Revision 5467928 of "İkinci Mahmud" on azwiki{{Yazıçı
|Adı = İkinci Mahmud
|Orijinal adı = Mahmud İsmayıl oğlu Ağakişiyev
|Şəkil = İkinci Mahmud.jpg
|Şəkil miqyası = 250px
|Şəkil məlumat =
|İlk adı = Mahmud Ağakişiyev
|Təxəllüsü = İkinci Mahmud
|Doğum tarixi = 30.5.1986
|Doğum yeri = [[Qazax]], [[Azərbaycan SSR]], [[SSRİ]]
|Vəfatı = 6.7.2019
|Vəfat yeri = [[Bakı]], [[Azərbaycan]]
|Vəfat səbəbi = [[ürək tutması]]
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Vətəndaşlıq = {{AZE}}
|Milliyət = [[azərbaycanlı]]
|İxtisası =
|Təhsili = [[Bakı Dövlət Universiteti]]
|Fəaliyyəti = publisist, esseist
|Fəaliyyət illəri = 2013–2019
|Əsərlərinin dili =
|İstiqamət =
|Janr =
|İlk əsəri =
|Mükafatları =
|imdb_id =
|İmzası =
|Sayt =
}}
'''İkinci Mahmud''' (əsl adı: ''Ağakişiyev Mahmud İsmayıl oğlu''; {{DVTY}}) — yazıçı, esseist, publisist.
== Həyatı ==
Əsl adı Ağakişiyev Mahmud İsmayıl oğlu olan İkinci Mahmud [[1986]]-cı ildə [[Qazax rayonu]]nun [[Muğanlı (Qazax)|Muğanlı]] kəndində anadan olmuşdur.
Muğanlı kənd orta məktəbini bitirmişdir. [[Bakı Dövlət Universiteti]]ndə [[filologiya]] <small>(bakalavr, [[2003]]-[[2007]])</small> və türkologiya <small>(magistr, [[2008]]-[[2011]])</small> üzrə təhsil almışdır. [[2009]]-[[2010]]-cu illərdə [[Ankara]] şəhərində yerləşən [[Bilkənd Universiteti]]ndə ''Türk dili və ədəbiyyatı'' üzrə kurs keçmişdir.
=== Yaradıcılığı ===
[[Şəkil:İkinci Mahmud və Əkrəm Əylisli.jpg|thumb|left|250px|İkinci Mahmud, [[Azərbaycan Respublikası]]nın sabiq [[xalq yazıçısı]] [[Əkrəm Əylisli]] ilə birlikdə ([[2019]]).]]
[[2013]]-cü ildən mətbuatda çıxış etməyə başlamışdır. Müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilmişdir.
''Ümid arası'' adlı hekayəsi [[alman dili]]nə tərcümə edilmişdir. Özü isə [[Artur Şopenhauer]], [[Alber Kamü]], [[Umberto Eko]], [[Çak Palanik]], [[Viktor Pelevin]], [[Nodar Dumbadze]], [[Haruki Murakami]] kimi müəlliflərin bir-neçə esse və hekayəsini [[Azərbaycan dili]]nə tərcümə etmişdir. ''Synaps Library'' layihəsinin ideya müəlliflərində biridir.<ref>[http://sim-sim.az/afisha/synaps-library-n%C9%99dir-manifest/ “Synaps Library” nədir?- MANİFEST]. sim-sim.az, 18.09.2015 {{az}}</ref>
''Tarixin izi ilə'' adlı bədii-dokumental filmin ssenari müəllifi və rejissorlarından biridir.
* ''Tualet kağızı: heç nə haqqında üç esse'' ([[2013]]) – publisistika. Publisistik fraqmentlərdən və esselərdən ibarət olan ''Tualet kağızı: heç nə haqqında üç esse'' kitabında müəllifin mental dəyərlər, din, cinayət anlayışı haqqında düşüncələri yer almaqdadır. Kitab [[Qanun Nəşriyyatı]] tərəfindən çap edilmişdir. ''Tualet kağızı: heç nə haqqında üç esse'' kitabı [[2013]]-cü ilin [[mart]] ayında bir neçə onlayn kitab mağazasında satış reytinqi üzrə birincə olmuşdur.
* ''Ümid arısı'' ([[2015]]) – hekayələr. ''Ümid arısı'' hekayələr toplusunda müəllifin müxtəlif vaxtlarda yazdığı 6 hekayə (''Tanımal'', ''Ümid arısı'', ''Babamın dişi'', ''Yersiz ölüm'', ''Bahar qarının Quranı'', ''Lyuk'') cəmlənmişdir. 64 səhifədən ibarət olan kitab, [[Mütərcim Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi]] tərəfindən çap edilmişdir.
* ''Bataqlıq donuzu'' ([[2015]]) – povest. ''Bataqlıq donuzu'' povesti psixoloji problemlərdən əziyyət çəkən, gənc və uğursuz fotoqrafın həyat hekayəsidir.
=== Ölümü ===
Mahmud Ağakişiyev [[2019]]-cu ilin [[6 iyul]] tarixində [[Xətai rayonu]]nda yerləşən evində vəfat edib. Ürək tutmasından dünyasını dəyişən yazıçı, anadan olduğu [[Qazax rayonu]]nun Muğanlı kəndində dəfn edilib.<ref>{{cite web |url =https://www.azadliq.org/a/30040396.html |archiveurl =https://web.archive.org/web/20190707150046/https://www.azadliq.org/a/30040396.html |archivedate =2019-07-07 |title =Gənc yazar İkinci Mahmud vəfat etdi |author = |date = |publisher =[[Azadlıq Radiosu]] |accessdate =2019-07-15 |language =Azərbaycanca |url-status =live }}</ref>
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Qazax rayonunda doğulanlar]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Qazax rayonunda dəfn olunanlar]]
[[Kateqoriya:Azərbaycan yazıçıları]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=5467928.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|