Revision 5467649 of "Çingiz Əliyev (polkovnik-leytenant)" on azwiki

{{Şəxs
|Adı              = Çingiz Əliyev
|Orijinal adı     = Çingiz Cavan oğlu Əliyev
|Şəkil            = Çingiz Əliyev.polkovnik.png
|Şəklin ölçüsü    = 250px
|Şəklin izahı     = 
|Digər adı        = 
|Doğum tarixi     = 20.12.1961
|Doğum yeri       = [[Sumqayıt]], [[Azərbaycan SSR]]
|Vəfat tarixi     = 
|Vəfat yeri       = 
|Vəfat səbəbi     = 
|Dəfn yeri        = 
|Atası            = 
|Anası            = 
|Milliyəti        = 
|Tanınır          = 
|Mükafatları      = {{"Azərbaycan Bayrağı" ordeni}}
|Vikianbar        =
}}

'''Çingiz Əliyev''' ({{dil-az|Çingiz Cavan oğlu Əliyev}}; d.[[20 dekabr]] [[1961]] [[Sumqayıt]], [[Azərbaycan]]) — Azərbaycan polkovnik-leytenantı.

==Həyatı==
Çingiz Əliyev 1961-ci ilin dekabrın 20-də Sumqayıt şəhərində anadan olmuşdur. [[1979]]-cu ildə Sumqayıt şəhərinin 12 №-li orta məktəbi, [[1985]]-ci ildə isə [[Rusiya]]da Ali Hərbi Ümumqoşun Komandirləri məktəbini bitirmişdir. 1985-87-ci illərdə Əfqanıstanda xidmət etmiş, döyüşlərdə yaralanmış, Sovet dövləti tərəfindən orden və medallarla təltif olunmuşdur. 1992-ci ilin mayına kimi Sovet ordusu sıralarında xidmət etmişdir. [[1996]]-cı ildə Türkiyə Silahlı Qüvvələr Akademiyasını “''Çox Başarı''” dərəcəsi ilə bitirmişdir. Ailəlidir, iki övladı var.  

==Xidməti==
[[1992]]-ci ilin mayından [[Kəlbəcər]] rayonunun müdafiəsində, [[Ağdərə]] və [[Laçın]] rayonlarının işğalçılardan azad olunması zamanı 701 saylı briqadada tabor komandiri vəzifəsində döyüşmüş və bu döyüşlərdə də yaralanmışdır. [[1993]]-cü ilin dekabrından atəşkəsə kimi 706 saylı briqadada briqada komandirinin müavini vəzifəsində döyüşmüşdür. [[1996]]-[[2002]]-ci illərdə MN-nin Əməliyyat İdarəsinin Baş zabiti, 181 saylı briqadanın komandiri, Azərbaycan Ali Hərbi Məktəbində müəllim vəzifələrində xidmət etmiş və [[2002]]-ci ildə öz istəyi ilə ordu sıralarından tərxis olunmuşdur. [[2007]]-[[2012]]-ci illərdə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat institutunda işləmişdir. Hal-hazırda İdarəetmə Sistemləri institutunda işləyir.

==Mükafatı==
Mayor və polkovnik-leytenant rütbələrinə layiq görülmüş Çingiz Əliyev döyüşlərdə göstərdiyi igidliyə görə H.Əliyev tərəfindən “''Azərbaycan Bayrağı''” ordeni ilə təltif olunmuşdur.<ref>{{cite web |url =http://anl.az/el/emb/H.Eliyev/xatire/ali_herbi_mekteb.html |archiveurl =https://web.archive.org/web/20180318073748/http://anl.az/el/emb/H.Eliyev/xatire/ali_herbi_mekteb.html |archivedate =18 March 2018 |title =Azərbaycan Hərbi Məktəbi |author = |date = |publisher = |accessdate =2019-02-28 |language = |url-status =live }}</ref>

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Sumqayıtda doğulanlar]]
[[Kateqoriya:Polkovnik-leytenantlar]]