Revision 5471899 of "Əhməd Mehbalıyev" on azwiki{{Hərbi xadim
|Adı = Əhməd Mehbalıyev
|Orijinal adı =
|Digər adları =
|Şəkil = Əhməd Mehbalıyev.jpg
|Şəklin ölçüsü = 260px
|Şəklin izahı =
|İlk adı =
|Ləqəbi =
|Təxəllüsü =
|Doğum tarixi = 1.9.1968
|Doğum yeri = [[Şərur rayonu]], [[Qıvraq|Qıvraq kəndi]], {{AzSSR}}
|Vəfat tarixi = 25.6.1993
|Vəfat yeri = {{Bayraq|Azərbaycan}}
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı = {{Bayraq|Azərbaycan}} [[Azərbaycan]]
|Milliyyəti =
|Mənsubiyyəti = [[Şəkil:Coat of arms of the Azerbaijani Armed Forces.png|23x23px]] [[Azərbaycan Silahlı Qüvvələri|A.R. Silahlı Qüvvələri]]
|Həyat yoldaşı =
|Uşağı =
|Atası = Süliddin Mehbalıyev
|Anası = Firənginaz Mehbalıyev
|Qoşun növü = [[Tank]] qoşunları
|Xidmət illəri = [[1989]]-[[1993]]
|Rütbə = [[Baş leytenant]]
|Hissə =
|Komandanlıq etməsi=
|Vəzifəsi = [[Taqım|Taqım komandiri]]
|Döyüşlər = [[Qarabağ müharibəsi]]
|Əlaqələr =
|İstefada =
|Mükafatları = {{"Azərbaycan Bayrağı" ordeni}}
|İmzası =
|İmzanın eni =
|İmzanın izahı =
|Saytı =
|Vikimənbə =
|Vikianbar =
}}
'''Əhməd Mehbalıyev''' — [[Qarabağ müharibəsi]] [[şəhid]]<nowiki/>i, [["Azərbaycan Bayrağı" ordeni|Azərbaycan bayrağı ordeni]] mükafatçısı.<ref name=":0">{{cite web |url=http://cbc.az/az/az/v_story/saysiz-ermn-tankini-siradan-ixaran-pekar-zabt-hmd-mehbaliyev-anilib?fbclid=IwAR2brdf7mB1VtvTqfhV1J0wR-nMdwTnGvVqn9Y3w3CkPh4pJsvv5dPi589Q |archiveurl=https://web.archive.org/web/20181029081018/http://cbc.az/az/az/v_story/saysiz-ermn-tankini-siradan-ixaran-pekar-zabt-hmd-mehbaliyev-anilib?fbclid=IwAR2brdf7mB1VtvTqfhV1J0wR-nMdwTnGvVqn9Y3w3CkPh4pJsvv5dPi589Q |archivedate=2018-10-29 |title=Saysız erməni tankını sıradan çıxaran peşəkar zabit əhməd Mehbalıyev anılıb |author= |date=01 sentyabr 2018 |publisher=cbc.az |accessdate=2018-10-29 |language={{dil-az|}} |url-status=dead }}</ref>
== Həyatı ==
Əhməd Suliddin oğlu Mehbalıyev [[1968]]-ci il [[Sentyabr|sentyabr ayının 1-də]] [[Naxçıvan Muxtar Respublikası]]<nowiki/>nın [[Şərur rayonu]]<nowiki/>nun [[Qıvraq|Qıvraq kəndi]]<nowiki/>ndə anadan olub.
=== Təhsili ===
[[Cəmşid Naxçıvanski adına hərbi lisey|Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə]] qəbul olmuş və buradakı təhsilini bitirdikdən sonra ali hərbi təhsil almaq üçün [[Kazan]]<nowiki/>a yollanmışdır. Buradakı [[Kazan Ali Tank Məktəbi]]<nowiki/>ni [[1989]]-cu ildə bitirmişdir.
