Revision 5519940 of "Devid Boui" on azwiki

{{Musiqiçi
 |adı             = Devid Boui
 |orijinal adı    = Devid Robert Cons
 |digər adları    = 
 |şəkil           = David Bowie Chile.jpg
 |şəklin ölçüsü   = 
 |şəklin izahı    = Boui Çilidəki Rok Festivalında
 |fəaliyyəti      = 
 |ilk adı         = David Robert Jones
 |ləqəbi          = 
 |doğum tarixi    = 
 |doğum yeri      = 
 |vəfat tarixi    = 
 |vəfat yeri      = 
 |vəfat səbəbi    = 
 |dəfn yeri       = 
 |vətəndaşlığı    = 
 |milliyyəti      = 
 |peşəsi          = [[Müğənni]], [[bəstəkar]], [[aktyor]], [[rəssam]], [[prodüser]]
 |mənşə           = {{GBR}}
 |üslub           = [[glam rock]], art rok, eksperimental rok, [[pop rok]], psixodelik pop, [[soul]], [[alternativ rok]], avanqard jazz, embient, elektron musiqi, [[yeni dalğa (musiqi)|yeni dalğa]]
 |musiqi aləti    = [[gitara]], [[saksofon]], klavişli
 |səs tembri      = [[Bariton]]
 |fəaliyyət illəri= 1962 - 2016
 |albom şirkəti   = RCA, EMI, Virgin Records, ISO, Columbia Records
 |əlaqələri       = Tony Visconti, The Spiders from Mars, Tin Machine, Carlos Alomar, The Riot Squad, Arnold Corns, The Hype, Adrian Belew, Nine inch Nails, Lou Reed, Iggy Pop, Brian Eno, [[Queen]], Mick Jagger, [[John Lennon]], Mick Ronson, Mott the Hoople, [[Tina Törner]]
 |təhsili         = 
 |üzvlüyü         = 
 |mükafatları     = 
 |imzası          = 
 |imzanın eni     = 
 |imzanın izahı   = 
 |saytı           = http://www.davidbowie.com/
 |vikimənbə       = 
 |vikianbar       = 
}}

'''Devid Boui''' ({{Dil-en|David Bowie}}, {{IPA|[ˈboʊ.i]}}, əsl adı: '''Devid Robert Cons''', {{Dil-en|David Robert Jones}}; {{DVTY}}) — "rok musiqinin xamelyonu" ləqəbli ingilis müğənni, bəstəkar, rəssam, aktyor və prodüser. Musiqidə 50 ildən çox olan uğurları sayəsində tarixdəki ən mühüm müğənnilərdən biri olub, bir çox müğənniyə nümunə olduğu kimi 140 milyon ətrafında satış ilə tarixdə ən çox satmış müğənnilərdən biri kimi göstərilir. Rolling Stones jurnalı tərəfindən tarixdəki ən yaxşı müğənnilərdən biri seçilən Boui, [[MTV]] və Blenderin sorğusunda da tarixdəki ən yaxşı 15 səsdən biri seçildi. Səs tipi baritondur.

Vətəni [[İngiltərə]]də «Space Oddity» mahnısı ilə diqqətə gəlib amma Amerikadakı çıxışı «Fame» mahnısı ilə olub. Bu ərəfələrdə «Life on Mars?», «Suffregette City», «Ziggy Stardust», «Heroes», «Oh! You Pretty Things», «Young Americans», «Starman», «Ashes to Ashes», «Sound and Vision» kimi məşhur mahnılar çıxartdı və təxmini bütün albomları musiqi kritiklərindən yüksək ballar topladı. Bu vaxtlar fərqli geyim tərzi, ağır səsi ilə diqqət çəkirdi. O karyerasının zirvəsinə kommersial baxımından 1983-cü ildə «Let's Dance» albomu ilə çıxdı. Bir müddət «Tin Machine» adlanan qrup qurdu ancaq uğursuz olduğundan təkrar solo olaraq karyerasına davam etdi. Bouinin ən mühüm dueti [[Queen]] qrupu ile olan "Under Pressure" hesab olunur.

Boui həmçinin kinokritiklər tərəfindən aktyorluqda ən uğurlu işlər görmüş musiqiçilərdən biri hesab olunur. Baskiyada «Endi Uorxol» rolunda oynamasından əlavə «Aclıq» və «Prestij» filmlərindəki qısa rollarını belə yadda qalan bir şəkildə olduqca yaradıcı bir performansla canlandırmışdır.

Devid Boui iki dəfə evlənib. İlk evliliyindən Dunkan Cons adlı bir oğlu var və o rejissordur. İkinci və hal hazırda İman Əbdülməjid adlı maneken ilə evlidir. Onların Aleksandria Zəhra adlı bir qızları var.

O, 2003-cü ildə İngiltərə Kraliyəti tərəfindən ona təklif olunan ser titulunu geri çevirmişdir. Boui [[2008]]-ci ildə ömürlük uğurlarına görə xüsüsi [[Qremmi mükafatı]] aldı.

Boui karyerası boyunca onlarca məşhur müğənniyə nümunə olmuş və üzərlərində təsir buraxmışdır. Bunlardan [[Madonna]], [[Lady Gaga]], [[Corc Maykl]], [[Mott the Hople]], [[Lou Rid]], [[New York Dolls]], [[The Sex Pistols]], [[Geri Numan]], [[Pulp]] bunlar arasındadır.

Boui 18 ay idi, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Buna baxmayaraq o, karyerasına davam edir və yeni mahnılar yazdırırdı. Son dəfə o, [[8 yanvar]]da 69 yaşını qeyd etmiş və yeni "Blackstar" adlı albomunun təqdimatını keçirmişdir. Bundan 2 gün sonra [[10 yanvar]] [[2016]]-cı ildə ailəsinin yanında vəfat etdi.

== İstinadlar ==
{{İstinad siyahısı}}
{{Xarici istinadlar}}
 
[[Kateqoriya:İngiltərə müğənniləri]] 
[[Kateqoriya:Brit mükafatı qalibləri]]
[[Kateqoriya:Baritonlar]]