tapılma tarixi       =
 |Tapanı               = 
 |Sayt                 = 
 |Qeyd                 = 
}}
'''Əsəd Əliyev''' (tam adı:''Əsəd Cabbar oğlu Əliyev'';{{DVTY}}) — maarif xadimi, [[Azərbaycan Respublikasının əməkdar müəllimi]]

== Həyatı ==
Əsəd Cabbar oğlu Əliyev 1918-ci il 9 fevral-da [[Nehrəm]] kəndində anadan olmuşdur. Finlandiya-Rusiya müharibəsi və [[Böyük Vətən Müharibəsi]]nin iştirakçısı olub. Ağır yaralandığı üçün 1942-ci ilin əvvəllərində ordu sıralarından tərxis olunub.

=== Təhsili ===
1935-ci ildə Nehrəm kənd yeddiillik məktəbi bitirib. Naxçıvan Pedaqoji Məktəbinə daxil olmuş və 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1956-ci ildə APİ-nin tarix fakültəsini bitirib.

[[1994-cü il]] 24 noyabrda ayının [[Nehrəm]] kəndində vəfat edib.

== Fəaliyyət ==

=== Əmək fəaliyyəti ===
Pedoqoji fəaliyyətə 1938-ci ilin sentyabr-oktyabr aylarında [[Culfa rayonu]]nun Əbrəqunus kənd məktəbində başlayıb.

1942–1944-cü illər ərzində [[Nehrəm]] kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib. 1944-cü ildə [[Nehrəm]] kənd ZDS-nin katibi seçilib və 1947-ci ilədək həmin vəzifədə çalışıb. Eyni zamanda bu müddət ərzində Kəndli-Gənclər məktəbində müəllimlik edib. 1947–1958-ci illərdə yeni yaradılmış Çeşməbasar kənd yeddiillik məktəbində müəllim işləyib. 1958–1961-ci illərdə Nehrəm kənd orta məktəbinin direktoru, 1961–1962-ci illərdə [[Nehrəm]] kolxozunun sədri vəzifəsində çalışıb. 1962-ci ildə yenidən [[Çeşməbasar]] kənd səkkizillik məktəbinə qayıdaraq 1971-ci ilin sentyabr ayınadək orada [[müəllim]] işləyir. 1971-ci ildən 1994-cü ilədək, ömrünün sonunadək [[Nehrəm]] kənd 1 saylı orta məktəbində müəllim işləyib.

=== İctimai fəaliyyəti ===
[[Babək]] rayon Müharibə və Əmək Veteranları Şurasının və [[Naxçıvan Muxtar Respublikası]] Ağsaqqallar Şurasının sədri olub.

== Təltif və mükafatları ==
* 1942-ci il "İgidliyə görə" medalı
* 1979-cu ildə "[[Baş müəllim]]",
* [[1982-ci il]]də "Metodist müəllim",
* 1984-cü ildə "[[Əməkdar müəllim|Azərbaycanın əməkdar müəllimi]]" fəxri adlarına layiq görülməşdir.
* "Qabaqcıl maarif xadimi" döş nişanı və Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

== Mənbə ==
* {{Kitab3 |müəllif= |başlıq=Naxçıvan Ensiklopediyası |yer=Bakı |nəşriyyat= |il=2002|səhifə=134|isbn=5-8066-1468-9}}