Revision 5678530 of "Qonrul" on azwiki'''Qonrul''', '''Kongrul''', ''' Konkrul''' — [[türk mifologiyası]]nda fövqəltəbii xüsusiyyətlərə malik olan olan qırmızı rəngli nəhəng [[quş]]. Adını rəngindən alır, ölümsüzlüyü və yenidən dirilmə qabiliyyəti ilə fərqlənir. [[Əfsanə]]yə görə hər gün yenidən doğulur. Digər bir çox dünya xalqlarının mifologiyalarında müxtəlif adlarla mövcuddur. Məsələn, Anka, Simurq, Feniks və s.
Kongrul quşu digər [[xalq]]ların əfsanələrindəki Zümrüd quşu ilə bir çox bənzər xüsusiyyətləri vardır, hətta zaman-zaman [[əfsanə]]yə o [[mifologiya]]lardan əlavələr də edilmişdir . Məsələn, [[İran]] mədəniyyətindəki Zümrüd quşunun xüsusiyyətləri tamamilə bu quşa köçürülmüşdür. Ancaq türk mifologiyasındakı bu quşun digər mifologiyalardakı bənzərlərdən ən əhəmiyyətli fərqi, bənzərinin, hətta əkizinin olmasıdır. Kongrul quşu Toğrul quşu ilə birlikdə xatırlanır. Hər ikisi də Zümrüd quşunun bütün xüsusiyyətlərini saxlayarlar.
Kongrul və Toğrul, ikibaşlı [[qartal]] olan [[Öksökö]]nün hələ bütünləşməmiş, ayrı forması olaraq da tarixin dərinliklərində ortaya çıxmış hesab edilirlər. Lakin ad və xüsusiyyət olaraq Öksöködən fərqli canlılardır. Bir əfsanəyə görə [[Toğrul]] quşu monqollara, Konrul quşu isə [[türk]]lərə işarədir. Quş iki aləmi, [[yer]]i və [[göy]]ü bir-birindən ayıran sərhədə qədər gedə bilər və bu səbəblə o sərhədi keçə bildiyi də düşünülür.
[[Dimdik|Dimdiyi]] çox uzundur və üzərində minlərlə dəlik olan bir [[qaval]] kimi səs çıxarır. O oxuyanda digər quşlar susub onu dinləyirlərr. Səsinin əks-sədası 1000, 10 000 quşun səsi kimi çıxır. Günlərlə fasiləsiz oxuduqdan sonra yanmağa başlayır və sonra [[kül]]lərindən yenidən doğulur.
== Etimologiya ==
Kon/Qon kökündən törəmişdir. Qonur sözü ilə eyni mənaları daşəyər. Qonur isə tünd [[qırmızı]], qəhvəyi deməkdir. Qonmaq sözünü də ifadə edir, məğrurluk bildirir. Türkcə, monqolca və tunguscada ortaq bir kök olub, hamısında da bu kökdən törəyən rənglər kiçik fərqlərlə tünd qəhvəyi, tünd qırmızı kimi rəngləri ifadə etmək üçün istifadə edilir.
== Mənbə ==
* Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, [https://az.wikipedia.org/wiki/T%C3%BCrk_%C9%99fsan%C9%99_s%C3%B6zl%C3%BCy%C3%BC (OTRS: CC BY-SA 3.0)] {{tr}}
== Həmçinin bax ==
*[[Simurq quşu]]
{{Mifologiya-qaralama}}
[[Kateqoriya:Mifik canlılar]]
[[Kateqoriya:Türk mifologiyası]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?oldid=5678530.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|