== Hərbi karyerası ==
[[1989]]-cu ilin [[22 iyul]]<nowiki/>unda ali hərbi təhsilini [[tank]] komandiri kimi [[leytenant]] rütbəsi alaraq bitirmişdir. Daha sonra o, [[Kiyev]]<nowiki/>də, [[Moskva]]<nowiki/>da [[Sovet Sosialist Respublikaları İttifaqı|SSRİ]]-nin tank qoşunları diviziyalarında xidmət etmişdir.
=== Qarabağ müharibəsində iştirakı ===
[[Qarabağ müharibəsi]] başlayanda Ə.Mehbalıyev [[Azərbaycan]]<nowiki/>a geri dönmüşdür. [[Qarabağ müharibəsi]]<nowiki/>ndə ilk döyüşünü [[Şuşa]]<nowiki/>da keçirmişdir. [[Şuşa]]<nowiki/>nın müdafiəsi zamanı xeyli [[Ermənilər|erməni]] tankını məhv etmişdir. Bundan sonra [[taqım]] komandiri kimi [[Laçın]], [[Qubadlı]], [[Kəlbəcər rayonu|Kəlbəcər,]] [[Tərtər]] bölgələrində gedən ağır döyüşlərdə iştirak etmişdir.
[[25 iyun]] [[1993]]-cü ildə [[Ağdam rayonu|Ağdam]]ın [[Qızıl Kəngərli|Qızıl-Kəngərli kəndi]]<nowiki/>ndə, texnika cəhətdən üstün olan [[Ermənilər|erməni]] silahlı dəstələri ilə gedən qızğın döyüşlərdə şəhid olmuşdur.<ref name=":0" />
== Xatirəsi ==
[[2018]]-ci ilin [[Sentyabr|sentyabr ayının 1-də]] Əhməd Mehbalıyevin 50 illiyi qeyd edilmişdir. [[Qarabağ müharibəsi]] şəhidlərinə həsr edilmiş bir çox kitabda onun haqqında məlumat vardır.
[[Qaraçuxur|Qaraçuxur qəsəbəsi]]<nowiki/>ndə onun adını daşıyan küçə vardır.
Əhmədin komandiri [[baş leytenant]] P.Mahmudov onun sonuncu döyüşü haqqında danışanda bunları deyib:<ref name=":0" />
{{cquote|''Bir il idi ki, birlikdə vuruşurduq. Çox komandirlər görmüşdüm, amma [[tank]] komandiri Əhməd Mehbalıyev kimi özünü odun-alovun içinə atanı görməmişdim. Elə bil ki, sıravi döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan [[taqım]]ı səriştəsi və bacarığı hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə o axırıncı döyüşdə də kişi kimi döyüşdü. Ağır yaralansa da, döyüşdən çıxmırdı. [[Ağdam]]ın [[Qızıl Kəngərli|Qızıl-Kəngərli]] kəndindəki döyüşü daha ağır keçdi. Düşmən həddən artıq güclü texnika ilə hücuma keçmişdi. Əhməd idarə etdiyi [[tank]]la bir neçə saat bu hücumun qarşısını ala bilsə də, özü barədə düşünmədi. [[Sentyabr]] ayında 25 yaşı tamam olacaqdı, onu vaxtsız itirdik...''}}
== Mükafatları ==
Əhməd Mehbalıyev [[Azərbaycan Prezidenti|Azərbaycan Respublikası Prezidenti]]<nowiki/>nin [[25 iyun]] [[1994]]-cü il tarixli fərmanı ilə [["Azərbaycan Bayrağı" ordeni|Azərbaycan bayrağı ordeni]]<nowiki/>nə layiq görülüb.<ref name=":0" />
== Həmçinin bax ==
* [[Qarabağ müharibəsi]]
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Qarabağ müharibəsi iştirakçıları]]
[[Kateqoriya:"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər]]
[[Kateqoriya:Qarabağ müharibəsində həlak olanlar]]
[[Kateqoriya:Kəngərli rayonunda doğulanlar]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=5471899.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|