Revision 5447955 of "Nostradamus" on azwiki{{qaralama-az}}
{{Şəxs
|Adı = Mişel de Nostradamus
|Orijinal adı =
|Şəkil = Nostradamus by Cesar.jpg
|Şəklin ölçüsü = 200
|Şəklin izahı = Nostradamusun oğlu tәrәfindәn çәkilәn portreti
|Digər adı =
|Doğum tarixi = 14.12.1503
|Doğum yeri =
|Vəfat tarixi = 2.7.1566
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Uşağı = Sezar De Nostradamus
|Atası =
|Anası =
|Milliyəti =
|Tanınır =
|Vikianbar =
}}
'''Mişel Nostradamus''' ({{Dil-fr|Michel de Nostredame}}; [[14 dekabr]] [[1503]] – [[2 iyul]] [[1566]]) — Fransalı [[astrologiya|astroloq]], [[həkim]] və [[münəccim]].
== Həyatı ==
Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam [[1503]]-cü il dekabrın 14-də Fransanın Sen Remi vilayətində, xaçpərəstliyi (katolikliyi) qəbul etmiş yəhudi ailəsində anadan olub.
Klassik ədəbiyyatı, münəccimliyi və ilk tibbi bilikləri evdə öyrənib. [[Avinyon üniversiteti]]-ndə [[fəlsəfə]], [[qrammatika]] və [[oratorluq|oratorluğu]] öyrənib. Şöhrətini XVI əsrdə [[Avropa]]da tüğyan edən [[Qara ölüm]]ün ([[taun]] epidemiyasının) həllində əldə etdiyi uğurlara görə qazanıb.
Nostradamusun toxdağı təzə hava, təmiz su və [[C vitamini]] idi. Bu toxdaqla onlarca insan ölümdən qurtardılar ancaq Nostr Adamus öz qadını ilə iki uşağını qurtara bilmədi. Onlar 1537-ci ildə öldülər və Nostr Adamus o zaman yaşadığı [[Axen şəhəri]]ni tərk edib altı il sürəcək səfillikdə yaşamağa baş qoydu. Təxminən bu zamanlarda özündə gələcəyi görmə duyğularının oyanışını hiss etdi. 1547-ci ildə Nostradamus [[Salon şəhəri]]ndə qalarğı yaşayışı başlıyıb yenidən evlənib altı uşaq – üç oğlan, üç qız- sahibi oldu. O, Salondaki evinin yuxarı qatını laboratoriya eliyib oranı əcaib aynalar, usturlablar, manqal və Delfi`də Apolon hirəmindəki (piramidindəki) müqəddəs üçdirəklisinə bənzəyən üçdirəkli ilə doldurdu.
1550-ci ildə Nostradamus uzun uzadı fikirləşəndən sonra iyirmi dörd öngörücü rubaidən ibarət (şamil olan) bir [[təqvim]] yaydı.
Nostr Adamusun bu təqvimini xoş qarşılamaları onun öz öngördüklərindən belə çox idi və yaşamının sonunadək ildə bu təqvimlərdən birini yaymaq yetərdi. O, Avropanın gələcəkdə yaşayacaq tarixini göstərən "[[Senturilərin|Senturilər]]" (yüzilliklər) әsәrini yazmağa [[1554]]-cü ildə başladı.
Bir il sonra hər bölümdə yüz dördlüyü (rubaisi) olan ilk dörd bölümlü kitabı yayıldı. Senturlərin sonuncu olaraq onuncu bölümü [[1558]]-də buraxıldı.
Sonralar bilginin oğulları senturilərə təkmilə olaraq "Oraqul" ([[Oracul]]) adında bir kitab çıxardılar."Senturilər" [[latincə]] izafəlerlə yanaşı qədim [[fransızca]] yazılmışdırlar. Bu kitabın önsözündə Nostradamus "öngörülərin" "[[Ruhülqudus]]`un ağzından" olmasını vurğulamaqdadır (tə`kid etməkdədir). Nostradamus İnkizisyon biləsinə qondarmış xəbərçilərin sorğulamasından qorxaraq simbollar dili, tutuşdurma (müqayisə), adlar və tarixləri rəmzlə yazmaqdan yararlanaraq kitabı rəmzi formada yazmışdır.
