Revision 5585106 of "Dondarlar" on azwiki

{{Silinməyə namizəd}}
Tarixi Qarabağın torpaqlarının qədim elatlarından biri də dondar türkləridir. Onlar haqqında ilk məlumatı yunanlı müəllif Hekatey (miladdan əvvəl 5-ci yüzillik) vermişdir. Miladın ilk çağlarında yaşamış [[Strabon]], Plini, Tatsit və Pentarx da dondarlar haqqında maraqlı
məlumatlar qeydə almışlar. Onların yazdıqlarından bu qənaətə gəlmək olar ki, dondarlar təxminən miladdan əvvəl 5-ci yüzillikdə Şimalı [[Qafqaz]]da və [[Azov dənizi]] sahillərində məskun olmuşlar.

V.V. Latışev qeyd edir ki, onlar (dondarlar-müəllif ) indiki Kuban çöllərində yaşamışlar. Dondarlar mənşəcə ən qədim türk mənşəli tayfalardan sayılır və onlann Albaniyada, o cümlədən Qarabağda məskun olmalanna bu ərazidə mövcud toponimlər də dəlalət edir. [[Qubadlı]] və [[Tovuz]] bölgələrində Dondarlı adlı kəndlər vardır. Onların əhalisi azər türklərindən ibarətdir. Qazax bölgəsində Dondardağ adlı dağ var. Dəvəçi bölgəsində Qala-Dondarın (qala) xarabalıqlan indi də qalmaqdadır. Həmin bölgənin Baş Əmirxanlı kəndində bulaq indi də durur və “Dəndər bulaq” adlanır.

Şimali Qafqazda yaşayan dondarların mərkəzi şəhəri Şoşu adlanırdı. Miladın III-IV yüzilliklərində hunların tərkibində olan tayfalar, o cümlədən dondarlar məcburi olaraq hunlarla bərabər Qafqaz Albaniyasına edilən hərbi yürüşlərdə iştirak etmişlər. Bu səfər zamanı dondarlar Qarabağa da gəlmiş, məskunlaşmış və yaşadıqları məkanlardan birinin adını Şoşu adlandırmışlar. 

Sonralar fonetik dəyişikliyə uğramış Şoşu indiki formaya [[Şuşa]] formasına düşmüşdür. Bu fikri Qarabağda məskunlaşmış türk mənşəli tayfalardan; sak, tərtər, peşeneq, kəngər, berendey və başqalarının gəlişi və onların adları ilə çoxsaylı etonimlər, toponimlər
təsdiq edir. 

== Xarici keçidlər ==
* [http://www.youtube.com Youtube]-da bax :[http://www.youtube.com/watch?v=3BKvfhNtFiw&feature=g-all-u Bir kəndin nağılı. Dondarlı (film)]

== İstinadlar ==
<references/>

[[Kateqoriya:Azərbaycanla bağlı tayfa və qəbilələr]]