Revision 5471940 of "Əli Həsənov (şəhid)" on azwiki{{Şəxs
|Adı = Əli Həsənov
|Orijinal adı = Həsənov Əli Xudaverdi oğlu
|Şəkil = Əli Həsənov (şəhid).png
|Şəklin ölçüsü = 250px
|Şəklin izahı =
|Digər adı =
|Doğum tarixi = 7.09.1957
|Doğum yeri = [[Azərbaycan SSR]]
|Vəfat tarixi = 20.1.1990
|Vəfat yeri = Bakı, [[Azərbaycan SSR]]
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Atası =
|Anası =
|Milliyəti = [[Azərbaycan]]lı
|Fəaliyyəti = '''[[Qara Yanvar]]''' şəhidi.
|Tanınır =
|Vikianbar =
}}
'''Əli Həsənov''' ([[Azərbaycan dili|azərb.]] Həsənov Əli Xudaverdi oğlu) - [[20 yanvar faciəsi|20 yanvar]] şəhidi. [[Azərbaycan Respublikasının Prezidenti|Azərbaycan Respublikasının Prezidentinin]] [[31 mart]] [[1998]]-ci il tarixdə fərmanı ilə ölümündən sonra '''[["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı|20 Yanvar Şəhidi]]''' fəxri adı verilmişdir.
== Həyatı ==
1957-ci il sentyabrın 7-də Bakıda anadan olub. Meliorasiya Su Tikinti İdarəsində sürücü işləyib. İki uşağı başsız qaldı. Həyat yoldaşı Mahirə Həsənovanın dedikləri: — O gecə təxminən saat 24 radələrində küçədən güllə səsləri eşidilməyə başladı. Adamlar qışqırırdılar. Yoldaşım Əli geyinib bayıra çıxdı ki, görüm nə olub? Səhərə kimi gözlədim. Gözüm yolda, qulağım səsdə qaldı... Bir gecədə beş insan ömrü yaşadım, ölüb dirildim, o dünyanı görüb qayıtdım. Səhərin kor qalmış gözü çırtdayan kimi, küçəyə çıxdım. Dedilər ki, gecə yüzlərlə adamı vəhşicəsinə qırıblar. Qaynatam Xudaverdiyə xəbər verdim. Başladıq xəstəxanaları axtarmağa. Semaşko adına xəstəxananın meyidxanasına qaynatam tək girdi. Oğlunu qolları üstə gətirdi, gözü qan yaş tökə- tökə... İki balam ata nəvazişindən məhrum oldu. Mərhum Şəhidlər xiyabanında dəfn edilib.
== Ünvan ==
Bakı, İnqilab küçəsi 92, mənzil 15.
== Həmçinin bax ==
* [["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı]]
* [[Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı]]
* [[Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)|Şəhidlər Xiyabanında dəfn olunanlar]]
== İstinadlar ==
* {{cite book |author=Qulu Kəngərli |date=1992 |title='''20 Yanvar şəhidləri''' |url=http://elibrary.bsu.az/yenii%5Cebookspdf%5Cqara_yanvar_%C5%9F%C9%99hidl%C9%99ri.pdf |location=Bakı |publisher=Gənclik |pages=312 səh |isbn=4702060204 |archiveurl=https://web.archive.org/web/20150717121740/http://www.ebooks.az/view/isNJXSro.pdf |archivedate=2015-07-17 |accessdate=2017-01-18 |ref=az |url-status=live }}
[[Kateqoriya:20 Yanvar şəhidləri]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=5471940.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|