"[[Senturilər]]" araşdıranların verdiklərinə görə Nostradamus dördlüklərin ilk hərflərində olacaq olayların tarixini say rəmzlərində gizlətmişdir. Belə ki rubailərin hər misrə`i özəl bir say verir. İlk hərflərdə olan hərflərin say toplamı, birinci, ikinci, ya da üçüncü misrə`in sayı ilə birdir. (demək bu hansı minilliyi işarə etməkdədir). Obiri (digər) missrə`lərin say toplamı da özəl bir olayın qalan tarixini görsətməkdədir. Hərdən rubailərdə bu qaydanı pozan qəsdi yanlışlar buraxılmışdır. Bütünlüyü 970 ruba`ini içərən "[[Senturilər]]" sanki yazarın gələcəyə getdiyi yolculuğun günlüğü kimidirlər. (2300-cü ildən sonranın olaylarını öngörən dördlüklər kökdən yox olub da əlimizə yetişməmişdir.)
[[Müəmma]]lı öngörülərin ilk basımının görünməmiş başarısından sonra şe`r sayağı müəmmalar üzərinə dərin etki buraxan Fransanın kraliçası (mələkəsi) [[Qatrina Mediç]]i, Mişel de Nostradamus`u [[Paris]]`də qəsrinə çağırdı.
Bu [[1556]]-nci ilin iyulundan avqustunadək sürən bir aylıq yolçuluq çox uğurlu oldu. Nostradamus [[Enn Monmoransi]] və başqa zadəganlar tərəfindən məhəbbət və hədiyyələrlə qarşılandı.
[[1564]]-də şah [[II Henri]]`nin bir şövaliyelik (atçılıq) təmrinində ölüb Nostradamus öncədən işarələdiği kimi onun varisi olan [[II Fransis]] də ansızın (birdən, nagəhan) öləndən sonra [[Fransa]]nın qralı [[IX Karl]] Nostradamus`u öz şəxsi həkimi, münəccimi olaraq mənsub etdi.
Tarixdə məşhur olan olay Nostradamus`un Fransalı gənc keşiş [[Feliçe Piyereti]]`nin önündə diz çöküb onun gələcək [[Roma]] katolik kilsəsi papası olacağını öngördü. Gənc [[keşiş]] bunu inanmayıb da bu sözə güldü amma 19 il sonra [[VI Sikst]] adı ilə Roma papası oldu.
Deyilənlərə görə Nostradamus öz ölümünün dəqiq tarixini də bilirmiş. [[1566]]-cı il iyulun birinci günü axşamı qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək ona "məni sabah diri görməyəcəksiniz" demişdi. O günün sabahı onu labratuarının yerində cansız tapırlar. Nostradamus vəsiyyətnaməsində çürümüş sümükləri dağılmsın deyə ayaqüstə [[mumya]]lanmasını istəmişdi.
Onun məzar daşının üstündə "burda fanilərin biri, ulduzların yerkürənin üzündə olacaq olayların üzərin buraxan etkilərini anlamaq və tanrısal qələmi ilə yazmaq vergisinə sahib olan Nostradamus`un sümükləri mumyalanmışdır" yazılmışdır.
Onun şöhrətinə həsudluq (hisadət) edənlər müccimin sadə bir [[Alkol]]pərəst olduğunu və dördlüklərini alköl dəliliklərində yaratdığını yazırdılar.Fransua Rable onun haqqında məsxərə ilə "tanrısal şüşələr mö`cüzələri" adı verərək danışır.
1781-də Roma papası Nostradamus`un öngörülərini təkfir edib onların yayılmasını yasaqladı. On il sonra inqilabçı [[Yaqobin]]lər onun məzarını söküb sümüklərini çıxarıb açıb sonra dağıtdılar.
Tərəfdarları onun yadigarlarını saxlıyıb Salondaki [[Sən Loran kilsəsi]]nə daşıdılar (bu şeylər bu günə dək kilsədə qalır).
[[Senturilər]]də Fransada əsrin yenilənməsini tapan inqilabçı [[Robespiyer]]in əmri ilə hörmətsizlik edənləri cəzalandırırıar.
Bəzi tarixçilərin dediklərinə görə Nostradamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Dunyanın ən zalım insanlarının adını verəndə isə özündən 200 il sonraki [[Napoleona Bəstəboy]] demişdir.Sonraki 300 ilin zalımı isə Hister adını verdiyi [[Hitler]] olmuşdur.
Inqilab toplumu hələ Nostradamusun məzarı üstünə "inqilabı öngörən" lövhəsi qoymaq qərarına da gəlir. Anadan olduğu şəhər [[Sən Remi]]də də heykəli qurulur.
Bu günədək rubailərin tapmacalarını çözmək için çox çalışmalar olub çoxlu say çevirmələr və çözüm kitabları yayılmışdır. Bəzi araşdıranlara görə Nostradamusun öngördüklərinin doğruya çıxdığının faizi çox yuxarıdır.
== Xarici keçidlər ==
{{Vikianbar kateqoriyası|Michel de Nostredame}}
[[Kateqoriya:Öncəgörənlər]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=5447955.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|