Revision 5471263 of "İzzət Həmidov" on azwiki

{{Şəxs
|Adı              = İzzət Həmidov
|Orijinal adı     = Həmidov İzzət Ataykişi oğlu
|Şəkil            = İzzət Həmidov.png
|Şəklin ölçüsü    = 250px
|Şəklin izahı     = 
|Digər adı        = 
|Doğum tarixi     = 5.12.1930
|Doğum yeri       = [[Vartaşen(Oğuz) rayonu,Kərimli kəndi.Azərbaycan SSR]]
|Vəfat tarixi     = 22.1.1990
|Vəfat yeri       = Bakı, [[Azərbaycan SSR]]
|Vəfat səbəbi     = 
|Dəfn yeri        = 
|Atası            = 
|Anası            = 
|Milliyəti        = [[Azərbaycan]]lı
|Fəaliyyəti       = '''[[Qara Yanvar]]''' şəhidi.
|Tanınır          = 
|Vikianbar        =
}}

'''İzzət Həmidov''' ({{dil-az|Həmidov İzzət Ataykişi oğlu}}) - [[20 yanvar faciəsi|20 yanvar]] şəhidi. [[Azərbaycan Respublikasının Prezidenti]]nin [[31 mart]] [[1998]]-ci il tarixdə fərmanı ilə ölümündən sonra '''[["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı|20 Yanvar Şəhidi]]''' fəxri adı verilmişdir.

== Həyatı ==

Mübariz Hacıyev [[1930]]-cu ilin [[05 dekabr]] tarixində anadan olub. [[Yer Quruluşu Layihə İnstitutu]]nda işləyib. Yanvarın 20-də həyat yoldaşı ilə öz avtomobillərində iş yerinə tərəf gedirmiş. İnstitut [[Salyan qazarması]]nın yanında yerləşir. İnstitutun yanında yol bağlı olmasını gördükdə, maşını saxlayıb düşür. Yol kənarında tanışlarına rast gəlir. Onlarla söhbət eləməyə başlayır və bu zaman açılan atəş nəticəsində yerə yıxılır. Onu təcili yardım xəstəxanasına çatdırlar və əməliyyat edilir və güllə çıxarılır. Vintşəkilli güllə onun budundan dəyib, qarın nahiyəsini tamamilə dağıtmışdı. O iki gün reanimasiya şöbəsində qaldıqdan sonra, 22 yanvar, saat 12.00-da dünyasını dəyişmişdir. 3 övladı, 4 nəvəsi var. Şəhidlər xiyabanında dəfn edilib.

== Ünvan ==
Bu ünvanda yaşamışdır: Bakı, Lenin prospekti, ev 97, mənzil 20.

== Həmçinin bax ==
* [["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı]]
* [[Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı]]
* [[Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)|Şəhidlər Xiyabanında dəfn olunanlar]]

== İstinadlar ==
* {{cite book |author=Qulu Kəngərli |date=1992 |title='''20 Yanvar şəhidləri''' |url=http://elibrary.bsu.az/yenii%5Cebookspdf%5Cqara_yanvar_%C5%9F%C9%99hidl%C9%99ri.pdf |location=Bakı |publisher=Gənclik |pages=312 səh |isbn=4702060204 |archiveurl=https://web.archive.org/web/20150717121740/http://www.ebooks.az/view/isNJXSro.pdf |archivedate=2015-07-17 |accessdate=2017-01-18 |ref=az |url-status=live }}